Erməni "Soyqırımı" 4 Martda ABŞ Konqresində yenidən müzakirə ediləcək
[27 Fevral, 2010]
Amerika Konqresinin Təmsilçilər Məclisi Xarici Əlaqələr Komitəsi 4 Martda erməni soyqırımı iddialarını müzakirə edəcək. 2007-ci ildən bəri eyni tərkibli qanuna səsverən və 27 nəfərdən 21-nin səs verdiyi Komitədə bu dəfə səslər bir-birinə çox yaxın. 21-bəli, 18-xeyr. Nəticəni isə 7 qərarsız üzv müəyyənləşdirəcək.
Rəqəm analizi:
* Komitədə başqan daxil 46 üzv səs verəcək.
* Üzvlərin 27-si Demokrat, 19-u Respublikaçı.
* 40 üzv soyqırım iddialarında 2007-ci ildə keçirilən səsvermə zamanı da Komitə üzvüydü. Sadəcə 6 nəfər ilk dəfə səs verəcək.
* 40 üzvün 2007-ci ildəki səsvermədə sıralaması belə idi: 23 lehinə, 15 əleyhinə, 2 cavabsız.
* Kaliforniyadan 9 üzv var. Bunların 8 nəfəri keçən səsvermədə bəli deyib.