| SƏRGİLƏR
1 - 10 iyul 2007
Təəccübləndirən səyahətçilər
" Səyahətin naxışlara ehtiyacı
yoxdur. Az zaman keçdikdən sonra o göstərir ki, özü-özünü
qane edə bilər. Biz elə düşünürük ki, səyahəti biz edirik,
amma əslində səyahət özü bizi aparır. Və ya azdırır
". (Nikola Buvye, "Usage du Monde")
19-cu əsrin romantik səyahətçilərindən
tutmuş indiki zamanın müxtəlif insanlarından, macərasevər
və xəyalpərvərlərindən söz açan bu sərgi səyahət ədəbiyyatının
panoramasını təqdim edir (Cendrars, Kessel, Larbaud,
və s.).
11 - 31 iyul 2007
Gələcəyin tərifi - Fransız
sənayesi 3-cü minilliyin ərəfəsində.
Antuan Qonenin fotoşəkilləri.
Sərgi, Xarici Işlər Nazirliyinin Beynəlxalq
Əməkdaşlıq və inkişaf idarəsi tərəfindən təklif olunmuşdur.
Antuan Qonenin altı illik işinin nəticəsi
olan bu sərgi, Fransanı gəzib dolaşmışdır. Bu, bir növ
müasir dövrün "Böyük işlərindəndir". Bu gün
zavod və laboratoriyalarda düzəldilmiş yeni texnoloji
məhsulları, bəzən irihəcmli əşyaları, üzə çıxarmağı
bacaran nadir istedadı və dərin kompozisiya hissinin
sayəsində, Antuan Qonen, mövzularının orijinallığını
göstərir və əvvəlcədən təsəvvür etdiyi gələcəyi qabarıq
şəkildə və incəliklə təqdim edir.
AVROPA KOMİSSİYASININ AVROPA
EVİ
Vaqif Mustafazadə küçəsi 6/10. 4-cü
mərtəbə
İçəri Şəhər
12 iyul - 1 sentyabr 2007
"Bakının işıqları"
Avropa Komissiyasının Azərbaycan Evi
və Fransanın Azərbaycandaki Səfirliyi ilə birgə,
Alfred Supikin foto-sərgisinin təqdim edirlər.
Dəvətnamə ilə
|