Azərbaycan məktəbi Şotlandiyada [02 Sentyabr, 2008] “Caspian- Xəzri” Azərbaycan məktəbi Böyük Britaniyada üçüncü Azərbaycan məktəbini açmağı planlaşdırır. Məktəbin rəhbəri Simuzər Baloğlanovanın Trend News-a verdiyi xəbərdə “indi Şotlandiyada Azərbaycan məktəbinin açılması üçün maliyyə vəsaitlərinin axtarışı davam etdirilir”.
“Caspian- Xəzri”nin rəhbərinin sözlərinə görə isə Böyük Britaniyada Azərbaycan məktəblərinin açılmasında məqsəd Britaniya azərbaycanlılarında milli mədəniyyət atmosferinin saxlanılmasıdan ibarətdir. “Azərbaycanda iş tapan və ya sadəcə olaraq, dilimiz və mədəniyyətimizlə maraqlanan çoxlu ingilis var”. Məktəbin planlarına yeni öyrənməyə başlayanlar üçün Azərbaycan dili kurslarının açılması da daxildir
Bu ilin aprelində Böyük Britaniyadakı Cənubi azərbaycanlılar Təşkilatının və “Caspian- Xəzri”Azərbaycan məktəbinin ilk birgə layihəsi əsasında açılmış ikinci Azərbaycan məktəbində Azərbaycan dili, tarixi, coğrafiyası və mədəniyyəti fənləri tədris edilir. “Caspian-Xəzri”nin ilk məktəbi 2006-cı ilin aprelindən fəaliyyət göstərir.