ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
- Diaspor
- Gündəm
- Avropa
- Müsahibə
EURO XƏBƏR QƏZETİ
- Haqqımızda
- Rəhbərlik
- Kollektiv
- Layihələr
- Mətbuatda
- Foto albom
BELÇİKA AZƏRBAYCAN EVİ
- Yaranma tarixi
- Belçika haqqında
- Tədbirlər
- Nümayəndəliklər
- Foto albom
AZƏRBAYCAN
- Qarabağ problemi
- Xocalı Sorqırımı
QONAQ KİTABI
ƏLAQƏ
BANNER


free counter


 

 


“Xocalıya Ədalət” rep mahnısı hazırlanıb

[19 Yanvar, 2010]
Məşhur amerikan aranjımançısı Qordon Vilyams və ABŞ-ın tanınmış rep ifaçısı Toni Blackman “Xocalıya Ədalət” kampaniyası çərçivəsində ABŞ Prezidenti və Konqresinə ünvanlanmış və Xocalı faciəsinin insanlığa qarşı cinayət kimi tanınmasını tələb edən petisiyaya imza atmışlar. <>
Bu ilin 26 fevral tarixində kampaniyanın bir il ərzində fəaliyyəti ilə bərabər dünyanın 30-a yaxın paytaxt şəhərində Xocalı qətliamının mənəvi-siyasi cəhətdən tanınmasına yönəlmiş aksiyaların keçirilməsi nəzərdə tutulur. Tədbirlər zamanı kampaniyanın təşəbbüsü ilə hazırlanacaq “Xocalıya Ədalət” rep üslublu mahnının təqdimatı da keçiriləcək. Qeyd edək ki, mahnının aranjımanı tanınmış səs rejissoru, 3 dəfə “Qremmi” mükafatının laureatı olmuş Qordon Vilyams tərəfindən işlənmiş və amerikalı rep ifaçı Toni Blackman və Azərbaycanın rep qrupu “Dəyirman” tərəfindən ifa edilib.
Layihənin əsas məqsədi Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Tədbirdə iştirak edən xanım Toni Blackman həqiqətlərin musiqi vasitəsiylə dünyaya çatdırılmasının daha təsirli və asan olduğunu söylədi. Mahnının aranjımançısı Qordon Vilyams isə faciə barədə ətraflı məlumat aldığı zaman çox təsirləndiyini və onun mahiyyəti haqqında bütün dünyanın bilməsinin vacib olduğunu dilə gətirdi. Hazırda mahnıya çəkilən klipin çəkilişləri studiya şəraitində, Şəhidlər Xiyabanı və məcburi köçkün şəhərciyində aparılır. Mahnıda müasir rep ritmləri ilə yanaşı milli musiqimizin elementləri-muğam və balaban musiqisindən istifadə edilib. Klipin beynəlxalq ictimaiyyətə təqdimatı isə fevralın sonunda keçiriləcək.





N16 (131) 16 avqust - 15 sentyabr 2010-cu il

Adobe Acrobat 7.0

 

 

© 2006 Copyright EU Xeber - EURO NEWS: site by: WebStudio.AZ; email: euxeber@hotmail.com