“O, bizim düşmənimizdir!”(?) (Bülent Gürçamın yazısı)
[11 Yanvar, 2010]
Hörmətli həmvətənlərim,
Bildiyinzi kimi, bu yaxınlarda Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlılar Qurultayı keçirilmişdir və bizlər bir çox diaspor təşkilatı (gerçək təşkilatlar) bu qurultaya öz etirazımızı bildirmişdik.
Bu etirazlardan birini də şəxsən mən yazıb bildirmişdim və bu etiraz siz dəyərli həmvətənlərimiz tərəfindən dəstək görmüşdü və haqlılıq dərəcəsi çox olduğu vurğulanmışdı. Mən bu işi davam etdirəcəyimi və bu məsələ haqqında yenə yazacağımı vurğulamışdım. Bu gün o gündür! O gün orada olanlar, qurultayın gedişatı, nələrdən danışıldığı, və sair, mənim çox ciddi marağımdaydı və o gün bu gündür davamlı olaraq araşdıma aparmaqla və məlumat toplamaqla məşğulam.
O gün bizim bilmədiyimiz nələr olmuşdu?
Gəlin, öncəliklə məsələnin təkrar başına dönək. Hamımızın bildiyi və mənim də sıx-sıx dilə gətirdiyim “Diaspora qurumumuz öz vəzifəsini yerinə gətirmir” məsələsini təkrar yeni faktlarla gözdən keçirək.
Bu yazımı Almaniyanın Köln və Frankfurt şəhərlərindən yazıram, eyni oteldə qalıram düz 4 gündür və bu məsələni aydınlaşdırmaq üçün buralarda yaşayan, mənim tanıdığım və tanımadığım insanlarla görüşüb fikirlərini almaq idi niyyətim. O gün ciddi narazılıqlar olmuşdu. Bəs nə idi bunun səbəbi?
Bilirsiniz, mən bu məsələni anlatmadan daha öncə olmuş bir hadisəni qısaca xatırlatmağı uyğun görürəm. Bundan bir neçə il əvvəl idi, Hollandiyadan bir neçə həmvətənlim (Sahil Qasımov, İlhan Aşkın və Belçika səfirimizin birinci müavini Fuad bəy) məni ziyarətə gəlmişdilər. Mənim “BAK” adlı yeni qurulacaq bir quruma qatılmağımı istəyirdilər və mən bu quruma qatılmayacağımı, belə yapılaşmalara qarşı olduğumu, ancaq bir azərbaycanlı olaraq məmnuniyyətlə bu toplantıya izləyici kimi qatıla biləcəyimi söyləmişdim. Daha sonra Komitənin sədri hörmətli Nazim müəllim də məni bu iclasa şəxsən dəvət edincə getməyi bir borc qəbul etdim, fəqət müraciət edincə Sahil bəy mənim bu iclasa qatılmayacağımı bildirdi və mən də qatılmadım. Deməli, dövran dönüb gəldi, Frankfurtda da eyni məsələ təkrarlanıb.
Bir neçə həmvətənlimiz Frankfutda zaldan qovulub!
Bəli, düz eşitdiniz, hətta komitənin pulu ilə deyil, öz imkanları ilə oraya gəlib, bu iclasa qatılmaq istəyən və yaxud orada bir söz demək istəyən, danışmaq arzusunda olan həmvətənlərimiz oteldən qovulmuş və həqarətə məruz qalmışlar.
İlham Məmmədov kimdir?
Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin şöbə müdürü özünü Komitə sədrinin yerinə qoyub.
Bu İlham Məmmədov o gün iclasda bir neçə həmyerlimizi mənə yaxınlıqları var deyə zaldan qovub. Qovarkən də işlətdiyi söz və üslub çox maraqlı olub. Belə ki, mənim şəxsən bir neçəsi ilə üzbəüz görüşüb tanış belə olmadığım bu həmvətənlərimizə “Siz Bülent Gürçamla birgə hərəkət edirsiniz, ona yaxınsınız, o bizim düşmənimizdir!” deyib. Bəli, eyni bu sözü işlədib “Bizim düşmənimizdir!”
Bu sözü işlədən Komitə işçisinə bir neçə sualım var:
1. İlham Məmmədov, siz “bizim düşmənimizdir” dedikdə “biz” sözünü kim və hansı qurum olaraq işlədirsiniz? Siz kimsiniz? Komitəmizdən və ya dövlətimizdən başqa bir qurumamı aidsiniz?
2. Siz hansı səlahiyyətlərə dayanaraq adına Avropa Azərbaycanlıları dediyiniz bir iclasdan o ölkənin və o xalqın vətəndaşını qovursunuz?
3. Siz bizim bilmədiyimiz Komitə adı altında başqa bir plan və ya yapılaşma içindəsiniz? Elədirsə, bu yeni qurumun adı nədir?
4. Siz mənə düşmən deyə xitab edərkən mənim Azərbaycan dövlətinə düşmən olduğumu ifadə edirsinizsə və əgər bu elədirsə, siz öz rizanızla bulunduğunuz vəzifədən tezliklə istefa verməlisiniz...!!!
Bilirsiniz, hörmətli həmvətənlərim mən bu İlham Məmmədovla bir neçə dəfə üzbəüz müzakirə imkanına nail olmuşam, bu onun ilk səhvi deyil, əlaqəsi olmadığı bir işin başında işlə əlaqəsi olmadığından başqa, bu böyük qurumumuzun içində, özünə bir komanda yaratmaq həvəsinə düşüb, əsl işi olan diasporumuza xidmət etmək yerinə onu sinifləndirmək, seçib təşkilatlandırmaq, özünə uyğunlaşdırmaq, özündən olub, özündən olmayanlar deyə ayırmaq həvəsinə düşüb. Diqqət edərsinizsə, “bizim düşmənimiz” deyərkən belkə də fərqində olmadan öz kontrolundan çıxıb.
İlham Məmmədovun bir Bülent Gürçam olmayacağı çox açıqdır. Aramızda fərq çox böyükdür. O dövlətimizin pulu ilə, dövlətimizin vətəndaşına həqarət edir.
Bülent Gürçam kimiləri isə öz çətin imkanları ilə dövlətimizə və millətimizə xidmət edir. Aradakı fərq çox böyükdür.
Bu yazım eyni zamanda hörmətli Komitə sədrimizə açıq müraciət kimi qəbul olunsun. Nazim müəllimin Azərbaycan diasporuna göstərdiyi diqqət və qayğını bəlkə də ən yaxşı bilənlərdən biri də mənəm. Ancaq ətrafındakı müavinlər və ya şöbə müdürləri kontrolsuz bir şəkildə istədikləri kimi hərəkət edərək yalan-yanlış bəyənatlarla, xəyali informasiyalarla özlərinin adamları və ya özlərinin adamları olmayanlar deyə absurd bir şəkildə komitəmizi yıpratmağa, onun dəyərini aşağı salmağa, xaricdəki diasporumuz arasında bölünməyə, onları yenidən təşkilatlandırıb, özlərinə uyğunlaşdırmağa çalışıb komitəmizi gözdən salırlar. Hörmətli komitə sədri buna bir “Dur!” deməlidir.
Davam edəcək...