Kiprə “Mədəni soyqırım” iddiası [21 İyul, 2008] Şimali Kipr Sülh Hərəkatının ildönümü şənlikləri davam edərkən “Neo Con” lara yaxınlığı ilə tanınan “Washington Times” qəzetində Kiprlə bağlı Türkiyəyə ağır ittihamlar irəli sürülən ABŞ-ın Kipr siyasətinə işarə edən bir məqalə yayımlanıb. ABŞ-ın “Kipr işğalının hələ də davam etməsinə icazə verdiyi”önə sürülən məqalədə Kiprdə “Mədəni soyqırım” törədildiyi də iddia edilib.
“Washington Times” qəzetində konqres lobbilərindən İnsan Haqları üçün Liderlik Şurası adlı qurumun sədri Kathryn Cameron Porter imzası ilə yayımlanan “Kipr çözümü, Lütfən” başlıqlı məqalədə 34 il öncə keçmiş Xarici İşlər Naziri Henry Kissingerin “Kiçik ada ölkəsinin bir parçasını Türkiyəyə təslim ettiyi”ni irəli sürüb.