“Uşaqlıq dövrünün texnologiyaları” adlı xeyriyyə aksiyası keçirildi
[26 Oktyabr, 2009]
Mərkəzi Botanika Bağında uşaq oyun meydançasının tikintisinə həsr edilmiş “Uşaqlıq dövrünün texnologiyaları” adlı xeyriyyə aksiyası keçirildi. Bu aksiya Azərbayacnda Uşaq ili, eləcə də “Baku Tel” 15-ci Azərbaycan Beynəlxalq Sərgisinin yubileyi çərçivəsində keçirilib. <>
Uşaq meydançası körpə uşaqları cəlb etməklə yanaşı yeniyetmələrin sağlam və fəal qalmaları, vaxtlarını öz valideynləri və dostları ilə xoş keçirməsinə kömək etməklə onlar üçün ideal bir məkan sayılır. Məhz buna görə də, tikinti məkanı qismində təşkilatçılar sərgi ərazisində dünyanın müxtəlif botanika-coğrafi regionları, o cümlədən Azərbaycan florasından 2000-dən çox ağac, kol, gül və sıx otlu bitkilərdən ibarət möhtəşəm kolleksiya olan Mərkəzi Botanika Bağını seçiblər.