Layihələr:
1. “EURO Xəbər” dəfələrlər vətənpərvərlik mövzusunda
analoqu olmayan müsabiqələr elan etmişdir. 2005-ci ildə
“Heydər Əliyev və Avropa” devizi altında keçirilən rəsm
müsabiqəsində
iştirak edən uşaqlar öz rəsmlərində əsasən Azərbaycanın
Avropaya inteqrasiyası, “Üç dənizin əfasnəsi” adını
almış Bakı-Tbilisi-Ceyhan neft kəməri, Qarabağ və işğal
olunmuş digər Azərbaycan torpaqlarını canlandırmışlar.
2.
2005-ci ilin may ayının 30-da Azərbaycanda ilk dəfə
“Avropa Qonşular Bayramı”nı “EURO Xəbər” qəzeti həyata
keçirmişdir. Tədbirə həmçinin Azərbaycandakı Avropa
diplomatik qurumlarının nümayəndələri də iştirak etmişlər.
3.
30 avqust 2006-cı ildə Zəfər bayramı münaisbətilə Ağrı
dağının 5137 metrlik zirvəsinə qalxan İğdır Akud dərnəyinin
üzvləri üzərində Türk dünyasının ulu öndərləri Atatürk
və Heydər Əliyevin şəkli və «EURO Xəbər»in adı yazılan
bayrağı zirvəyə qədər apararaq Ağrı dağının zirvəsinə
sancıblar.
4.
2006-cı ildə isə “Bakı-Tbilisi-Ceyhan” neft kəmərinin
başa çatması ilə əlaqədar olaraq mahnı müsabiqəsi təşkil
edilmişdi.
|