ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
- Diaspor
- Gündəm
- Avropa
- Müsahibə
EURO XƏBƏR QƏZETİ
- Haqqımızda
- Rəhbərlik
- Kollektiv
- Layihələr
- Mətbuatda
- Foto albom
BELÇİKA AZƏRBAYCAN EVİ
- Yaranma tarixi
- Belçika haqqında
- Tədbirlər
- Nümayəndəliklər
- Foto albom
AZƏRBAYCAN
- Qarabağ problemi
- Xocalı Sorqırımı
QONAQ KİTABI
ƏLAQƏ
BANNER


free counter


 

 

Xocalı

Bülent Gürçam
gurcam.b@hotmail.com

18 ildir! Bəli, düz 18 ildir dünyanın dörd bir tərəfindəki həmvətənlərimiz öz imkanları ilə bu ağır günü yaşadıqları ölkələrdə yad eləmək və ya həmin ölkənin ictimaiyyətinə çatdırmaq üçün qısıq imkanlarla tədbirlər təşkil edirlər. Nə qədər başarılı oluruq, nə qədər yol qət etmişik- bugün içində bulunduğumuz durum göstərir.
Bilirsiniz, illərdir mən də bir təşkilat rəhbəri kimi Brüsseldə bu günlə bağlı çeşidli tədbirlər hazırlamışam-çadırlar qurmuşuq, broşurlar hazırlamışıq. Keçən il bu barədə fransız dilində kitab belə hazırladıq, amma nədənsə heç cür istədiyimiz hədəfə nail olmadıq.
Mən bu barədə çox düşündüm. Bir iş əgər təməldən yanlış yapılarsa və ya birlik içində, həmfikirlik çərçivəsində təşkil olunmarsa, vurulan yerdən səs çıxmaz. Bunun ən böyük isbatı da elə bugün görülən kimidir. Nə bir beynəlxalq təşkilat, nə xarici mətbuat, nə də xarici ölkələr bu barədə bizim səsimizə səs verir. Bizdə bir söz var, deyirlər “öncə məscidin içi”. Bəli, öncə məscidin içi! Deməli, biz təməldən yanlış hərəkət etmişik və hal-hazırda da yanlış hərəkət etməyə davam edirik.
Bir nöqtədən idarə olunmayanda belə olur, belə də olacaq. Bizi təşkilatlandırmaq, bizə belə vəziyyətlərdə informasiya ötürməklə yükümlü olan, qurulmasının əsas səbəbi də elə bu olması lazım olan qurumumuz bu baxımdan çox zəifdir. Hətta heç yoxdur desək, yerinə düşər. buyurun, öz təcrübələrimə dayanaraq əslində nə etməyin və ya necə hərəkət etməyi sizə anladım.
Öncəliklə, özümüzü bu ağır və acılı hadisəmizə bilincli bir şəkildə inandırmalıyıq. 18 il ötüb, lakin bizim öz ölkəmizdə bu hadisəni ifşa eləyən və ya yeni nəslimizə çatdıracaq bir soyrımı anıtı və ya muzeyi, yaxud tarixi məlumat yerimiz yoxdur. Başqa xalqlar ən ağır günləriylə bağlı çox çeşidli muzeylər, soyqırımı anıtları, məlumat mərkəzləri yaradıblar. Lakin bizdə təəssüf ki, belə bir çalışma mövcud deyil.
İkincisi, yenə yuxarıda qeyd etdiyim kimi, bu işdə bizi təşkilatlandıracaq və ya bizi informasiyalarla ayaqda tutub, fəaliyyət göstərdiyimiz ölkələrdə daha güclü bu ağır yaralı günümüzü digər xalqlara çatdıra bilməyimiz üçün çeşidli dillərdə kitablarla, broşurlarla təmin etməliydi.
Bilirsiniz, yüzlərlə insan çalışdırıb amma heç bir iş görməmək ancaq bizə məxsus haldır. Başqa heç bir xalqda belə şeyə rastlamaq mümkün deyil. Bugün yenə dünyanın dörd bir yanında əllərindəki xırda imkanlarla Xocalı Günləri təşkil olunur, hamı hər yerdə nə isə etməyə çalışır. Ayın 27-də isə yenə heç nə olmayacaq, yenə heç bir xarici mətbuatda ya da hansısa bir xarici təşkilatın gündəmində Xocalı olmayacaq.
Əslində, gəlin hər şeyi kənara qoyaq. Ölkə başçımıza səslənirəm, öncə özümüzdə Xocalı ilə bağlı bir “Soyqırım Muzeyi” yaradaq və bu elə bir muzey olsun ki, tariximiz orada əks olunsun, yeni nəsil və ya ölkəmizi ziyarət edən xarici qonaqlar o muzeyi gəzsinlər. Orada canlansın tarix boyu xalqımıza edilən zülmlər, orada əks olunsun canlı-canlı bütün hadisələr.
Və bizlər bir kanaldan idarə olunaq. Bizə bu barədə lazım olduğu qədər məlumat ötürəcək bir qurum yaradılsın, o zaman görüləcək ki, həqiqətən keçmişimizə sahib çıxmaq necə olar.
Bu barədə iş görülməsi üçün Dövlət Başçımızın elə bu günlərdə fərmanı olsun. Çünki ən böyük iş elə bu olacaq!



Yazar arxivi:

    11 March, 2010 “Qurdlar Vadisi” Qarabağda!
    04 March, 2010 Xocalı
    21 Yanvar, 2010 "O bizim düşmənimizdir!"(?)
    21 Yanvar, 2010
    11 Yanvar, 2010 “O, bizim düşmənimizdir!”(?)
    24 Dekabr, 2009 Serkis Əfəndinin hekayəsi
    13 Fevral, 2009 DÜNYANIN ƏN ÖNƏMLİ YERİ
    15 Yanvar, 2009 Dünya Azərbaycanlıları 3
    30 Oktyabr, 2008 Bir insan gördüm…
    24 Oktyabr, 2008 Konqresslər diyarı
    14 Oktyabr, 2008 Şer yazmaq, yoxsa nağıl anlatmaq!
    31 İyul, 2008 Ergenekon + Dak
    15 İyul, 2008 Sevən nə yapmaz?
    02 İyul, 2008 Dövrü DAk
    30 May, 2008 Nə yazım, necə yazım?
    21 May, 2008 DAk
    30 Aprel, 2008 Milli liderimiz bunları görsəydi!




N16 (131) 16 avqust - 15 sentyabr 2010-cu il

Adobe Acrobat 7.0

 

 

© 2006 Copyright EU Xeber - EURO NEWS: site by: WebStudio.AZ; email: euxeber@hotmail.com