| Tədbirər:
Yarandığı
gündən “Belçika Azərbaycan Evi” Azərbaycanın dünyada
və Avropada tanınması istiqamətində analoqu olmayan
işlər görmüş, tədbirlər həyata keçirmişdir.
Cəmiyyətin sədri Bülent Gürçam hələ 1986-cı ildə Brüsseldə
“Qürbət”, 1992-ci ildə isə “Vətən”, 2004-cü ilin əvvəlində
Brüsseldə Dünya Gömrük Komitəsinin həyətində Dədə Qorqud
abidəsinin qoyulması ərəfəsində “Dədə Qorqud” adlı üç
dildə (azerbaycan, fransız və ingilis) dərgi nəşr etdirmişdir.
Belçika-Azərbaycan Evi” 2003-cü ilin fevral ayında Xocalı
soyqırımının ildönümü münasibətilə “Palase de la Monnai”
meydanında çadır quraraq Xocalı soyqırımına aid fotosərgi
nümayiş etdirmişdir.
“Belçika Azərbaycan Evi”nin Azərbaycanın Avropada tanınmasında
həyata keçirdiyi ən böyük layihələrdən biri də 2004-cü
ildə Dünya Gömrük Komitəsinin həyətində Dədə Qorqud
heykəlinin qoyulmasıdır. Tədbirə Avropanın və Azərbaycanın
tanınmış simaları ilə yanaşı Azərbaycan Respublikasının
prezidenti cənab İlham Əliyev də qatılmışdır.
Cəmiyyət Brüsseldə üzərində ümummilli liderimiz Heydər
Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin rəsmləri olan markalar buraxıb.
Cəmiyyət 2005-ci ildə Qurban bayramı münasibətilə Beçikada
yaşayan soydaşlarımızla bərabər Lənkəran şəhərində maskunlaşan
məcburi köçkün və qaçqınlara görüşmüş, onlara qurban
payları paylamışdır.
2006-cı ilin fevral ayında Xocalı Soyqırımınin 14-cü
ildönümü ərəfəsində Belçika Azərbaycan Evi Dünya Azərbaycanlılari
Konqressi (DAK) ilə bərabər Brüsseldə Avropa Parlamentinin
önündə və Hollandıya İnsan Haqları Məhkəməsinin önündə
nümayişlər təşkil etmişlər.
Cəmiyyət Azərbaycanın Avropada tanınması ilə yanaşı
xalqımızın Avropa adət-ənənələri ilə də tanış olması
istiqamətində də layihələr həyata keçirir. 2006-cı ilin
may ayının 30-da Azərbaycanda ilk dəfə Avropa Qonşular
bayramını məhz “Belçika Azərbaycan Evi” qeyd etmişdir.
2006-cı ildə Azərbaycanda yaşayan həmvətənlərimizi,
həmçinin xaricdə yaşayan soydaşlarımızı da sarsıdan
Ramil Səfərovun məhkəməsində iştirak edən Bülənt Gürçam
“Belçika-Azərbaycan Evi”nin bir diaspor təşkilatı olaraq
nə qədər fəal olduğunu bir daha sübut etmişdir.
30 avqustda Zəfər bayramı münaisbətilə Ağrı dağının
5137 metrlik zirvəsinə qalxan İğdır Akud dərnəyinin
üzvləri Türkiyənin ulu öndəri Atatürkün və «Belçika
Azərbaycan Evi»nin təsisçiliyi ilə Azərbaycanda yayımlanan
EuXəbər qəzetinin hazırladığı üzərində Azərbaycanın
ümumilli lideri Heydər Əliyevin şəkli və «EuXəbər»in
adı yazılan bayrağı zirvəyə qədər apararaq Ağrı dağının
zirvəsinə sancıblar.
28 sentyabr 2006-cı il tarixində «Belçika Azərbaycan
Evi»nin yeni bir layihəsi ilə Cəmiyyətin Mərkəz Brüssel
Ofisində «London Azərbaycan» Cəmiyyətinin sədri Tale
Heydərov və «Belçika Azərbaycan Evi»nin sədri Bülent
Gürçam arasında əməkdaşlıq və tərəfdaşlıq müqaviləsi
imzalanmışdır.
Tərəflər arasında imzalanan 23 maddədən ibarət olan
müqavilədə ölkə prezidentinin diqqətlə üzərində durduğu
informasiya mübadiləsi ciddi şəkildə öz əksini tapıb.
Məsələn, müqavilənin 4-cü maddəsində belə deyilir: «tərəflər
informasiya mübadiləsi aparmaq, bir-birilərini lazımi
və zəruri informasiya ilə təmin etmək üçün ümumi İnformasiya
Bankı yaratmağı öhdələrinə götürürlər».
«Belçika
Azərbaycan Evi» və «London Azərbaycan» Cəmiyyəti arasında
imzalan müqaviləyə əsasən xarici ölkələrdəki Azərbaycan
diasporunun formalaşması, inkişafı və güclənməsi istiqamətində
bundan sonra daha səmərəli və məqsədyönlü fəaliyyət
göstərmək üçün səylərini birləşdirməyi öhdələrinə götürüblər.
Həmçinin cəmiyyət rəhbərlərinin qarşılıqlı razılığına
əsasən bu təşkilatların hər birinin rəsmi ofisi həm
də onların ümumi ofisi statusuna malik olacaq və onlardan
hər biri istədiyi zaman digərinin ofisindən öz ofisi
kimi istifadə etmək imkanına nail olacaq.
«Belçika Azərbaycan Evi»nin təşkil etdiyi «Əməkdaşlıq
və Tərəfdaşlıq» müqaviləsi 27 Avropa ölkəsində fəaliyyət
göstərən Azərbaycan təşkilatlarının birliyini yaratmaq
məqsədi daşıyır.
Onu da qeyd edək ki, müqaviləyə hər Avropa ölkəsindən
yalnız bir Azərbaycan diaspor təşkilatı qatıla bilər.
Brüsselin Avropa Birliyinin paytaxtı olmasını nəzərə
alaraq Avropadakı Azərbaycan diaspor təşkilatlarının
da koordinasiya mərkəzinin məhz Brüsseldə yerləşməsi
zəruridir.
Xatırladaq ki, artıq digər Avropa ölkələrində fəaliyyət
göstərən Azərbaycan diaspor təşkilatları da artıq «Belçika
Azərbaycan Evi» ilə «Əməkdaşlıq və Tərəfdaşlıq» müqaviləsi
imzalamaq üçün müraciətlər edirlər. «London Azərbaycan»
Cəmiyyətindən sonra Litva Azərbaycanlıları Cəmiyyəti
ilə «Əməkdaşlıq və Tərəfdaşlıq» müqaviləsi imzalanacaq.
Və nəhayət keçdiyimiz günlərdə-2006-cı ilin oktyabr
ayında Belçika Azərbaycan Evinin təşəbbüsü və maliyyə
dəstəyi ilə fransız dilində “Azərbaycan Milli Mətbəxi”
adlı kitab nəşr olunmuşdur. Kitabda xalqımızın milli
yeməkləri, milli mətbəximiz, yüzilliklər boyu süfrələrimizi
bəzəmiş ləziz nemətlərlə yanaşı, Azərbaycanın qədim
şəhərlərini, adət-ənənələrini, arxeoloji qazıntılar
zamanı aşkar edilmiş qədim tapıntılarını əks etdirən
fotoşəkillər də yer alıb.
Milli mətbəximizin 55 reseptinin yer aldığı kitabda
Şəki, Gəncə, Lənkəran, İğdır, Naxçıvan, Ağrıdağı barədə
məlumatlar da maraq doğurur.
Kütləvi tirajla nəşr olunmuş “Azərbaycan Milli Mətbəxi”
kitabının nəşrində əsas məqsəd son illər ərzində Azərbaycan
xalqının milli-mədəni, maddi və mənəvi sərvətlərinə
təcavüz edən, xalqımıza məxsus bir sıra milli yeməklərimizi,
o cümlədən plovu, dolmanı, basdırmanı, kababı, dovğanı
öz adlarına çıxan bədnam ermənilərin Avropa ölkələrində
guya “erməni milli mətbəxi” adı altında təşkil etdikləri
yalançı və qondarma tədbirlərdə tutarlı bir cavab məqsədi
güdür.
Kitab gələcəkdə ingilis, holland və alman dillərində
də tərcümə olunacaq.
2007-ci ildə “Belçika- Azərbaycan Evi” Belçikada Azərbaycan
Günləri layihəsini həyata keçirəcək.
|