ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
- Diaspor
- Gündəm
- Avropa
- Müsahibə
EURO XƏBƏR QƏZETİ
- Haqqımızda
- Rəhbərlik
- Kollektiv
- Layihələr
- Mətbuatda
- Foto albom
BELÇİKA AZƏRBAYCAN EVİ
- Yaranma tarixi
- Belçika haqqında
- Tədbirlər
- Nümayəndəliklər
- Foto albom
AZƏRBAYCAN
- Qarabağ problemi
- Xocalı Sorqırımı
QONAQ KİTABI
ƏLAQƏ
BANNER


free counter


 

 


Amerikalı jurnalist Tomas Goltz yeni film hazırlayır

[11 Noyabr, 2009]

Erməni silahlı qüvvələrinin Qarabağa təcavüzü bir çox əcnəbi jurnalistlərin diqqətini bu qaynar nöqtəyə yönəltdi. Onlardan biri də Montana Universitetinin professoru Tomas Goltzdur. “Qarabağ müharibəsini işıqlandırmaq, eləcə də Azərbaycanla tanışlıq tam təsadüfi oldu”-özü etiraf etsə də, tale elə gətirib ki, fəaliyyəti, işləri Qafqazla xüsusilə də Azərbaycanla bağlıdır. O, informasiya blokadası şəraitində Xocalı qırğını haqqında ilk məlumatı Amerika mətbuatına ötürüb və bu barədə dünya mətbuatına ilk məlumatı verən jurnalist kimi tarixə düşüb. “Azərbaycan gündəliyi” (1998), “Çeçenistan gündəliyi”(2003) kimi əsərlərin müəllifidir. Bu yaxınlarda Bakıya səfər etmiş tanınmış jurnalistlə "Euroxəbər" qəzetinin əməkdaşı olaraq biz də söhbətləşdik.<>
-Sizi Xocalı qırğını haqda məlumat verən ilk jurnalist kimi tanıyırlar.
- Bəli, bu düzdür. 1992-ci ilin fevralı həyat yoldaşım Hicran xanım da mənimlə birgə Ağdamda idi. O, BBC-nin türkcə xidmətinə Xocalı qırğını barədə xəbər verdi. Mən isə bu barədə məlumatı “Washinqton Post” və “Sunday Times” qəzetlərinə ötürdüm.
- Azərbaycana ilk gəlişinizi necə xatırlayırısız?
- Biz Özbəkistan, Orta Asiya dövlətləri ilə bağlı bir araşdırma aparmalıydıq. İstanbuldan Bakıya uçduq. Bakıda iki həftə qaldıq. Viza olmayınca hoteldə qalmaq olmurdu. Maştağada qaldığımız ailə bizi Gəncədəki qohumu vasitəsilə ora apardı. Piknik etmək üçün Çaykəndə gəldik. Burda döyüşlər olmuşdu. İki həftədən sonra isə Özbəkistana yola düşdük. Sovetlər birliyi çökdükdən sonra yazmağa yeni mövzular meydana gəldi. SSSR-in çöküşü, Azərbaycanın müstəqilliyi vəs.
-Qarabağ savaşı zamanı hara səfərlər etmisiz?
-İlk səfərim 1991-ci ilin yayı oldu. İlk dəfə rəsmi olaraq üç-dörd xarici jurnalistlə birgə Şuşaya getdik, Kəlbəcərdə olduq. Səfərlər zamanı dəfələrlə Xocalıda da olmuşam. O günlərdə Boris Yeltsin Nursultan Nazarbayevlə Xankəndində bir sülh təşəbbüsü ilə çıxış edəcəklərdi. Odur ki, Xocalıya təkrar gəldik, tərslik oldu. Onlar Xankəndinə getdi. Xocalıda bizi komandir Əlif Hacıyev qonaq etdi və gecə orda qaldıq. Mənim təsadüf nəticəsində Xocalıyla əlaqəm oldu. Orda bir neçə dəfə olduğumdan bir çox insanları da tanıyırdım. 1992-ci ildə isə Ağdama getdim. Orda Əlif Hacıyev mənlə görüşdü və “biz öləcəyik burlarda” dedi. 25 fevral axşamı baş verən vəhşətdən sonra ermənilər bəhanə gətirdilər ki, Xocalıda böyük silah və qradlar vardı. Bu yalandır, çünki mən hadisədən öncə orda idim. Orda 40 əsgər, uzaq başı 2 BTR vardı. Qırğın barədə o dövrdə dostlarımızdan biri zəng edib söylədi. Rəsmi şəxslərlə məsələni dəqiqləşdirmək istədik. Ancaq dedilər ki, 2 nəfər şəhid olub. Biz buna inanmayıb Tərtər, Bərdə və Ağdama getdik. Gördük ki, o fevral gecəsi bir fəlakət olub. İnsanlar Ağdama gəlməyə başlayırdı. Meyidləri saymağa başladıq.
-Hadisə barədə məlumatı necə ötürə bildiz?
- Məqaləmi telefonla “Washinton post”a ötürdüm. Əvvəlcə inanmaq istəmədilər. Çünki o dövrdə ermənilər yalandan yaymışdılar ki, əksinə “azərbaycanlılar bizə hücum edib”. Bu yalan bir təbliğat idi. Ancaq informasiyanı nə yaxşı ki, redaktorlarım mənə inanıb çap etdilər. Bundan sonra əcnəbi müxbirlər Qarabağa gəlməyə başladı. Onları xüsusi vertalyotla Qarabağa apardılar. Artıq gec idi. Çünki əvvəlcə hadisə barədə yalan rəsmi məlumat verilmişdi.
- Hazırda Azərbaycanla bağlı hansı layihələriniz var?
-Biz vaxtilə qaçqın düşərgələrinə gedib, orda istedadlı muğam oxuya bilən uşaqlarla tanış olmuşduq. İndi bununla bağlı bir film çəkmək istəyirik. Filmdə muğam oxuyan qaçqın uşaqlarla dünyaya Qarabağla bağlı mesaj verəcəyik. Məncə ən qüvvətli və təsirli şey odur, tar, kamança və dəflə-musiqinin dili ilə müharibə reallığını çatdırmaq daha təsirli olar. Azərbaycan ya da ingilis dili muğamın özəlliklərini təsvir etməyə yetməz, onu sadəcə hiss etmək olar.
Ssenarimiz var. Dostumuz Jefri 10 il əvvəl qaçqın düşərgələrinə gedib çəkiliş edib. Bu zaman bir çox uşaqlarla tanış olub. Əsas hekayə odur ki, Jefri 10 il sonra həmin yerlərə təkrar gəlib uşaqların taleyi ilə maraqlanır. Onlar nə iş görür, yenə musiqi ilə məşğul olurmu? Biz gedib 4 uşağı film üçün tapa bildik. Əsas istəyimiz beynəlxalq festivallarda təqdim oluna bilən film hazırlamaqdır. Arzum odur ki, bu cür filmlər Azərbaycandan gələn bir film olsun və onu Avropa, Amerika efirlərində nümayiş etsinlər.
Əfsanə BAYRAMQIZI





N16 (131) 16 avqust - 15 sentyabr 2010-cu il

Adobe Acrobat 7.0

 

 

© 2006 Copyright EU Xeber - EURO NEWS: site by: WebStudio.AZ; email: euxeber@hotmail.com