ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
- Diaspor
- Gündəm
- Avropa
- Müsahibə
EURO XƏBƏR QƏZETİ
- Haqqımızda
- Rəhbərlik
- Kollektiv
- Layihələr
- Mətbuatda
- Foto albom
BELÇİKA AZƏRBAYCAN EVİ
- Yaranma tarixi
- Belçika haqqında
- Tədbirlər
- Nümayəndəliklər
- Foto albom
AZƏRBAYCAN
- Qarabağ problemi
- Xocalı Sorqırımı
QONAQ KİTABI
ƏLAQƏ
BANNER


free counter


 

 


“Euronews”un baş redaktoru: “Dağlıq Qarabağ ətrafındakı 7 rayonun da işğal olunmasını eşidəndə təəccübləndim”

[12 Dekabr, 2009]
Avropada yaşayan azərbaycanlı gənclər Fransanın Lion şəhərində “Euronews” telekanalının baş ofisi qarşısında aksiya keçiriblər.

APA-nın məlumatına görə, aksiya iştirakçıları telekanalda Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı hazırlanmış süjetdə Dağlıq Qarabağın müstəqil dövlət kimi təqdim olunmasına etirazlarını bildiriblər.

Azərbaycanlı gəncləri “Euronews”un baş redaktoru Peter Barabas qəbul edib. Söhbət zamanı onun Dağlıq Qarabağ probleminin mahiyyətindən tam xəbərsiz olduğu üzə çıxıb. Hətta P.Barabas Dağlıq Qarabağ ətrafındakı 7 rayonun da işğal olunmasını eşidəndə təəccübünü gizlədə bilməyib. Bununla belə, o, gənclərin təqdim etdiyi materiallarla yaxından tanış olacağına söz verib.

Qeyd edək ki, təqdim olunmuş materiallar Heydər Əliyev Fondu tərəfindən hazırlanıb. Onların arasında Azərbaycanın işğal olunmuş ərazilərinin də göstərildiyi xəritə, bukletlər, Xocalı soyqırımı barədə ingilis və fransız dilində DVD-lər də var.





N16 (131) 16 avqust - 15 sentyabr 2010-cu il

Adobe Acrobat 7.0

 

 

© 2006 Copyright EU Xeber - EURO NEWS: site by: WebStudio.AZ; email: euxeber@hotmail.com