"Türkiyə və Ermənistan: sıfır irəliləmə" [19 Fevral, 2010] İngilis "Economist" jurnalı Türk hökümətinin Ermənistanla protokolları imzaladığında bunun qonşuları ilə "sıfır problem" siyasətinin açıq bir uğuru olaraq göründüyünü, ancaq köhnə ədavətlərin ortadan qaldırılmasının asan olmadığını bildirib. Dərginin bu həftəki sayında Türkiyə-Ermənistan münasibətləri ilə bağlı "Türkiyə və Ermənistan: sıfır irəliləmə" başlıqlı bir məqaləyə yer verilib.
Dərgi "Köhnə düşmənlər münasibətləri inkişaf etdirməyə və ortaq sərhədi açmağa qərar verdi. Anlaşma 1915-ci il hadisələrini araşdırmaq üçün tarixçilərdən ibarət ortaq komitələr yaradaraq, keçmişi gömmə ümüdini verdi" deyə yazıb.
Lakin köhnə ədavətlərin aradan qaldırılmasının asan olmadığını bildirən məqalədə anlaşmanın imzalanmasından sadəcə bir gün sonra baş nazir Recep Tayyip Erdoğanın bu anlaşmaların Ermənistan Dağlıq Qarabağdan çəkilmədikcə tətbiq edilməyəcəyini söylədiyini qeyd etdi.