Milanlı müsəlmanların yeni ibadət mərkəzi
[19 İyul, 2008]
İtaliyadakı Milanlı müsəlmanlar Cümə namazını şəhərdəki velosiped yarışlarının keçirildiyi Vigorelli stadionda qılıb. Buna səbəb onların əvvəlki ibadət mərkəzi sayılan Jenner məscidinin gələn şikayətlər əsasında bağlanması olub. Milan bələdiyyəsinin müsəlmanların müvəqqəti olaraq stadiondan məscid kimi istifadəsinə icazə verməsi bəzi qüvvələr tərərfindən narazılıqla qarşılandığına görə polislər tərərfindən müdaxilələrə qarşı xüsusi rejimli mühafizə xidməti də təşkil olunub.