Milli Ensiklopediya satışa çıxarılacaq
[17 İyul, 2008]
Azərbaycan Milli Ensiklopediyasının ilk cildi 23 min tirajla yaxın zamanlarda satışa çıxarılacaq. Anspressin Milli Elmlər Akademiyasına istinadən verdiyi məlumata əsasən akademiyanın prezidenti Mahmud Kərimov bunun ən yaxşı halda bu ilin payızında baş tuta biləcəyini bildirib. AMEA prezidenti növbəti cildlərin hazırlanması üzərində iş getdiyini də qeyd edib. “Demək olar ki, A hərfi ilə bağlı işlər yekunlaşıb”. Mahmud Kərimov kitabın ilk tirajının satışı üçün də müəyyən tədbirlər görüldüyünü bildirib.