ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
- Diaspor
- Gündəm
- Avropa
- Müsahibə
EURO XƏBƏR QƏZETİ
- Haqqımızda
- Rəhbərlik
- Kollektiv
- Layihələr
- Mətbuatda
- Foto albom
BELÇİKA AZƏRBAYCAN EVİ
- Yaranma tarixi
- Belçika haqqında
- Tədbirlər
- Nümayəndəliklər
- Foto albom
AZƏRBAYCAN
- Qarabağ problemi
- Xocalı Sorqırımı
QONAQ KİTABI
ƏLAQƏ
BANNER


free counter


 

 


Avropa Azərbaycanlıları Konqresi

[22 Noyabr, 2009]
Avropa Azərbaycanlıları Konqresinə "Belçika Azərbaycan Evi"nin sədri Bülənt Gürçamın şərhi

Hörmətli həmvətənlər, dəyərli Türk dünyası və diasporumuz ! Məlum olduğu kimi bu yaxınlarda Almaniyanın Frankfurt şəhərində Avropa Azərbaycanlıları Konqresinin növbəti iclası keçirildi. Kimlərin qatıldığı hamımıza məlumdur. Mən şəxsən 30 ildir Azərbaycan diasporu üçün xidmət göstərən həmyerliniz olaraq bu iclasa dəvət edilməmişdim (dəvət edilsəydim belə qatılmayacaqdım!).<> Bilirsiniz, mən Diasporla İş Üzrə Dövlət Komitəsinin ilk dövrlərindəki iclaslarına qatılmışam, amma heç bir iclasda nə mənə söz haqqı verilib, nə də fikirlərim soruşulub. Və mən bu iclaslara qatılmama qərarını çox-çox əvvəllər vermişəm. Bu gün baxıram ki, dünyanın bir çox ölkəsindəki diasporumuza doğrudan xidmət göstərən həmyerlilərimiz eyni fikir ətrafında birləşirlər. Bu da göstərir ki, Diasporla İş Üzrə Dövlət Komitəsi yarandığı dövrlərdəki missiyasını bugünə qədər daşımayıb və ancaq ayaqda dura bilmək üçün, necə deyərlər çırpınır.
Xaricdə yaşayan bir Azərbaycan Türkü olaraq, mənim ölkəmin və xalqımın taleyi ilə bağlı kimin nə etdiyini, nə düşündüyünü izləmək, öz fikrimi bildirmək və lazım gələrsə tərif və ya tənqid etmək haqqımın olduğunu düşünərək bu yazını tarixin səhifələrinə əlavə etməyi özümə borc bildim. Mənə elə gəlir ki, bütün həmvətənlərimin də bunu belə qəbul etməsini və belə davranmasını gələcək nəsillərimiz üçün zəruri olduğunu hesab edirəm.
Bu yazımı isə bu gün başlayan və iki gün davam etməsi nəzərdə tutulan Avropa Azərbaycanlıları Konqresinin iclasında oxumaq üçün bu işlə əlaqəsi olan şəxslərə göndərməyi düşünürəm. Təbii ki, onlar nə bu yazını qəbul edəcəklər, nə də oxuyacaqlar. Amma mən bunu bir insan kimi öz vəzifəm sanaraq göndərirəm, necə deyərlər, “Doğruyu söylə, at dənizə, balıq bilməsə də, Xalıq bilər”.
İndi icazənizlə gəlim əsl məsələyə. Yeni adı ilə “Diasporla İş Üzrə Dövlət Komitəsi” , yarandığı tarixdə (05/07/2002) isə “Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsi” , adındakı dəyişikliyə baxılarsa, bunu xaricdə yaşayan azərbaycanlılar və ya yaşadığımız ölkərin vətəndaşları belə başa düşərlər ki, bu təşkilat ilk dövrlərdə öhdəsinə götürdüyü “Azərbaycanlılarla İş Üzrə” missiyasını uğurla yerinə yetirib, xaricdəki azərbaycanlıları təşkilatlandırdı, öhdəsində olan bütün vəzifələri (bax:5 iyul 2002-ci il tarixli milli liderin fərmanı) yerinə yetirib, hər şey “güllük-gülüstanlıqdır” və artıq vəzifəsini bir az daha genişləndirməlidir. Ona görə də adı dəyişməli, “Diasporala İş üzrə Dövlət Komitəsi” olmalıdır. Bunların da başında iki özümüz kimi yaralı diaspor tapmalıydıq, o da hazır idi: Türk və Yəhudi diaspoları. Artıq biz onları da qurtarmalıydıq və bu gün Frankfurtda başlayan iclasın əsl amacı məhz budur.
Bilirsiniz, ölkə Prezidentinin bu işə çox duyarlı yanaşdığını, bəlkə də bu işi ən yaxşı bilənlərdən biri olduğunu, ən yaxşı bilənlərdən biri də mənəm və çox yaxın günlərdə işlərin nə yerdə olduğunu soruşmuşdu məndən. Burdan bütün diasporun önündən cavab verirəm: “İşlər heç də yaxşı deyil, cənab Prezident. Azərbaycan diasporunun vəziyyəti sizə anlatdıqları kimi heç də yaxşı deyil, bunu bütün bu işlə məşğul olan insanlar təsdiq edirlər”.
Bu yazdıqlarıma kim necə reaksiya verəcək, bilmirəm, amma mən bunu bu tarixə yazmaq və bizdən sonrakılara həqiqətləri demək məcburiyyətindəyəm.
İndi soruşan olar ki, o qədərmi ağırdır vəziyyət? Bilirsiniz, bu gün Frankfurtda olan iclası, qatılmamağıma baxmayaraq, çox diqqətlə izləyirəm və bunun ilk məlumatlarını da Komitənin saytında görə bilərsiniz. Açın baxın, görün söhbət nədən gedir. Biz bir bayraq, bir buklet, bir kitab, bir sənəd, bir informasiya tapmazkən, gördüyümüz, görəcəyimiz çox önəmli layihələrə maddi və mənəvi dəstək gözlərkən (bunlar bu iclasların yanında bir qəhvə pulu sayılır) yüzlərlə insanı Bakıdan Frankfurta gətirib, xaricdə yaşayan azərbaycanlıların taleyi haqqında iclas keçirməyin hansı beyinə sığacağını mən anlamıram, anlamayacağam da!
Baxın iclasda hansı mövzular danışılacaq:
"AZƏRBAYCAN-TÜRKİYƏ: ORTAQ TARİX, ORTAQ MARAQLAR VƏ ORTAQ PROBLEMLƏR"
"AZƏRBAYCAN VƏ TÜRKİYƏNİN QLOBALLAŞAN DÜNYAYA İNTEQRASİYASI: REALLIQLAR, PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR"
"AZƏRBAYCAN VƏ TÜRK DİASPOR TƏŞKİLATLARI ARASINDA ƏMƏKDAŞLIQ MÜASİR İNKİŞAF SƏVİYYƏSİ VƏ PERSPEKTİVLƏRİ"
Belə baxanda mənə elə gəlir ki, bu iclasın adı da Avropa Azərbaycanlıları Konqresinin iclası deyil, elə Avropa Birliyinə inad, Dünya Türk Birliyi Konqresi olmalı idi. Belə xırda adlar bizə «yaraşmaz!».
Bu iclasın bir də son bölümü olacaq, bu da çox maraqlıdır. Mövcud olmayan bir təşkilatın «Benelüks Azərbaycanlıları Təşkilatı»nın təklifi ilə «Avropa Azərbaycan İnformasiya Mərkəzi» yaradılacaqmış. !
Buyurun, düz yeddi ildir belə «əldə düzəltmə» adlar, işlərlə (bir neçəsini çıxmaqla. Məsələn, Türk və Azərbaycan Birliyi toplantısı) məşğuluq, yüzlərlə, minlərlə pullar gedir, təşkilatlar yaradılır. Antalya, Frankfurt bizim hesabımıza yaşayır, ancaq ortada arpa boyu iş yoxdur.
Mən bütün bunları hər zaman yazdım, söylədim. Bu gün də bütün diasporumuzun önündə deyirəm, çox istərdim ki, bunu göndərəcəyim Frankfurt iclasında da bir nəfər oxusun və hər kəs dinləsin. Kim nə deyir, özü bilər, amma doğruları söyləyən çıxsın heç olmasa.
Qəbul etməməyimə baxmayaraq, bir Azərbaycan Türkü olaraq bu iclasa uğurlar diləməyi də özümə borc bilirəm, amma yenə təkrar edirəm ki, heç bir şəkildə tərəfdar deyiləm və qəbul etmirəm, o iclasda qəbul ediləcək heç bir qərarı da qəbul etməyəcəm. Səbəbi isə bu işi gerçəkdən bilən insanların o iclasda olmamalarıdır və ya orada olduqları halda danışmamalarıdır.
21/11/2009






N16 (131) 16 avqust - 15 sentyabr 2010-cu il

Adobe Acrobat 7.0

 

 

© 2006 Copyright EU Xeber - EURO NEWS: site by: WebStudio.AZ; email: euxeber@hotmail.com