Türkiyədə erməni dili tədris ediləcək
[11 İyul, 2008]
Nevşəhər ədəbiyyat fakültəsində erməni, ibrani, yunan, ərəb dilləri və ədəbiyyat bölümü açılacaq. Keçən həftə toplaşan Üniversitetlərarası qurumda keçirilən səsvermə zamanı edilən müraciətə müsbət yanaşılıb. Bununla Türkiyədə ilk dəfə olaraq erməni dili və ədəbiyyatının bir bölmə şəkilində öyrədilməsinə icazə verilib. Nevşəhər ədəbiyyat fakültəsinin dekanı Metin Hülagu bunun son dərəcə önəmli bir irəliləyiş olduğunu bildirmişdir. Onun sözlərinə görə, Ermənistandan daşnak arxivlərini açmasını istəyirik. Bunu oxuyan mütəxəsis yoxdur. Üniversitetlərarası qurum belə bir verərək erməni məsələsinə yeni mövqedən yaxınlaşdığını göstərir. Dekan bununla bağlı erməni patriarxlığından və caamatından kömək istəyəkəcəklərini bildirib.
“Euro Xəbər”