“Qədim Ermənistan” krizi
[27 Yanvar, 2010]
Misirdə Dar-ül Kutub kitabxanasında tapılan qədim xəritələrdə Ermənistanın tarixi ərazisinin bugünkü sərhədlərindən çox daha cənubda göstərildiyi açıqlanıb. Azərbaycan Elmlər Akademiyasına bağlı Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva referans xəritələrdən birinin XVI əsrin sonuna, digərinin isə 1775-ci ilə aid olduğunu və Amsterdamda çəkildiklərini açıqlayıb.
Bu arada ABŞ-da İrəvan-Ankara seminarlarında projektorla əks olunan bir xəritədə Azərbaycan və Türkiyənin bir qisminin Ermənistan ərazisi içində göstərilməsi etirazlara səbəb olub.