Qanun layihəsi erməniləri cəsarətləndirib [15 March, 2010] ABŞ Nümayəndələr Məclisi Komitəsi və İsveç Məslinin sözdə erməni soyqırımı qanun layilərini qəbul etməsi, bəzi ermənilərdə beynəlxalq məhkəməyə müraciət etmə cəsarəti yaradıb. Ermənistan Beynəlxalq Elmlər Akademiyasına bağlı Şərq Etüdləri İnstitutunun direktoru türkoloq Ruben Safrastyan Türkiyənin 1915-ci il hadisələrini "soyqırımı" olaraq tanımasının gözlənilməyəcəyini bildirərək beynəlxalq məhkəməyə müraciət edilməsini bildirib.
ABŞ Müdafiə naziri Robert Gates isə "Konqresin bu layihəni daha irəliyə götürməyəcəyini umuruq"deyib.
Digər tərəfdən ABŞ Xarici İşləri naziri Hillary Clinton Vaşinqtondakı Qlobal Nüvə Güvənliyi Zirvəsinə Ermənistan prezidenti Serj Sarkisyanı dəvət etməsi İrəvanda müzakirələrə yol açıb. Daşnaq partiyası başqanlarından Vahan Hovannisyan "Dəvət 24 apreldən əvvəl Obamaya soyqırım sözcüyünü istifadə etmək məsuliyyətindən qaçmağa yardımçı olmağa yönəlik yeni bir tələ"deyib.