ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
- Diaspor
- Gündəm
- Avropa
- Müsahibə
EURO XƏBƏR QƏZETİ
- Haqqımızda
- Rəhbərlik
- Kollektiv
- Layihələr
- Mətbuatda
- Foto albom
BELÇİKA AZƏRBAYCAN EVİ
- Yaranma tarixi
- Belçika haqqında
- Tədbirlər
- Nümayəndəliklər
- Foto albom
AZƏRBAYCAN
- Qarabağ problemi
- Xocalı Sorqırımı
QONAQ KİTABI
ƏLAQƏ
BANNER


free counter


 

 

“Qurdlar Vadisi” Qarabağda!

Bülent Gürçam
gurcam.b@hotmail.com

İnanın, bəlkə də heç seyr etməmişəm, arada-sırada bir yerdə oturanda (kafe, restoran, və sair) görürəm ki, serial gedir və bir xeyli insan da tamaşa edir. Mən də ucundan-qulağından baxmışam.
Əslində, seyr etməkdən başqa, haqqında çox oxuyub, çox eşitmişik. Camaatımız arasında çox böyük bir rəqabət yaradan bu serial ilk yayımlandığı illərdə isə Türkiyədə çox həyəcan yaratmışdı. Hətta yanlış xatırlamıramsa, “Çakır” ləqəbli aktyor serialda öldürüləndə Türkiyənin bir çox yerlərində hüzr çadırları qurulmuş, ehsanlar verilmişdi.
İndi isə son dövrlərdə “Qurdlar Vadisi İraqda”, “Qurdlar Vadisi İsraildə” kimi adlarla çəkilən bu seriala baxanda ağlıma birdən belə bir ideya gəldi: “Niyə Qurdlar Vadisi Qarabağda olmasın?”. Bəli, niyə Qarabağ olmasın?!
Bu səhər lap ssenari də hazırladım öz beynimdə.
Əslində, çox yaxşı ideyadır. Illərdir Amerikalılar bu yolla bütün aləmi öz gücləri ətrafına toplayıb. Diqqət etsəniz, amerikalılar Əfqanıstandan, Rusiyada, Koreyada və düşməni olduqları bir çox yerlərdə ssenari əsasında nə isə edirlər. Bir qrup ölkəni sevən və yaxud əsgərlərdən ibarət bir qrup xüsusi icazə ilə gedib haradasa bir yerə hücum edib, orada özləri üçün lazım olanı edir ya da James Bond 007 tək başına bu vəzifələri dəfələrlə yerinə yetirməyibmi? Hətta bir zaman Bakıya da gəlib Neft Daşlarında nə lazımdırsa etmişdi.
Nə isə zarafat ağırlığında olsa da, qayıdaq mənim ssenarimə! Sözün düzü, mənim çoxdandır ürəyimdə bu sevda yatır, yanımdakı dostlara da söhbətlər əsnasında bir neçə dəfə demişəm. Bunun dünyada xeyli misalı da mövcuddur. Elə özümüzə yaxın yerlərdən misal gətirsək, məsələn, Kipr də və yaxud Bosniya da bu ssenaridən faydalanıb. Məsələn, bu seriallarda Türkiyənin Amerikaya və ya bəzi qonşu ölkələrə deyə bilmədikləri və ya edə bilmədikləri bu serialların mövzusu olub ki, insanlar bunu çox bəyənib. Yəni bir növ insanların ürəyindən keçənlər bu seriallarda gerçək halını tapır və beləcə də insanın ürəyi rahat olur.
Deməli, bir qrup milliyyətçi insan özlərinin əsgəri təcrübələrini ön plana alıb bir qrup yaradır və o bölgədə təkə-tək, bölgə-bölgə o torpaqlardan düşməni qovmaya və zəiflətməyə çalışır. Düşmənə “vur qaç!” taktikası ilə və ya əsgəri deyimlə “qurd qapanı” taktikasıyla tələlər qurur və düşməni narahat edir. Ölkəsinin içində silahlı çatışma yüksəldikdə isə, o ölkə (Azərbaycan) bu silahlı mücadiləni dayandırmaq və sakitləşdirmək üçün əsgərlərini o bölgəyə göndərir və orada sakitliyin yaranmasına kömək edir. Tam anlaşılmadıysa, onda bir az daha açım. Burada işğal edən tərəf təbii ki, ermənilərdir. Qurdlar Vadisinin ələmanları da bizim Qarabağımızın bir qrup sakinidir. Azərbaycan əsgərləri də öz torpaqlarının azad olunması və oranın sakit bir yerə çevrilməsi üçün cavabdeh rolundadırlar.
Mən burada ssenarinin başlığını dedim, əgər “Qurdlar Vadisi” bu işlə maraqlansa, ssenarinin hamısını da yazmağa söz verirəm. İndi ssenari kimi alınar-alınmaz bilmirəm amma mən yazacağıma söz verirəm və çox da maraqlı olacağına əminəm. Serialın da adı hazırdır: “QURDLAR VADİSİ QARABAĞDA!”.



Yazar arxivi:

    11 March, 2010 “Qurdlar Vadisi” Qarabağda!
    04 March, 2010 Xocalı
    21 Yanvar, 2010 "O bizim düşmənimizdir!"(?)
    21 Yanvar, 2010
    11 Yanvar, 2010 “O, bizim düşmənimizdir!”(?)
    24 Dekabr, 2009 Serkis Əfəndinin hekayəsi
    13 Fevral, 2009 DÜNYANIN ƏN ÖNƏMLİ YERİ
    15 Yanvar, 2009 Dünya Azərbaycanlıları 3
    30 Oktyabr, 2008 Bir insan gördüm…
    24 Oktyabr, 2008 Konqresslər diyarı
    14 Oktyabr, 2008 Şer yazmaq, yoxsa nağıl anlatmaq!
    31 İyul, 2008 Ergenekon + Dak
    15 İyul, 2008 Sevən nə yapmaz?
    02 İyul, 2008 Dövrü DAk
    30 May, 2008 Nə yazım, necə yazım?
    21 May, 2008 DAk
    30 Aprel, 2008 Milli liderimiz bunları görsəydi!




N16 (131) 16 avqust - 15 sentyabr 2010-cu il

Adobe Acrobat 7.0

 

 

© 2006 Copyright EU Xeber - EURO NEWS: site by: WebStudio.AZ; email: euxeber@hotmail.com