ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
- Diaspor
- Gündəm
- Avropa
- Müsahibə
EURO XƏBƏR QƏZETİ
- Haqqımızda
- Rəhbərlik
- Kollektiv
- Layihələr
- Mətbuatda
- Foto albom
BELÇİKA AZƏRBAYCAN EVİ
- Yaranma tarixi
- Belçika haqqında
- Tədbirlər
- Nümayəndəliklər
- Foto albom
AZƏRBAYCAN
- Qarabağ problemi
- Xocalı Sorqırımı
QONAQ KİTABI
ƏLAQƏ
BANNER


free counter


 

 


“Turk vision” musiqi yarışması keçiriləcək

[30 Yanvar, 2010]
“Türk düyasının istedadlı sənətçiləri var. Biz istəyirik ki, kanalımız vasitəsilə Özbəkistanın, Azərbaycanın Qazaxıstan və bütün türk dünyasının Tarkanlarını dünya duysun. Kanalımıza çox kliplər göndərilir, biz ən yaxşılarını seçib yayınlayırıq. Əsas şərt odur ki, kiliplər keyfiyyətli olsun. ”-bu fikirləri türk dünyasının ilk ortaq musiqi kanalı olan və keçən ilin sonlarında fəaliyyətə başlamış TMB-nin (Turkish Music box) rəhbəri Naim Burak Elçi mediaya açıqlamasında bildirib. Onun sözlərinə görə az bir müddət fəaliyyət göstərmələrinə baxmayaraq, dünyanın müxtəlif ölkələrindən, eləcə də türk xalqlarının yaşadığı bölgələrdən kanal ciddi izlənilir.<>
Kanal rəhbəri bildirib ki, əsas məqsəd türk xalqlarının sahib olduğu musiqi mədəniyyətini, hazırkı modern musiqi parçalarını, eləcə də istedadlı türk sənətçilərini dünyaya tanıtmaqdır. Bunun üçün isə artıq bir sıra addımlar atılacaq. ” Bu yaxınlarda kanalımızın kabel sistemi ilə yayımına başlanacaq. Artıq Azərbaycan və Avropada da kabel vasitəsilə izləmək mümkün olacaq.”-deyə Naim Burak söyləyib.
Kanalda yayımlanan musiqilər arasında modern musiqilərlə yanaşı caz, klassik musiqi parçalarına da önəm veriləcək. Kanal rəhbəri deyir ki, türk musiqisinin tanıdılması üçün təkcə kanalın fəaliyyəti ilə iş bitmir. Bunun üçün TMB TURKSOYun dəstəyi ilə Eurovision formatında Turkvision musiqi yarışması düzənləməyi də planlaşdırır. “ Biz Novruz bayramında bütün türk xalqlarının sənətçiləri ilə birgə ortaq bir bayram proqramı hazırlamağı düşünürük. Ondan sonra isə planımız “Eurovision” kimi ona rəqib deyil, qardaş kimi türk ölkələrini əhatə edəcək bir “Turkvision” yarışması düşünürük. ”-TMB rəhbəri bildirib.
TMB-ın xarici əlaqələr üzrə işçisi Nazilə Abbaslı isə indiyə kimi əksər türk ölkələrində olduqlarını, müxtəlif türk xalqlarından kanala maraq olduğunu söylədi. Onun sözlərinə görə demək olar ki, hər gün kanal rəhbərliyinə müxtəlif türk xaqlarından təkliflər və
məktublar gəlir. “Rumeli, Balkanlar, Kərkük, Güney Azərbaycandan, hətta Afrikadan belə kanalla bağlı məktublar və təşəkkürlər alanda çox duyğulandım. Demək, türk dünyasında bu musiqiyə bir həsrət var içəridə. İnanıram ki, kanalımız türk dünyasına uğurla xidmət edəcək.”-deyə N.Abbaslı bildirib.
Kanalın Bakı təmsilçisi Tahir Aydınoğlu isə Azərbaycan sənətçilərinin türk dünyasına, eləcə də beynəlxalq musiqi arenasına çıxmaq üçün kanalın əhəmiyyətini vurğuladı və istedadlı musiqiçilərin TMB-lə əməkdaşlıqda fəal olmalarını xahiş etdi.
Azərbaycanın əməkdar artisti Faiq Ağayev isə yeni fəaliyyətə başlamış kanalı sənətçilər üçün böyük imkan adlandırıb. “ Bu kanalla türk ölkələrindən dünyaya körpü açıldı, bu böyük işdir. Bizim sənətçilər çox istəyirdilər ki, Türkiyə səhnəsinə çıxsınlar. TMB bu imkanı onlara verir. Mən ad günümdə bu kanalda qonaq da olmuşam.”
Qeyd edək ki, Türk Musiqi Birliyi (Turkish Music Box) TURKSOY tərəfindən rəsmi olaraq dəstəklənir. 1993-cü ildə Türk Cümhuriyyətlərinin Mədəniyyət nazirlərinin ortaq imzası iləqurulan TURKSOY2008-ci ildə Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən 25-ci konfransında TMB kanalına tam dəstək qərarı alıb. Bu qərar TURKSOYA üzv ölkələrin ortaq imzası ilə yayımlanan sənəddə də öz təsdiqini tapıb.





N16 (131) 16 avqust - 15 sentyabr 2010-cu il

Adobe Acrobat 7.0

 

 

© 2006 Copyright EU Xeber - EURO NEWS: site by: WebStudio.AZ; email: euxeber@hotmail.com