ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
- Diaspor
- Gündəm
- Avropa
- Müsahibə
EURO XƏBƏR QƏZETİ
- Haqqımızda
- Rəhbərlik
- Kollektiv
- Layihələr
- Mətbuatda
- Foto albom
BELÇİKA AZƏRBAYCAN EVİ
- Yaranma tarixi
- Belçika haqqında
- Tədbirlər
- Nümayəndəliklər
- Foto albom
AZƏRBAYCAN
- Qarabağ problemi
- Xocalı Sorqırımı
QONAQ KİTABI
ƏLAQƏ
BANNER


free counter


 

 

Haqqımızda:


“EURO Xəbər” qəzeti 2004-cü ilin 22 iyulundan “Belçika Azərbaycan Evi” nin təsisçiliyi ilə Bakıda nəşr olunur. Qəzetin təsisçisi və baş redaktoru “Belçika Azərbaycan Evi”nin sədri Bülent Gürçamdır. “EURO Xəbər” qəzetinin səhifələrində Azərbaycanın Avropaya inteqrasiyası məsələlərinə xüsusi önəm verən, ümummilli liderimiz, mərhum prezident Heydər Əliyevin azərbaycançılıq ideyalarına sədaqət nümayiş etdirən, təəssübkeş soydaşımız Bülənt Gürçam Azərbaycandan çox-çox uzaqlarda yaşasa da doğma vətənin dünyada tanınması üçün fəaliyyət göstərir.
Azərbaycanda ilk diaspor qəzeti olan “EURO Xəbər” “Avropaya addım-addım” meyarını öndə tutaraq xalqımızın Avropaya inteqrasiyası, onların Avropa adət-ənənələrini tanımalarına yardımçı olmaqla bərabər, Azərbaycan həqiqətlərini, xalqımızı narahat edən problemləri, tariximizi, adət-ənənələrimizi Avropanın paytaxtı olan Brüsseldə, ümumiyyətlə bütün dünyada tanıtmağa çalışır. Ayda iki dəfə nəşr olunan 16 səhifəlik rəngli qəzetdə məqalələr əsasən 3 dildə-Azərbaycan, ingilis və fransız dillərində gedir. Qəzet Azəbaycandakı bütün nazırlik və beynəlxalq təşkilatlara, eyni zamanda xaricdəki soydaşlarımıza da paylanılır. Qəzeti həmçinin www.euxeber.com saytından PDF formatda da oxumaq mümkündür.
Qəzetdə “Diaspor”, “Baş Redaktordan”, “Möysüm əmi”, “İdeologiya”, “Avropa və biz”, “Aktual”, “Femina” və sair kimi rubrikalarda xaricdə yaşayan soydaşlarımızın fəaliyyəti, həyata keçirdikləri tədbirlər, ölkəmizdə baş verən ictimai-siyasi xəbərlər yer alır.
“EURO Xəbər” qəzeti bir diaspor qəzeti olaraq soydaşlarımızın istər xaricdə, istərsə də Azərbaycanda rastlaşdıqları problemləri öz səhifələrində hər zaman geniş işıqlandırmışdır.
Yarandığı gündən “EURO Xəbər” qəzetinin səhifələrində bir sıra xarici təşkilat və səfirliklərin nümayəndələri ilə aparılan maraqlı müsahibələr yer almışdır. Bunlardan Azərbaycandakı Yunanıstan səfirliyinin sabiq ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Stanislav İbrahimoviç, Avropa İttifaqının AR-dakı xüsusi elçisi Alan Vadams, Dünya Gömrük Təşkilatının baş katibi Mişel Dane, Belçikalı iş adamı, “Excelsior Hotel Baku”nun baş meneceri Gert Snaet və digər müsahibələr oxucular arasında böyük marağa səbəb olmuşdur. Bununla yanaşı bir sıra yerli və xarici təşkilatlarin nümayəndələri “EURO Xəbər” qəzetinin redaksiyasının qonağı olublar.
2005-ci ildə Belçika Azərbaycan Evi və Belçika və Almanıyada yaşayıb fəaliyyət göstərən həmyerlilərimizin yardımı ilə Lənkəranda yaşayan qaçqın soydaşlarımıza qurbanların paylanması xəbərini geniş bir şəkildə öz səhifələrində işıqlandırmış, 2006-cı ildə Xocalı soyqırımının 14-cü ildönümü ilə əlaqədar Brüsseldə və Hollandiyada keçirilən tədbirlərdən “EURO Xəbər” qəzeti operativ olaraq xəbərlər hazırlamış və bəzi yerli KİV-lərə də göndərmişdir. 2006-cı ilin may ayının 30-da “Belçika Azərbaycan Evi”nin Azərbaycanda ilk dəfə həyata keçirdiyi Avropa Qonşular bayramının informasiya dəstəyi də məhz “EURO Xəbər” olmuşdur.
2006-cı ildə Azərbaycanda yaşayan həmvətənlərimizi, həmçinin xaricdə yaşayan soydaşlarımızı da sarsıdan Ramil Səfərovun məhkəməsində iştirak edən “EURO Xəbər” qəzetinin baş redaktoru Bülənt Gürçam məhkəmə prosesinin gedişatı barədə həm qəzetdə, həm də yerli KİV-lərə operativ məlumatlar göndərmişdi.
30 avqust 2006-cı ildə Zəfər bayramı münaisbətilə Ağrı dağının 5137 metrlik zirvəsinə qalxan İğdır Akud dərnəyinin üzvləri üzərində Türk dünyasının ulu öndərləri Atatürk və Heydər Əliyevin şəkli və «EURO Xəbər»in adı yazılan bayrağı zirvəyə qədər apararaq Ağrı dağının zirvəsinə sancıblar.
“EURO Xəbər” dəfələrlər vətənpərvərlik mövzusunda analoqu olmayan müsabiqələr elan etmişdir. 2005-ci ildə “Heydər Əliyev və Avropa” devizi altında keçirilən rəsm müsabiqəsində iştirak edən uşaqlar öz rəsmlərində əsasən Azərbaycanın Avropaya inteqrasiyası, “Üç dənizin əfasnəsi” adını almış Bakı-Tbilisi-Ceyhan neft kəməri, Qarabağ və işğal olunmuş digər Azərbaycan torpaqlarını canlandırmışlar.
2006-cı ildə isə “Bakı-Tbilisi-Ceyhan” neft kəmərinin başa çatması ilə əlaqədar olaraq mahnı müsabiqəsi təşkil edilmişdi. Onu da qeyd edək ki, bu müsabiqə “EURO Xəbər” qəzeti Azərbaycan Yazıçılar Birliyi və “Belçika Azərbaycan Evi”nin təşkilatçılığı ilə həyata keçirilmişdi.
Onu da qeyd edək ki, “EURO Xəbər” qəzeti NATO və Avropa Birliyində akkreditə olunmuş yeganə Azərbaycan mətbu orqanıdır. Qəzet həmçinin Azərbaycan Mətbuat Şurasının, Beynəlxalq qəzetlər cəmiyyətinin də üzvüdür.
Qəzetin əsasən gənclərdən ibarət mehriban bir kollektivi var. Onlar öz işlərinə məsuliyyətli yanaşır və qəzetin ayda iki dəfə çıxmasına baxmayaraq ölkədə həyata keçirilən tədbirlərdə fəal iştirak edirlər. “EURO Xəbər” qəzetinin kollektivi qəzetin həftəlik çıxması üçün böyük səy göstərirlər. Onlar “EURO Xəbər” qəzetinin nəzdində fəaliyyət göstərən Jurnalistlər Məktəbində xüsusi dərslər keçdikdən sonra qəzet redaksiyasında işə qəbul ediliblər, elə buna görə də qəzetin ümumi profilinə uyğunlaşıblar.

 





N14 (129) 30 iyul - 12 avqust 2010-cu il

Adobe Acrobat 7.0


  • Fatal error: Call to undefined function db_getByCategory() in /home/euxeber/public_html/new/pdf.php on line 295