UEFA'ya görə Naxçıvan Türkiyə torpaqlarında
[06 Fevral, 2010]
Avropa Futbol Federasiyaları Birliyi (UEFA), Azərbaycan ilə Ermənistan arasında ciddi problemlərə yol açan Naxçıvan Muxtar Respublikasını Türkiyə xəritəsi içərisində göstərdi.
UEFA-nın veb saytında Türkiyə haqqında məlumatla yanaşı, xəritəsi də yerləşdirilib. Fransızca yazıların yer aldığı xəritədə Naxçıvanın niyə Türkiyə torpağında göstərildiyi anlaşılmayıb.
UEFA bu hərəkəti ilə bir ilkə imza atıb. Bugünə qədər Türkiyənin müəyyən torpaqları bəzi ölkələrin sərhədləri içərisində göstərilirkən, ilk dəfə başqa bir ölkənin torpaqları Türkiyə sərhədləri içərisində göstərilib...