Belçika Azərbaycan Evində görüş/Rencontre à la Maison d'Azerbaîdjan en Belgique [08 May, 2010] Belçika Azərbaycan Evinin Brüsseldəki mərkəzində yeni açdığı iclas zalında önəmli bir görüş keçirilmişdir.
Birləşmiş Millətlər Təşkilatının problemli bölgələrdə qadınların dialoqa qatılmasını təmin edilməsnin 10-cu ildönümü münasibətilə "Sülh Qadınlardan Gəlir: Bir azərbaycanlı və erməni qadın danışmaq cəsarəti göstərir" başlıqlı paneldə iştirak etmək üçün Brüsselə gələn Azəri-Türk Qadınlar Dərnəyinin sədri Tənzilə Rüstəmxanlı və DAK həmsədri, millət vəkili Sabir Rüstəmxanlı, yazıçı və erməni dili müəllimi Qafar müəllim və digər nümayəndələr Belçika Azərbaycan Evini də ziyarət ediblər. Görüş zamanı bir sıra məsələlərlə yanaşı, Tənzilə xanımın konfransda uğurlu nitqi də müzakirə mövzusu oldu.
Belçika Azərbaycan Evinin sədri Bülent Gürçam da bu təşəbbüsü yüksək səviyyədə dəyərləndirdiyini və bundan sonra da bu iki təşkilatla əməkdaşlıq edəcəklərini bildirmişdir.
Görüşdə Azəri Türk Qadınlar Dərnəyinin Belçika nümayəndəsi Şərifə Özdemir, Belçikanın Turne şəhərindəki Azərbaycan Evinin sədri Mübariz Axundov, Belçika Azərbaycan Dostluq Dərnəyinin başqanı Ayhan Dəmirçi, Belçika Azərbaycan Evinin üzvləri də iştirak ediblər.
Le 7 Mai 2010, le député azéri Sabir Rustemkhanli, la présidente de l'Association des Femmes Azeri-Turque Tenzile Rustemkhanli et les autres délégués ont visité la Maison d'Azerbaïdjan en Belgique. Le président de la Maison d'Azerbaidjan, Monsieur Bulent Gurcam et les autres membres de la Maison les ont acceuillit dans le nouveau location de la Maison et ont a discuté sur plusieurs thèmes concernant l'Azerbaidjan.
A la fin de la visite, les participants ont négocié pour élargir les relations entre eux et réaliser les nouveaux projets conjointement.