21 Azər Hərəkatı [17 Dekabr, 2009] Bu yaxınlarda Hollandiyanın Amsterdam şəhərində 21 Azər Hərəkatının il dönümü qeyd edildi. Qeyd edən təşkilat (Dünya Azərbaycanlıları Konqresi), qeyd edənlər Güneyli azərbaycanlılar.
Xəbər yayılınca diqqətlə izlədim. Salondakıların hamısının azərbaycanlı olmasına baxmayaraq, ortada bir dənə də olsun Azərbaycan bayrağı yox idi. Bəs qeyd edilmək istənilən 21 Azər Hərəkatında niyə bir dənə də olsun Azərbaycan bayrağı yox idi? Azərbaycan bayrağı yox idisə də, niyə bütün tədbir və mitinqlərdə “Haray, haray, mən türkəm!” deyə bağıran bu həmvətənlərimiz niyə bu salona heç olmasa bir Türk bayrağı asmamışdılar?
Çox düşündürücü, düşündürücü olduğu qədər də narahatedici idi bu toplantı salonunda bayraq asılmaması və bunun səbəbi hamımızı çox düşündürdü. Bu mövzu barədə tədbirin təşkilatçılarından açıqlama gözləyirik.
Bu DAk təşkilatının keçmişinə bir göz gəzdirilirsə, izləyənlər çox yaxşı bilir, yarandığı illərdə, səhv etmirəmsə 1997-ci ildə Amerikada keçirilən ilk toplantısında bayraq səbəbindən həmin iclas dağılma təhlükəsi ilə üz-üzə qalmışdı və bu bayraq hekayəsi DAk-la birlikdə günümüzə qədər gəldi. DAk emblemində belə illərlə Azərbaycan bayrağının rəngləri göstərilməmişdi amma keçdiyimiz günlərdə yeni bir qərar alınaraq embleminə Azərbaycan rəngləri qoya bildi, amma bu da nə qədər sürər bilinməz.
Bu həmvətənlərimizi təmsil etdikləri xalqın bayrağını qullanmamalarının səbəbi inanın ki, mənə çox maraqlı gəldi və bununla bağlı səlahiyyətli şəxslərdən tutarlı cavab gözləyirik.
Bizi qorxudan bəzi rəvayətlərdə Güney hərəkatının Azərbaycana bağlı olmadan və ayrı bir Azərbaycan dövləti qurmaq xəyalları daşıyan bəzi zehnlərin hələ də içimizdə olduqları və bunların bu DAk-ı parçaladıqdan sonra xalqımızı da parçalamaq xəyallarıyla hərəkət etdikləri və bəzi güclər tərəfindən istifadə edildikləri düşüncəsidir.
Bir-birilərini agentlik, satqınlıq və ya başqa sifətlərlə suçlayan bu qrupu bu salonda milli birliyi təmsil edən Azərbaycan bayrağını o salona asmamasını biz-Dünya Azərbaycanlıları olaraq qınayırıq!
Bulent Gurcam
Belcika Azerbaycan Evi Baskani
13/12/2009