ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
- Diaspor
- Gündəm
- Avropa
- Müsahibə
EURO XƏBƏR QƏZETİ
- Haqqımızda
- Rəhbərlik
- Kollektiv
- Layihələr
- Mətbuatda
- Foto albom
BELÇİKA AZƏRBAYCAN EVİ
- Yaranma tarixi
- Belçika haqqında
- Tədbirlər
- Nümayəndəliklər
- Foto albom
AZƏRBAYCAN
- Qarabağ problemi
- Xocalı Sorqırımı
QONAQ KİTABI
ƏLAQƏ
BANNER


free counter


 

 

Mətbuatda:

«EU Xəbər» ictimaiyyətə təqdim edildi
Yeni qəzet, diasporu Azərbaycana tanıtmaq niyyətindədir.
Dünən ilk sayı çap olunan «Eu Xəbər» qəzetinin baş redaktoru Bülənt Gürçam mətbuat konfransı keçirərək yeni mətbuat orqanını ictimaiyyətə təqdim etdi
O bildirdi ki, Belçikadakı «Azərbaycan Evi» tərəfindən buraxılan qəzetin məqsədi xaricdə yaşayan diasporun gücünə inanmağın vacibliyini, imkanlarını diqqətə çatdırmaqdır.
«Uzun illər xaricdə yaşayan azərbaycanlı kimi ölkəmizi tanıtmaq naminə diaspor təşkilatçılığı ilə məşğul olaraq fəaliyyətimizi bu günədək davam etdirməkdəyik. Bu qəzet həmin fəaliyyətin nümunəsidir»,-deyən baş redaktor ittihamlardan uzaq qəzetçiliyə önəm vermək niyyətindədir. Onun sözlərinə görə, qəzetdəki xəbərlər xaricdə yaşayan soydaşlarımızın, əcnəbilərin kənardan baxışlarını əks etdirəcək. O, qeyd etdi ki, bu cür qəzet xaricdəki soydaşlarımıza deyil, məhz ölkəmizə lazımdır.
«Azərbaycanda baş verənləri xaricdə olan 3-5 nəfərə anlatmaq lazım deyil. Biz beynəlxalq təşkilatlara özümüzü tanıtmalı, problemimizi anlatmalıyıq. Qəzet Avropadakı hadisələri Azərbaycan oxucularına çatdıracaq».
Qeyd edək ki, hələlik qəzet 12 səhifədə ayda ik dəfə çıxacaq. Yaxın gələcəkdə isə qəzetin həftədə bir dəfə çap olunması nəzərdə tutulur. Baş redaktor onu da qeyd etdi ki,hətta qəzetin oxucusunun az olması da onu yolundan döndərməyəcək.

Röya
«Ekspress» qəzeti,
24 iyun,2004-cü il.


Avropaya addım-addım Azərbaycanda yeni işıq üzü görən qəzetin devizi belədir
Dünən Bakı Mətbuat Klubunda yeni mətbu orqanın təqdimatı oldu. İlk sayı milli mətbuat gününə təsadüf edən «EU Xəbər» qəzetinin yaradıcıları yeni nəşr barədə jurnalistlərə məlumat verdilər. Qəzetin baş redaktoru və Belçikadakı «Azərbaycan Evi» cəmiyyətinin sədri Bülənt Gürçam qeyd etdi ki, qəzet onun rəhbərlik etdiyi qurumun dəstəyi ilə ərsəyə gəlib.
Onun sözlərinə görə, nəfis tərtibatda çap edilmiş 12 səhifəlik rəngli qəzet olan «EU Xəbər» ayda iki dəfə Azərbaycan oxucularını görüşünə gələcək. Baş redaktor geyd etdi ki, «Avropaya addım-addım» devizli içtimayi zəzetin nəşrində əsas məqsəd azərbaycanın Avropaya inteqrasiyasına yardımçı olmaq, bu məsələlər barədə ictimayyətdə maarifləndirmə işi aparmaqdır.
Rəhbərlik etdiyi qurumun Belçikanın paytaxtında yerləşməsinin böyük əhəmiyyət daşıdığını qeyd edən B.Gürçam nəşr etdiyi qəzetin Avropa və Azərbaycan arasında körpü rolunu oynayacağına əminliyini bildirdi. Avropanın ünlü simalarının və siyasətçilərinin fikirlərinin qəzetdə mütamadi işıqlandırılacağını qeyd edən B.Gürçamın sözlərinə görə, ilk nömrəsində Belçika baş nazirinin müavini, xarici işlər naziri, Dünya Gömrük Təşkilatınınsədri və digərlərinin fikirləri dərc olunub.
24 iyul,2004-cü il.
«Üç nöqtə» qəzeti.


«Eu xəbər» qəzeti Azərbaycanın Avropada inteqrasiyasına yardım edəcək.
Dünən Bakı mətbuat Klubunda «EU Xəbər»qəzetinin təqdimat mərasimi keçirildi. İlk sayı Milli Mətbuat Gününə təsadıf edən qəzet Belçika «Azərbaycan Evi» Cəmiyyətinin dəstəyi ilə araya-ərsəyə gətirilirb. Müxtəlif dövrlərdə cəmiyyət tərəfindən «odlu vətən», «Azərbaycan kültür və infarmasion dərgisi»adlı nəşrlərburaxılıb. Bu dəfə dəyişik formada nəşr edilən qəzetdə avropalı yazarların da fikirləri yer alacaq. Bakıda nəşr edilən 12 səhifəlik rəngli qəzet ayda iki dəfə oxucularla görüşə gələcək.
Baş redaktor Bülənt Gürçam «Avropaya addım-addım» vəzifə altında nəşr edilən qəzetin əsas məqsədinin Azərbaycana Avropa Birliyinə inteqrasiyada dəstək olub, buməsələlərlə bağlı maarifləndirmə işi aparmaqda ibarət olduğunu dedi. Onun sözlərinə görə, qəzetdə Avropanın tanınmış simalarıvə siyasətçilərinin yazıları yerləşdiriləcək «Bu sayda Belçika Baş nazirininmüavini, xarici işlər naziri Louis Mişel, Dünya Gömrük Təşkilatının sədri Mişel Danetin fikirləri verilib. Yazılarda özümüzə və gələcəyimizə Avropa nəzərləri ilə baxığ, problemlərimizin həlli yolunda yardımçı olmağa çalışacağıq». B. Gürçam bir çox təşkilatların mərkəzlərinin brüsseldə yerləşdiyindən qəzetdə mümkün qədər maraqlı informasiyalarla çıxış edəcəklərini dilə gətirdi. O, qəzetin Avropa ilə Azərbaycan mətbuatı arsanda körpü rolu oynayacağını vurğuladı. «Oxucu sayının az olması da problem deyil. Çünki biz öz yolumuzu tutaraq gedəcəyik».
24 iyul,2004-cü il.
«Ekspress» qəzeti.


Eu Xəbər» gəldi
Bülənt Gürçam: «Bu qəzet Azərbaycanla Avropa arasında körpü rolunu oynayacaq».

İlk sayı Milli Mətbuat günündə nəşr edilən «Eu Xəbər» qəzetinin rəhbərləri ötən gün «Bakı» Mətbuat Klubunda jurnalistlərlə görüşərək mətbu orqanın gələcək fəaliyyəti ilə bağlı məlumat verdilər. Qəzet «Belçika-Azərbaycan Evi»cəmiyyətinin dəstəyi ilə ərsəyə gəlib.
Qəzetin Baş redaktoru və cəmiyyətin sədri Bülənt Gürçam bildirdi ki, yüksək poliqrafik səviyyədə, rəngli tərtibatla çap olunan qəzet ayda 2 dəfə 12 səhifədə oxucuların görüşünə gələcək.
O, «Avropaya addım-addım» devizli qəzetin 3000 tirajla çap olunacağını diqqətə çatdıraraq bunda əsas məqsədin Azərbaycanın Avropaya inteqrasiyası problemlərini işıqlandırmıqdan ibarət olduğunu dedi. Onun sözlərinə görə, «Eu Xəbər» Azərbaycanla Avropa arasında körpü rolunu oynayacaq:
«Qəzetin nəşrində əsas məqsəd Azərbaycanımızın Avropa Birliyinə inteqrasiyasına dəstək olmaq və bu məsələlərlə bağlı əhali arasında maarifləndirmə işi aparmaqdır».
Baş redaktor digər mühüm məqsədin isə xalqımızla bağlı məlumatların avropalı oxuculara çatdırılmasından ibarət olduğunu söylədi:
«Biz «Belçika Azərbaycan evi» olaraq tez-tez Azərbaycana gəlirik. Hər gəlişimizdə də bir şey hazırlayırıq. Bu dəfəki gəlişimizdə isə haqqında danışdığımız qəzeti hazırlamışıq. Sözsüz ki, hər şeyin ilkində nöqsanlar olduğu kimi, qəzetin ilk nəşrində də nöqsanlarımız var. Qəzetin nə dərəcədə yaxşı və pis çıxmasını oxusuların ixtiyarına buraxırıq. Qiyməti əlbəttə ki, onlar verəcək».
Qəzetdə əsas üstünlüyün informasiya və analitik xarakterli yazılara veriləcəyini diqqətə çatdıran B.Gürçam reklama ehtiyac olmadığını dedi.
Qeyd edək ki, qəzetin ilk sayında Avropanın ünlü simaları və siyasətçilərinin çeşidli yazıları dərc olunub. Belçika Baş nazirinin müavini, xarici işlər naziri Louis Mişelin, Dünya Gömrük təşkilatının sədri Mişel Danenin, APCO-İtaliyanın Baş redaktoru, Avropa parlamentinin eks-mətbuat katibi İvo İliç Garabanın dəyərli fikirləri ilk sayda oxuculara təqdim olunub.
Vüqar Qocamanlı
«Şərq» qəzeti.
24 iyul, 2004-cü il.


«Eu xəbər» qəzeti Azərbaycanın Avropada inteqrasiyasına yardım edəcək
Dünən Bakı mətbuat Klubunda «EU Xəbər» qəzetinin təqdimat mərasimi keçirildi. İlk sayı Milli Mətbuat Gününə təsadıf edən qəzet Belçika «Azərbaycan Evi» Cəmiyyətinin dəstəyi ilə araya-ərsəyə gətirilirb. Müxtəlif dövrlərdə cəmiyyət tərəfindən «Odlu vətən», «Azərbaycan kültür və informasyon dərgisi»adlı nəşrlər buraxılıb. Bu dəfə dəyişik formada nəşr edilən qəzetdə avropalı yazarların da fikirləri yer alacaq. Bakıda nəşr edilən 12 səhifəlik rəngli qəzet ayda iki dəfə oxucularla görüşə gələcək.
Baş redaktor Bülənt Gürçam «Avropaya addım-addım» devizi altında nəşr edilən qəzetin əsas məqsədinin Azərbaycana Avropa Birliyinə inteqrasiyada dəstək olub, bu məsələlərlə bağlı maarifləndirmə işi aparmaqdan ibarət olduğunu dedi. Onun sözlərinə görə, qəzetdə Avropanın tanınmış simaları və siyasətçilərinin yazıları yerləşdiriləcək «Bu sayda Belçika Baş nazirinin müavini, xarici işlər naziri Louis Mişel, Dünya Gömrük Təşkilatının sədri Mişel Danenin fikirləri verilib. Yazılarda özümüzə və gələcəyimizə Avropa nəzərləri ilə baxacaq, problemlərimizin həlli yolunda yardımçı olmağa çalışacağıq». B. Gürçam bir çox təşkilatların mərkəzlərinin Brüsseldə yerləşdiyindən qəzetdə mümkün qədər maraqlı informasiyalarla çıxış edəcəklərini dilə gətirdi. O, qəzetin Avropa ilə Azərbaycan mətbuatı arsanda körpü rolu oynayacağını vurğuladı. «Oxucu sayının az olması da problem deyil. Çünki biz öz yolumuzu tutaraq gedəcəyik».

Günel
525-ci qəzet
24 iyul 2004 il.
«Avropaya addım-addım».


Daha bir qəzet mətbuatın sırasına qoşuldu
Azərbaycanda işıq üzü görən qəzetlərin sırasında Milli mətbuat günü daha biri əlavə olundu. «Eu Xəbər» adlanan və Belçikadakı «Azərbaycan Evi» təşkilatının dəstəyilə yaradılan qəzetin devizi,- «Avropaya addım-addım»- adlanır.
Qəzetin Baş redaktoru Bülənt Gürçam yeni nəşrin təqdimat mərasimində jurnalistlərə bildirdi ki, «Azərbaycan Evi» fəal təşkilat kimi hər dəfə bir yenilik edir. Bu dəfəki yeniliyin qəzetlə bağlı olduğunu deyen Baş redaktor nəşrin Azərbaycanla Belçika arasında körpü rolunu oynayacağını, Avropada gedən prosesləri Azərbaycan oxucusuna çatdıracağını qeyd etdi. «Çünki Azərbaycan Avropa İttifaqına üz tutub və düzgün yoldadır». Azərbaycanın Aİ-yə üzv olması üçün uzun muddət gözləməyəcəyini düşünən Bülənt Gürçam aparılan işlərdə yardımçı olmaq istədiklərini vurğuladı. Bunun üçün ictimaiyyət arasında maarifləndirmə işi aparılacaq. Qəzetin əsas məqsədlərindən birinin də lobbiçilik məsələlərinin işıqlandırılması olduğunu deyən Baş redaktor bu səpkili materialların da qəzetdə geniş yer tapacağını vurğuladı. İlk sayı məlumat, informasiya xarakterli olan qəzetin gələcək saylarında şərhlər və analizlər də öz əksini tapacaq. Orta təbəqə oxucuları üçün nəzərdə tutulmuş qəzetdə xarici dillərdə səhifələr də olacaq. Hələlik isə bu işi həyata keçirməyə jurnalist kadrı çatışmır. Ümumiyyətlə qəzetin yeganə probleminin jurnalist kadrı ilə bağlı olduğunu deyən Baş redaktor onlara xarici dil bilən peşəkar müxbirlərin gərək olduğunu vurğuladı. O da bəlli oldu ki, yazılarda imzaların göstərilməməsi də materialların eyni jurnalistlər tərəfindən hazırlanması ilə bağlıdır.
Xatırladıq ki, qəzetin ilk sayında Belçika Baş nazirinin müavaini Louis Michel, Dünya Gömrük Təşkilatının sədri Michel Danet və başqalarının fikirləri öz əksini tapıb. Bülənt Gürçam qəzetdə reklama çox az yer veriləcəyini söylədi. Ayda iki dəfə oxucuların görüşünə gələn qəzet on iki səhifə ilə işıq üzü görəcək. Məlum oldu ki, «Azərbaycan Evi» təşkilatı Azərbaycandakı qurumlar, həm də ictimaiyyətlə sıx işləyir. Azərbaycanı xaricdə tanıtmaq, buradakı həqiqətləri, Qarabağ problemini Avropaya çatdırmaq, yaymaq istiqamətində bir sıra işlər də həyata keçirmək istəyən qurum bu yaxınlarda isə həmin məqsədlər üçün hazırladıqları kitabı çap edib yayacaqdır.

Südabə
«Media» qəzeti
24 iyul 2004-cü il

 

 





N14 (129) 30 iyul - 12 avqust 2010-cu il

Adobe Acrobat 7.0


  • Fatal error: Call to undefined function db_getByCategory() in /home/euxeber/public_html/new/pdf.php on line 295