15-ci YubileyAzərbaycan Beynəlxalq İnşaat Sərgisi
[21 Oktyabr, 2009]
“Xəzər İnşaat Həftəsi” 21-24 oktyabr tarixlərində Heydər Əliyev adına İdman Konsert Kompleksində Azərbaycan Beynəlxalq İnşaat Sərgisi keçirəcək. Bu tarix sərginin təqvimində xüsusi yer tutur. Belə ki, “BakuBuild” sərgisi bu il öz 15 illik yubileyini qeyd edəcək. 15 il ərzində “BakuBuild” sərgisi 35 ölkədən 1600-dən çox şirkət qəbul etmiş və bütün bu illər ərzində təqdimat mərasimlərinin keçirildiyi məkan, inşaat sektorunun mütəxəssisləri üçün əlamətdar bir tədbir, eləcə də görüşlərin keçirilməsi və yeni əlaqələrin qurulması üçün platforma rolunu oynamışdır. Bu il ilk dəfə olaraq sərgi çərçivəsində yekun istehlakçılar, eləcə də yeni başlayan ustalar üçün sərgi təşkilatçıları tərəfindən xüsusi “Təmir məktəbi” layihəsi hazırlanıb. Burada hər bir ziyarətçi öz mənzilinin və ya ofisinin təmiri və layihələndirilməsi ilə bağlı bütün suallara inşaat işinin peşəkarları tərəfindən faydalı cavablar ala biləcəklər. “BakuBuild” sərgisi ilə birgə “Caspian MebelExpo”-7-ci Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn sərgisi də keçirilir. Sərgidə Azərbaycan, Türkiyə, Rusiya, İtaliya, İsveçrə, Litva və Belarusdan olan şirkətlər iştirak edəcəklər.