Daha iki nəfər AGBank-ın keçirdiyi “Uduşlu Kupon” kampaniyasının qalibi oldu
[11 Noyabr, 2009]
Bir həftə ərzində, iki nəfər - Məmmədov Əli və Kərimov Aslan – AGBank-ın keçirdiyi Uduşlu Kupon kampaniyasının qalibi olaraq, hərəsi 200 manatlıq kupon qazanıblar. Bu barədə AGBank-ın mətbuat xidməti xəbər yayıb. Məlumatda deyilir ki, bu iki nəfərlə birlikdə, son bir ay ərzində 4 nəfər Uduşlu Kuponun qalibi olub. Xatırladaq ki, daha əvvəl 500 manatlıq kuponları Yusubov İsa və Əbilov Hafiz qazanmışdılar.<<>> AGBank-ın keçirdiyi və ölkədə bənzəri olmayan bu kampaniya çərçivəsində AGBank-ın bankomatlarına yalnız 500 və 200 manatlıq kuponlar yerləşdirilir. Ən əsası isə odur ki, bu kuponları yalnız AGBank-ın kart daşıyıcıları yox, Azərbaycanın və dünyanın istənilən bankının kartına malik istifadəçilər də qazana bilərlər.