Bakıda fransız və yerli iş adamlarının Forumu keçiriləcək
[29 Aprel, 2010]
Fransa-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə may ayının 6-da Bakıda «Yeralti qazıntı və tikinti işləri, tunel salınma» mövzusunda Fransız mütəxəsislərinin iştirakı ilə Foruma keçiriləcək.
Forumun əsas məqsədi Avropanın ən inkişaf etmiş dövlətlərindən biri olan Fransa respublikasının iş adamlarına və mütəxəssislərinə ölkəmizin bugünki realliqlarını təqdim etmək, onlarin iş təcrübəsini Azərbaycanlı həmkarları ilə bölüşmək və işgüzar əlaqələr yaratmaqdir.
Eyni zamanda Palata yerli mütəxəssislərə Yeralti Qazinti və Tikinti İşləri, tunel salınma assosiyasiyasının yaradılmasında və eyni yönümlü Beynəlxalq təşkilata üzv olunmasında yardim etməyi öz üzərinə götürür.
Forumda Fransanın Yeraltı Qazıntı-Tikinti İşləri, Tunel salinma Assosiyasiyasının, Presidenti, Avropada tanınmış Solentache Bachy grup Vinci, Bouygues TPE, NFM Technologies, Saria Technologies və digər tanınmış şirkətlərinin nümayəndələri iştirak edəcək.
Qeyd edək ki, Fransa-Azərbaycan Ticarət Palatası 1994-cü ildən Fransada fəaliyyət göstərir və məqsədi iki ölkə arasında iqtisadi əlaqələri gücləndirməkdir.