Türkiyə Yəhudiləri də hərəkətə keçdi [03 March, 2010] Türkiyədəki Yəhudi icması ABŞ-Türkiyə münasibətlərinin zədələnəcəyini xəbərdarlıq etdi. ABŞ Nümayəndələr Məclisinin Xarici Əlaqələr Komitəsində cümə axşamı səsverməyə çıxarılacaq olan HR.252 saylı Erməni Soyqırımı Qanununu əngəlləmək üçün Yəhudi Lobbisi ilə yanaşı Türkiyədəki Yəhudi Camaatı da ayağa qalxıb.
İstanbuldan camaat adına edilən və Vaşinqtondakı Nümayəndələr Məslisi üzvlərinə göndərilən yazılı açıqlama ilə "Türkiyə-ABŞ Münasibətlərinin zədələnəcəyi" xəbərdarlığı edilib.
Üç paraqraflıq açıqlama bu cümlələrdən ibarətdir:
* Türkiyə Yəhudi Camaatı tarixi hadisələrin dəyərləndirilməsinin parlamentlər səviyyəsində keçirilməsinin gerçəkçi olmadığı və tərəflərə xidmət etdiyini düşünməkdədir. Bu vəzifə tarixçilərə buraxılmalıdır.
* Sözügedən qanunun qəbulu halında Türk-Amerika münasibətləri mütləq zərər görəcək, Türk-Erməni münasibətləri də düzəlmə müddətinə girməyəcəkdir.
* Türkiyə Yəhudi Camaatı ikili münasibətlərin qorunması və inkişafı sahəsində daha öncə də göstərdiyi tarixi həssasiyyətini sürdürməkdədir.