"İskit Sak və Avro-Asiya" adlı seminar keçiriləcək
[08 Dekabr, 2009]
"Avropa Gənclərinin Avropaya İnteqrasiyası" Təşkilatının fəalları tələbələr və ziyalılarla birgə "İskit-Sak və Avro-Asiya" adlı növbəti interaktiv seminarını keçirəcək. Dekabrın 9-u 14.00-da Gəncliyə Yardım Fondunda baş tutacaq tədbirdə türk tayfaları olan iskit-sakların tarixi, dini, mədəniyyəti, yayıldıqları ərazilər barədə fikir mübadiləsi aparılacaq. Bu barədə "Euroxəbər" qəzetinə "Avropa Gənclərinin Avropaya İnteqrasiyası" Təşkilatının mətbuat xidmətindəndən bildirilib. Seminarda filologiya elmlər doktoru, professor Firudin Cəlilov və tədqiqatçı-türkoloq Bəxtiyar Tuncay mövzu ilə bağlı çıxış edəcək və iştirakçıların suallarını cavablandıracaq. Tədbirdə tələbələr, QHT sektorundan nümayəndələr, Gənclər və İdman Nazirliyi və Mədəniyyət və Turizm nazirliyi, Ombudsman Aparatının əməkdaşları iştirak edəcəklər.