Medianın hüquqi durumu
[16 İyul, 2008]
Bu gün Media Hüququ İnstitutu Azərbaycanda medianın hüquqi durumuna dair yarımillik hesabat keçirdi. Məqsəd son altı ayda medianın azad və müstəqillliyinə təsir göstərən hadisələri işıqlandırmaq, bu halları doğuran səbəbləri aradan qaldırmaq üçün tövsiyyələr irəli sürməkdir. Hesabatda çap mediası bazarının getdikcə süstləşməkdə olduğu, bu sahəyə yatırım qoyulmasının yox səviyyə düşməsi və ölkədə biznesin siyasi hakimiyyətdən asılı olması qeyd olunur. “Ölkənin ən oxunaqlı, geniş oxucu auditoriyası olan qəzetlərin reklam cəlbetmə, alma imkanları yoxdur. Reklam bazarının qapıları tənqidçi medianın üzünə qıfıllanıb”.
Qısa icmalda qəzet və jurnal oxuyanların sayının kəskin azalması, geniş yayılan tənqidçi qəzetlərin tirajının 5-10 min civarında olması bildirilir.
Televiziya və radiolar çox kiçik istisna ilə hökümətin tam kontrolu altındadır. Ölkənin bir neçə özəl televiziya və radiosu hökümətə birbaşa bağlılığı olan şəxslərin əlindədir. Televiziya və radio işi üçün dövlət lisenziyaların problemi çözülməmiş qalır.
“Euro Xəbər”