ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
- Diaspor
- Gündəm
- Avropa
- Müsahibə
EURO XƏBƏR QƏZETİ
- Haqqımızda
- Rəhbərlik
- Kollektiv
- Layihələr
- Mətbuatda
- Foto albom
BELÇİKA AZƏRBAYCAN EVİ
- Yaranma tarixi
- Belçika haqqında
- Tədbirlər
- Nümayəndəliklər
- Foto albom
AZƏRBAYCAN
- Qarabağ problemi
- Xocalı Sorqırımı
QONAQ KİTABI
ƏLAQƏ
BANNER


free counter


 

 


Bugün “ANA-ATA” adlı sənədli filmin təqdimatı olub.

[28 Dekabr, 2009]

Film Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT), Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyəti, “Aqil M. Film” prodüsser mərkəzi və müğənni Arzumun iştirak etdiyi “Dost” adlı sosial layihə çərçivəsində ərsəyə gəlib. Sənədli filmə isə Gözdən Əlil Uşaqlar üçün Respublika Orta internat Məktəbinin şagirdi 1992-ci il təvəllüdlü Nicat Allahyarov çəkilib. Bu barədə AGAT-ın mətbuat xidmətindən “Euroxəbər”ə məlumat verilib.
Layihənin əsas məqsədi valideyn himayəsindən məhrum olunmuş yeniyetmələrin asudə vaxtını təşkil etmək, onlara mənəvi dəstək olaraq cəmiyyətə inteqrasiya etməsinə yardımçı olmaq, sonda kimsəsiz uşaqlar içərisindən ən istedadlı, səsi olan bir yeniyetməni seçib sənətə yiyələnməsinə şərait yaratmaqla gələcəyinə təkan verməkdir.
Təqdimatda Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turzim Nazirliyi, Ombudsman Aparatının əməkdaşları, Milli İcmaların Koordinasiya Şurasinin üzvləri, KİV nümayəndələri və QHT rəhbərləri iştirak etdi.
Qeyd edək ki, sosial layihə 2009-cu ilin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən “Uşaq ili” elan edilməsi münasibətilə həyata keçirilib.





N16 (131) 16 avqust - 15 sentyabr 2010-cu il

Adobe Acrobat 7.0

 

 

© 2006 Copyright EU Xeber - EURO NEWS: site by: WebStudio.AZ; email: euxeber@hotmail.com