Ermənistandan yenə hay-küylü mahnı
[16 Fevral, 2010]
Norveçin paytaxtı Osloda keçiriləcək 55-ci Eurovision Mahnı Müsabiqəsində Ermənistanı təmsil edəcək olan Eva Rivasın ingiliscə oxuyacağı "Apricot Stone" (Qaysı çəyirdəyi) adlı parçanın 1915-ci il hadisələrinə aid erməni iddialarına eyham edən ifadələr yer aldığı irəli sürülüb.
Mahnının sözlərini tərcümə edib tənqid edən Türkiyəli bəstəkar Yakub Mutlunun sözlərinə görə mahnıdakı sözlər belədir: "Uzun illər öncə, mən balaca bir uşaqkən/anam mənə "bilməlisin ki, bizim dünyamız acımasız və vəhşidir" dedi/Amma sən yolunu isti və soyuqdan keçərək tapa bilərsən/Mənə ana yurdumdan geri verilən əlimdə gizlətdiyim qaysı çəyirdəyi, onu donmuş torpağa atacağam/Burax, onun yetişməsinə izn ver/mənə ana yurdumdan geri verilən qaysı çəyirdəyi"....
Qeyd edək ki, mahnının musiqisi Armen Martirosyan, sözləri isə Karen Kavaleryana aiddir.
Saida Manafova,
Euro Xəbər qəzeti