ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
- Diaspor
- Gündəm
- Avropa
- Müsahibə
EURO XƏBƏR QƏZETİ
- Haqqımızda
- Rəhbərlik
- Kollektiv
- Layihələr
- Mətbuatda
- Foto albom
BELÇİKA AZƏRBAYCAN EVİ
- Yaranma tarixi
- Belçika haqqında
- Tədbirlər
- Nümayəndəliklər
- Foto albom
AZƏRBAYCAN
- Qarabağ problemi
- Xocalı Sorqırımı
QONAQ KİTABI
ƏLAQƏ
BANNER


free counter


 

 

- Gündəm


ABD'den ipleri kopartacak karar: "Soykırım" tasarısı kabul

[04 March, 2010]


BU HABERİN DETAYI


Türkiye rest çekti



Diasporanın amacı süreci baltalamak



Tasarıya karşı Türkiye'nin silahı İncirlik



Ermeni tasarısı maskaralık



Türkiye'den 7 milyar dolarlık uyarı








Haberler Anında Cebinizde Hürriyet Mobil

Haberler Anında Bilgisayarınızda Haber Alarmı

Haber Kaçırmaya Son Hürriyet Mind

Sitene Haber Ekle Kazan Bumerang

ABD Temsilciler Meclisi Dış İlişkiler Komitesi, sözde "soykırım" tasarısını kılpayı kabul etti. 46 üyenin 22'si ret yönünde oy kullanırken, 23 kişi kabul yönünde oy kullandı. Başkan tasarının kabul edildiğini açıkladıktan sonra salondan alkış sesleri yükseldi.



Komite'de kabul edilen tasarıda, ABD Başkanı'nın her 24 Nisan'da Amerikan halkını sözde "soykırım" sırasında hayatını kaybeden 1.5 milyon Ermeni'yi anmaya davet etmesi isteniyor.


Tasarının Komite'de kabul edilmiş olması yasalaştığı anlamına gelmiyor. Karar tasarısının bundan sonra Temsilciler Meclisi Genel Kurulu'na sunulması bekleniyor. Genel Kurul gündemine alınıp alınmayacağı ise henüz belli değil.



Türkiye, söz konusu tasarının geçmesi durumunda bunun hem Türk-Amerikan ilişkilerine hem de Ermenistan'la yürütülen sürecin olumsuz etkilenebileceği uyarısında bulundu. Ayrıca, Washington Büyükelçisi Namık Tan'ın Ankara'ya çekilmesi de masada bulunan seçenekler arasında.


“Turk vision” musiqi yarışması keçiriləcək

[30 Yanvar, 2010]
“Türk düyasının istedadlı sənətçiləri var. Biz istəyirik ki, kanalımız vasitəsilə Özbəkistanın, Azərbaycanın Qazaxıstan və bütün türk dünyasının Tarkanlarını dünya duysun. Kanalımıza çox kliplər göndərilir, biz ən yaxşılarını seçib yayınlayırıq. Əsas şərt odur ki, kiliplər keyfiyyətli olsun. ”-bu fikirləri türk dünyasının ilk ortaq musiqi kanalı olan və keçən ilin sonlarında fəaliyyətə başlamış TMB-nin (Turkish Music box) rəhbəri Naim Burak Elçi mediaya açıqlamasında bildirib. Onun sözlərinə görə az bir müddət fəaliyyət göstərmələrinə baxmayaraq, dünyanın müxtəlif ölkələrindən, eləcə də türk xalqlarının yaşadığı bölgələrdən kanal ciddi izlənilir.<>>>



[21 Yanvar, 2010]
2010-

Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilmiş yığıncaqda çıxışı

1990-cı il 20 yanvarında Bakıda baş vermiş qanlı olayların səhərisi günü Moskvada yaşayan azərbaycanlılar bu dəhşətli qırğına, SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi təcavüz aktına etiraz etmiş, Moskva küçələrində yürüş keçirilmişdi.

Həmin gün Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyində keçirilmiş yığıncaqda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş 1-ci katibi (1969-1982), SSRİ Nazirlər Soveti sədrinin sabiq 1-ci müavini, Sov. İKP MK Siyasi Bürosunun sabiq üzvü (1982-1987) üzvü, ittifaq əhəmiyyətli pensiyaçı Heydər Əliyev də çıxış etmişdi.

Heydər Əliyevin sözügedən yığıncaqda iştirakının tarixi önəmini, eləcə də ötən müddətdə bu mövzu ətrafında müzakirələrin, Heydər Əliyevin 20 Yanvar qırğınına görə kimləri ittiham etməsi ilə bağlı çeşidli spekulyasiyaların davam etdiyini nəzərə alaraq həmin çıxışın tam mətnini təqdim edirik.

* * *

1990-cı il 20 yanvar faciəsi ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilmiş yığıncaqda Heydər Əliyevin çıxışı (21 yanvar 1990-cı il, Moskva)

Əziz həmvətənlərim, xanımlar və cənablar!

Bildiyiniz kimi, uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində işləmiş, Sov. İKP MK Siyasi Bürosunun üzvü olmuşam. Geniş infarkt keçirmişəm. Xəstəliyimlə əlaqədar iki ildən artıqdır ki, pensiyadayam.

Azərbaycanı tərk etdiyim 1982-ci ilin dekabrından keçən müddətdə bu gün ilk dəfədir ki, Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyinin astanasına qədəm qoyuram.

Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilməzdim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi nümayəndəliyində, böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim.

İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm.

Azərbaycanın Moskvadakı daimi nümayəndəsi Söhrab İbrahimovdan xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın. Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi keçirirəm.

Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Azərbaycanda yaranmış mürəkkəb vəziyyətin bir sıra səbəbləri vardır. Vaxtımızın məhdudluğundan bu məsələlərin üzərində ətraflı dayanmaq istəmirəm.

Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir. Həmin münaqişəni Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Azərbaycan və Ermənistan, eləcə də, ölkənin ali siyasi partiya rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli mənsubiyyətindən asılı olmayaraq hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün iki illik müddət kifayət idi.

Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı.

Bunlar üçün ilk növbədə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin artıq sabiq birinci katibi Vəzirov müqəssirdir. Bu yüksək vəzifədə olduğu müddətdə o, Azərbaycandakı vəziyyəti sabitləşdirmək üçün heç nə etməmişdir.

Əksinə, özünün səhv addımları, yaramaz iş üslubu, yanlış siyasi manevrləri ilə xalqla öz arasında uçurum yaratmışdır. Xalq isə hiddətlənmişdir. Elə buna görə də Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında aylarla davam edən mitinqlərdə dəfələrlə Azərbaycanın partiya rəhbərlərinin istefası tələbi irəli sürülmüşdür. Söhbət əslində Vəzirovun istefasından gedirdi.

Bəs bu məsələ indiyə kimi niyə həll olunmamışdır? Yalnız dünən Bakı şəhərinə ordu yeridildikdən, qırğın və dağıntılar baş verdikdən sonra Vəzirov Azərbaycandan əslində qaçmışdır. Bu, böyük səhvdir. Ən böyük səhv isə sözsüz ki, qeyri-ciddi, bu yüksək vəzifəyə əsla yaramayan adamın bir vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci katib təyin edilməsi idi. Ancaq, iş təkcə bununla bitmir.

İndi yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş və bu gün də davam edən faciənin üstündə dayanmaq istəyirəm. Hesab edirəm ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan olmuşdur.

Təəssüf ki, Azərbaycan rəhbərliyi, həmçinin ölkənin ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir. Sərhədlərə edilən təcavüzü vaxtında aradan qaldırmaq mümkün idi. Axı üç ay əvvəl sərhəd zolağı ilə bağlı camaat öz tələblərini irəli sürmüşdü. Fəqət heç kəs onlarla görüşmək, izahat işi aparmaq və lazımi ölçü götürmək istəməmişdir.

Təkrar edirəm: camaatı sakitləşdirmək üçün də imkanlar tükənməmişdi. İki-üç ay əvvəl Azərbaycan partiya rəhbərliyinin möhkəmləndirilməsi məsələsi həll edilsə idi, vəziyyət gərginləşməz, ordu yeridilməsinə zərurət yaranmazdı. Bütün vəziyyətlərdə hesab edirəm ki, məsələni siyasi cəhətdən tənzimləmək, xalqla mükaliməyə girmək üçün əlverişli imkanlar olmuşdur. Lakin onlardan səmərəli istifadə edilməmişdir.

Nəhayət, 19-dan 20-nə keçən gecə sovet ordusunun, SSRİ DİN-in böyük kontingenti Bakı şəhərinə yeridilmişdir. Nəticəsi isə göz qabağındadır. Bunun törətdiyi faciələr hamımıza məlumdur.

Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır. Onlar, sadəcə olaraq, respublikadakı əsl vəziyyəti qiymətləndirə bilməmiş, Azərbaycan xalqının psixologiyasını anlamamış, əhalinin müxtəlif təbəqələri ilə əlaqələri zəiflətmişlər. Onlar, görünür, bu işlərin belə ağır faciəyə çevriləcəyini əvvəlcədən düşünməmişlər.

Bütün bunlar qabaqcadan nəzərə alınmalı və vaxtında vacib, zəruri tədbirlər qəbul edilməli idi. Ordu yeridilmiş, günahsız adamlar həlak olmuşlar.

Yeri gəlmişkən deyim ki, ölənlər arasında hərbi qulluqçuların olması haqqında da məlumatlar daxil olur. Sual olunur: ölkənin ali dövlət, partiya rəhbərliyinin səhv qərarı ucundan, olmayan qiyamı yatırtmaq adı ilə Azərbaycana göndərilmiş rus gənclərinin günahı nədir?

Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır.

Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı.

Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə bərk ayaqda Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır. Ölkənin ali siyasi rəhbərliyinə yanlış məlumat verənlər də məsuliyyət daşımalıdır.

Zənnimcə, ölkənin ali siyasi rəhbərliyinə vəziyyət barədə vaxtında kifayət qədər düzgün, dəqiq, obyektiv informasiyalar çatdırılmamışdır. Rəhbərlik çaşqınlığa salındığından belə qərar qəbul etmişdir. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır.


BU UNUTULUR MU ?

[16 Yanvar, 2010]
Birinci Dünya Savaşı'nda Ingilizlere, 150 bin askerimiz esir düştü. Bu askerlerden bir kismi da Mısır'ın Iskenderiye şehri yakınlarında bulunan Seydibeşir Usare Kampı'na hapsedildi.

Kampın tam adı, 'Seydibesir Kuveysna Osmanli Useray-i Harbiye Kampı' idi. Bu kampta, 1918'de Filistin cephesinde esir düşen 16. Tumen'in 48. Alayı'na baglı Osmanlı askerleri tutuluyordu.

12Haziran 1920'ye kadar iki yıl boyunca her türlü işkence, eziyet, agır hakaret ve aşagılamaya maruz kaldılar.

Bu insanlık dışı muamelenin nedeni ise Ermeniler idi...

Kamptaki, Türkçe bilen Ermeni tercümanların yalan, yanlış çevirileri ve kışkırtmaları nedeniyle, kamplarin Ingiliz komutanları, azılı Türk düşmanı kesilmişlerdi. Savas bitmişti. Ancak, kamptaki ağır koşullar nedeniyle ölenler dışındaki askerleri teslim etmek, Ingilizler'in işine gelmiyordu. Cünkü, olasi yeni bir savasta, bu askerlerin yeniden karşılarına cıkabilecekleri, Ermeniler tarafından, Ingilizlerin beyinlerine işlenmişti.

Çözüm toplu katliamdı... Askerlerimiz, mikrop kırma bahanesiyle, süngü zoruyla dezenfekte havuzlarına sokuldu. Ancak suya normalin cok uzerinde krizol maddesi katılmıştı. Mehmetçik, daha ayağını soktuğunda, aşırı krizol maddesi nedeniyle haşlanıyorlardı. Ancak Ingiliz askerleri dipçik darbeleri ile askerlerimizin havuzdan çıkmalarina izin vermiyorlardi. Mehmetçikler, bele kadar gelen suya başlarını sokmak istemedi. Ancak bu kez Ingilizler havaya ateş etmeye başladı. Askerlerimiz, ölmemek için çömelerek başlarını suya soktular. Ancak başını sudan kaldıran artık göremiyordu. Cünkü gözler yanmıştı...

Dışarı çıkanların halini gören sıradaki askerlerimizin direnişleri de fayda etmedi ve 15 bin askerimiz kör oldu. Bu vahset, 25 Mayis 1921 tarihinde TBMM'de görüşüldü. Milletvekilleri Faik ve Şeref beyler bir önerge vererek, Mısır'da esirlerin krizol banyosuna sokularak 15 bin vatan evladının gözlerinin kör edildiğini, bunun faili olan Ingiliz tabip, garnizon komutanı ve askerlerinin cezalandırılması icin TBMM'nin teşebbüse geçmesini istediler.

Tabiiki yeni kurulan devletin bin türlü sorunu vardı. Bu hesap sorma işide unutuldu gitti.

Ama onlar unutmuyorlar...

Kendi ihanetlerini bile soykırım ambalajına sarıp, dünya kamuoyuna sunuyorlar. En üzücü olanı da malum birilerinin, bu karalama kampanyalarına çanak tutması...


“Sözün bitdiyi zaman” filmi təqdim edildi

[12 Yanvar, 2010]
Bügün ermənilər tərəfindən sülh və insanlıq əleyhinə törədilən cinayətlərdən bəhs edən və Dağlıq Qarabağ münaqişəsinin reallıqlarını əks etdirən “Sözün bitdiyi zaman” adlı sənədli filmin təqdimatı keçirildi. Filmin ideya və ssenari müəllifi İlqar Həsənov filmdə ilk növbədə ermənilərin uzun illər boyu xalqımıza qarşı törətdiyi soyqırım siyasətinin tarixi xronologiyasını, erməni vandalizminin son mərhələsi olan Dağlıq Qarabağın işğalı zamanı törədilən vəhşiliklər barədə məlumatları əks etdirib. Erməni vəhşiliklərinin şahidi olan insanların filmdə çəkilməsi isə onu daha da təsirli və dolğun olmasına yardım edib. Filmin təqdimatından sonra çıxış edən millət vəkili Qənirə Paşayeva bu tipli layihələrin və mövzuların daima KİV-in gündəmində olmasının əhəmiyyətindən danışıb. O, bildirib ki, Qarabağ müharibəsinin reallıqlarını əks etdirən bu cür filmlərin beynəlxalq ictimaiyyətə təqdim olunması sahəsində daha çox işlər görülməlidir. Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çəkilən bu filmin rus və ingilis dilində variantları da hazırlanıb.

EuroXəbər


“OV”, “YEV”, “ZADƏ” SONLUQLARI SOYADLARDAN GÖTÜRÜLÜR

[11 Yanvar, 2010]
Azərbaycanda milli soyad formatının müəyyən edilməsi üçün xüsusi konsepsiya hazırlanıb. “Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində yaradılmış Xüsusi Komissiyanın araşdırmaları nəticəsində hazırlanan konsepsiyada adlar və soyadlar dövlət informasiya sisteminin yaradılması nəzərdə tutulur”, – deyə “Trend”ə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov bildirib.
Xatırladaq ki, Azərbaycan vətəndaşlarının soyadlarının dövlət dilinə uyğunlaşdırılması haqqında 1993-cü ildə qəbul olunan qanuna əsasən, ölkə vətəndaşları “-ov”, “-yev” sonluqlu soyadlarını “-lı” (sözün kökündən asılı olaraq “-li”, “-lu”, “-lü”), “-zadə”, “-oğlu”, “-qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.
Qanunda göstərilib ki, ölkə vətəndaşlarının soyadlarının sonluqları rəsmi sənədlərlə dəyişdirilənədək hüquqi əhəmiyyəti olan bütün sənədlərdə yeni ifadə formasında işlədə bilərlər və soyadların sonluqlarının dəyişdirilməsi ilə əlaqədar yeni hüquqi sənədlərin verilməsi üçün rüsum tutulmur.
N.Cəfərovun sözlərinə görə, müxtəlif elm sahələri üzrə mütəxəssislərin təmsil olunduğu Komissiya Azərbaycanda tarixən mövcud olmuş soyad formaları və ad qoyma ənənələrini öyrənərək milli soyad formatını müəyyənləşdirib: “Konsepsiyanın həyata keçirilməsi onun təsdiqindən sonra mümkün olacaq”.
Komitə sədri deyib ki, konsepsiyada “-ov”, “-yev”, “-zadə” sonluqlu soyadların tamamilə götürülməsi nəzərdə tutulur: “Mütəxəssislər “-li”, “-lu”, “-lü”, “-oğlu”, “-qızı”, “-gil” sonluqlu soyadların sənədlərdə işlədilməsinin daha məqsədəuyğun olduğunu irəli sürüblər”. Onun fikrincə, milli soyad formatı Azərbaycan vətəndaşları olan digər millətlərin nümayəndələri üçün nəzərdə tutulmur: “Rusların, ukraynalıların, gürcülərin və digər millətlərin dünyada qəbul olunan soyad formatları var. Bu konsepsiya həmin millətlərə aid olmayacaq”.



Alman telekanalında Azərbaycan haqqında veriliş açılıb

[05 Yanvar, 2010]
“Alex” alman telekanalında Azərbaycan haqqında “Mənim Vətənim” adlı televiziya verilişi açılıb.Verilişin müəllifi Azərbaycan İctimai Televiziyasının jurnalisti Naibə Turaldır. “Mən İctimai televiziyanın Almaniyadaki müxbiriyəm və eyni zamanda bu işi Alex Tv kanalında görürəm.”-verilişin müəllifi N.Tural bu barədə KİVə məlumat verib. İki saatlıq həftəlik proqram Azərbaycanın mədəniyyəti və tarixinə həsr olunub. Verilişin buraxılışlarında məşhur yazarlar Elçin və Çingiz Abdullayevlə müsahibələr nümayiş olunub. Bütün bunlar kadrarxası alman dilinə dublyaj edilərək nümayiş edilib. “Almaniyada Azərbaycana maraq var, mənə verilişin yeni buraxılışlarını çəkməyi təklif edirlər. Məsələn bir alman qadın mənə zəng edərək musiqiyə həsr edilmiş verilişə görə təşəkkür etdi. O, Almaniyada bizim musiqiçilərin konsertində olmuşdu, təəssüf edirdi ki, orda milli musiqisi əvəzinə daha çox qərb musiqisi səslənildi. O,milli musiqimizin bu veriliş vasitəsilə dinləməyə şad olduğunu söylədi.”


Bugün “ANA-ATA” adlı sənədli filmin təqdimatı olub.

[28 Dekabr, 2009]

Film Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT), Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyəti, “Aqil M. Film” prodüsser mərkəzi və müğənni Arzumun iştirak etdiyi “Dost” adlı sosial layihə çərçivəsində ərsəyə gəlib. Sənədli filmə isə Gözdən Əlil Uşaqlar üçün Respublika Orta internat Məktəbinin şagirdi 1992-ci il təvəllüdlü Nicat Allahyarov çəkilib. Bu barədə AGAT-ın mətbuat xidmətindən “Euroxəbər”ə məlumat verilib.>>>


Gənc Mühasiblər Birliyi mühasiblər üçün layihə həyata keçirdi

[25 Dekabr, 2009]
Gənc Mühasiblər Birliyi qeyri hökümət təşkilatlarında çalışan maliyyə işçilərinə “QHT-lər üçün Milli Mühasibat Uçotu Standartına keçidlə bağlı təlimlərin təşkili” adlı layihə həyata keçirib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən layihənin əsas məqsədi QHT sektorunda çalışan mühasiblərin işinin təkmilləşdirilməsi, milli mühasibat uçotu standartının nəzərdən keçirilməsi və onlar əsasında tövsiyə və şərhlərin, təlim materiallarının hazırlanmasıdır.>>>


I Ümumrespublika Dekorativ-tətbiqi Sənət Festivalı

[24 Dekabr, 2009]
Festival zamanı nümayiş etdirilən dekorativ-tətbiqi sənət əsərləri aşağıdakı əsas növlərə ayrılır: xalçaçılıq, batika, qobelen, toxunma qrafika, bədii oyma (ağac, metal, daş, sümük üzərində oyma), dulusçuluq (keramika), bədii tikmə, bədii şüşə, toxuma (mil və qarmaqla toxuma), makrame, zərgərlik, bədii dəri işləmə, bədii döymə, prioqrafiya (ağac, dəri, tikmə üzərində yandırma üsulu ilə naxış açma). Festivala hazırlıq işləri 2009-cu ilin fevral ayında başlanmışdır. 2009-cu ilin aprel ayının 1-də Gəncə şəhərində bölgənin 14, may ayının 1-də Lənkəranda bölgənin 12, may ayının 15-də Şəkidə bölgənin 12, may ayının 30-da Xaçmazda bölgənin 8 rayonun, sentyabr ayının 24-də Sumqayıtda Sumqayıt və Abşeron rayonunun, noyabr ayının 3-də Bakı şəhərinin xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət regional sərgilər keçirilmişdir. Hazırkı sərgi isə Festivalın Yekun sərgisidir. Bu sərgidə artıq regional mərkəzlərdə keçirilmiş sərgilərdən Festivalın Təşkilat komitəsi tərəfindən seçilmiş bədii əhəmiyyəti ilə seçilən dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunur. Sərginin rəsmi açılış mərasimi cari il dekabr ayının 24-də, saat 15.00-da Muzey Mərkəzində (Ünvan: Neftçilər prospekti, 123A) keçiriləcəkdir. Respublikanın bütün şəhər və rayonlarını əhatə edən Festivalın bağlanışından sonra yekun sərgidə nümayiş etdirilən əsərlərdən ibarət nəfis tərtibatlı kataloq çap olunacaqdır.


AGBank müştərilərini sevindirməkdə davam edir

[16 Dekabr, 2009]
Bank xidmətləri bazarında novator təşəbbüslərlə və eksklüziv məhsullarla özünü tanıdan AGBank, öz müştərilərini unikal təklifləri ilə sevindirməkdə davam edir. Bu dəfə bank xidmətlərindən istifadə edənlər üçün MasterCard World Signia və Hotel Express kartları təklif olunur.>>>


Naxçıvanın 85 illiyi Moskvada qeyd olunacaq

[15 Dekabr, 2009]
Naxçıvan Muxtar Respublikasının (NMR) 85 illik yubileyi Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində qeyd olunacaq.
NMR Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin rəhbəri Əli Rzayevin Lent.az-a verdiyi məlumata görə, tədbirdə Naxçıvan MR Baş nazirinin müavininin rəhbərliyi ilə 30 nəfər nümayəndə heyəti iştirak edəcək.>>>


“Euronews”un baş redaktoru: “Dağlıq Qarabağ ətrafındakı 7 rayonun da işğal olunmasını eşidəndə təəccübləndim”

[12 Dekabr, 2009]
Avropada yaşayan azərbaycanlı gənclər Fransanın Lion şəhərində “Euronews” telekanalının baş ofisi qarşısında aksiya keçiriblər.

APA-nın məlumatına görə, aksiya iştirakçıları telekanalda Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı hazırlanmış süjetdə Dağlıq Qarabağın müstəqil dövlət kimi təqdim olunmasına etirazlarını bildiriblər.>>>


Mərhum prezident Heydər Əliyevin vəfatının 6-cı ildönümü ilə əlaqədar olaraq, Azərbaycan ictimaiyyəti onun məzarını ziyarət edir.

[12 Dekabr, 2009]
Hazırda Bakıda cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən insanlar Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri Xiyabanın qarşısına toplaşıb.

Anım mərasimi ilə əlaqədar paytaxt polisi gücləndirilmiş rejimdə işləyir,

Bakı şəhər Baş Polis İdarəsində isə bununla bağlı xüsusi tədbirlər planı hazırlanıb. Tədbirlər planına əsasən, dekabrın 12-si səhər saat 09.00-dan axşam saat 19.00-dək paytaxtın Parlament prospektində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb. Heydər Əliyevin məzarını ziyarət edəcək vətəndaşların hərəkət istiqaməti də müəyyənləşdirilib. Ziyarətçilər 20 saylı orta məktəb tərəfdən gələrək Fəxri xiyabanın 1-ci qapısından içəri daxil olur, ziyarəti başa vuran vətəndaşlar isə 3-cü qapıdan çıxmaqla Fəxri xiyabanı tərk edirlər. Ziyarət axşam saatlarına kimi davam edəcək.


"İskit Sak və Avro-Asiya" adlı seminar keçiriləcək

[08 Dekabr, 2009]
"Avropa Gənclərinin Avropaya İnteqrasiyası" Təşkilatının fəalları tələbələr və ziyalılarla birgə "İskit-Sak və Avro-Asiya" adlı növbəti interaktiv seminarını keçirəcək. Dekabrın 9-u 14.00-da Gəncliyə Yardım Fondunda baş tutacaq tədbirdə türk tayfaları olan iskit-sakların tarixi, dini, mədəniyyəti, yayıldıqları ərazilər barədə fikir mübadiləsi aparılacaq. Bu barədə "Euroxəbər" qəzetinə "Avropa Gənclərinin Avropaya İnteqrasiyası" Təşkilatının mətbuat xidmətindəndən bildirilib. Seminarda filologiya elmlər doktoru, professor Firudin Cəlilov və tədqiqatçı-türkoloq Bəxtiyar Tuncay mövzu ilə bağlı çıxış edəcək və iştirakçıların suallarını cavablandıracaq. Tədbirdə tələbələr, QHT sektorundan nümayəndələr, Gənclər və İdman Nazirliyi və Mədəniyyət və Turizm nazirliyi, Ombudsman Aparatının əməkdaşları iştirak edəcəklər.


Bu gün Ümumdünya AİDS günüdür

[01 Dekabr, 2009]
Hər il dekabr ayının 1-i Ümumdünya AİDS günü kimi qeyd edilir. İlk dəfə 1988-ci ildə təsis edilmiş AİDS günü bu il artıq 21-ci dəfə keçirilir. Ölkəmizdə də HİV-AİDS ən aktual problem olaraq daim Səhiyyə Nazirliyinin nəzarətindədir. Azərbaycanda ilk dəfə HİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2009-cu ilin 1 dekabr tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində HİV infeksiyası təsdiq olunmuş 2224 nəfər rəsmi qeydiyyata götürülmüşdür. Onlardan 2138 nəfəri (96,1%) Azərbaycan vətəndaşı, 86 nəfəri (3,9%), isə əcnəbidir. HİV-ə yoluxmuş Azərbaycan vətəndaşlarından 1799-u (84,1%) kişi, 339-u (15,9%) qadındır. AİDS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 448 nəfər, AİDS-dən dünyasını dəyişmiş vətəndaşların sayı 274 nəfər olmuşdur. Səhiyyə Nazirliyi tərəfindən HİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir. Belə ki, AİDS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə 08.11.2006-cı il tarixdən etibarən HİV-lə yaşayan insanlara pulsuz qaydada həyata keçirilən antiretrovirus terapiyasına hazırda 310 nəfər cəlb olunmuşdur.


Euro Xəbər


"Yazılı tariхin 50 böyük səsi"i arasında Alim Qasımov da ola bilər

[26 Noyabr, 2009]
2010-cu ilin yanvarında ABŞ Mİlli Radiosu yazılı tariхin 50 böyük səsi ilə bağlı bir illik tədqiqata başlayacaq. ABŞ-da dəfələrlə səfərdə olan Azərbaycanın məşhur muğam ifaçısı Alim Qasımov da namizədlər arasındadır. Müsabiqə elan olunanda təşkilatçılar çoхlu sayda seçim imkanı əldə ediblər.
Radionun yaydığı məlumata görə, hazırda Milli Radio və ekspert qrupu onlardan ilk yüzlüyü seçir, həmin namizədlər arasında isə 50 böyük səs seçiləcək. İlk dəfədir ki, Azərbaycan müğənnisi Louis Armstrong, Busta Rhymes, Bob Marley, Freddie Mercury, Ray Charles, Frank Sinatra, Nina Simone, Barbra Streisand, Bessie Smith, Byork, Maria Callas, Montserrat Ъaballe, Elvis Presley və digər məşhurlarla yanaşı müsabiqənin iştirakçıları sırasındadır. Alim Qasımovu dəstəkləmək istəyənlər ona http://www.npr.org/templates/story/story.php?storyЫd=114013402 ünvanına daхil olaraq səs verə bilərlər.


Regionlarda İdman festivalları təşkil ediləcək

[19 Noyabr, 2009]

“Yerli İdarəetməyə Yardım” İctimai Birliyi, UNICEF (BMT-nin Uşaq Fondu) Azərbaycandakı Nümayəndəliyi ilə imzaladığı qrant müqaviləsi çərçivəsində Şirvan şəhəri və Hacıqabul rayonunda “HİV\QİÇS və digər riskli davranışlar nəticəsində qazanılan xəstəliklərə qarşı mübarizədə uşaq və gənclərin iştirakının artırılması” adlı layihənin icrası davam etməkdədir. Layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Layihənin icraçı tərəfdaşları Böyük Britaniyanın İdman Şurası və Britaniya Şurasıdır. Layihə UNICEF (BMT-nin Uşaq Fondu) Azərbaycandakı Nümayəndəliyinin “Gənclərin İştirakı və İdman” Proqramı çərçivəsində həyata keçirilir.<<>>
Layihənin məqsədi uşaqların, gənclərin, xüsusi ilə qızların regionda mövcud HİV/QİÇS və digər riskli davranışlar nəticəsində qazanılmış xəstəliklərin aradan qaldırılmasında iştirak imkanlarını artırmaq, Şirvan və Hacıqabul regionlarında riskli davranışlar nəticəsində qazanılan xəstəliklərə qarşı mübarizədə idman festivalının keçirilməsini təşkil və təşviq etməkdən ibarətdir.
Qarşıya qoyulan məqsədə nail olmaq üçün 26.09.2009 - 01.10.2009-cu il tarixlərində Lənkəran şəhərində, “Palıdlı Sahil” İstirahət Mərkəzində “Sağlam Gənclik-Sağlam Gələcək” devizi altında düşərgə təşkil edilmişdir. Layihə fəaliyyətinin davamı olaraq düşərgədə iştirak etmiş uşaq və gənclərin, o cümlədən qızların birbaşa iştirakı ilə Şirvan şəhəri və Hacıqabul rayonunda bir dəfə “Sağlam Gənclik-Sağlam Gələcək” devizi altında İdman Festivalları keçiriləcəkdir.
İdman Festivalının keçirilməsinin məqsədi – HİV\QİÇS və digər riskli davranışlar nəticəsində qazanılan xəstəliklər, xəstəliyin yaratdığı fəsadlar haqqında ictimaiyyəti məlumatlandırmaq, zərərli vərdişlər nəticəsində yaranan xəstəliklərlə əsas mübarizə metodu kimi idmandan istifadəni təşviq etməkdən ibarətdir.



Dövlət Gömrük Komitəsi donuz qripinə qarşı mübarizəyə başlayıb

[11 Noyabr, 2009]
Dövlət Gömrük Komitəsi ölkəmizin giriş qapılarında donuz qripi kimi tanınan A (H1N1) virusuna qarşı müvafiq tədbirlər həyata keçirir.
Əhalinin sağlamlığının qorunması, insanlar üçün qlobal təhlükə törədən qrip və digər yoluxucu xəstəliklərin epidemiyasının qarşısının alınması ilə bağlı sərhəd gömrük-buraxılış məntəqələrində öskürək, halsızlıq, yüksək hərarət, yuxarı tənnəfüs yollarının katarı, əzələ, oynaq ağrıları və s. simtomplarla özünü büruzə verən fiziki şəxslərin müəy¬yənləşdirilməsi üçün termometriya, tibbi sorğu, vizual müayinə və digər üsullarla tibbi sanitariya yoxlaması həyata keçirilir.<<
Xəstə və xəstəliklə bağlı şübhəli şəxslər aşkar edilərsə, onların müvəqqəti təcrid edilməsi üçün lazımi şərait yaradılmış və zəruri əşyalarla təchiz olunmuş yerlər müəyyən edilmişdir.
Xatırladaq ki, bütün gömrük-keçid məntəqələrində xüsusi qoruyucu geyimlərdən istifadə etməklə mütəmadi olaraq nəqliyyat vasitələri üzə¬rində dezinfeksiya tədbirləri həyata keçirilir.
Eyni zamanda, fiziki şəxslərin hava nəqliyyatı vasitəsi ilə ölkəyə gəlməsi zamanı Mülki Aviyasiya Təşkilatı tərəfindən qəbul edilmiş ekipajın müvafiq üzvləri tərəfindən imzalanmış hava gəmisinin "ümumi deklorasiyası" sənədinin tibbi sanitariya hissəsinə uyğun olaraq müvafiq tibbi sanitariya nəzarəti məsələlərinə dair məlumatların gömrük orqanına təqdim olunması tələb edilir.
Operativ şəhər və rayonların gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərləri ilə məlumat mübadiləsi və digər zəruri qarşılıqlı fəaliyyətin təşkili üçün mütəmadi əlaqə mexanizmləri müəyyən edilir.
Uzaq məsafədən insan bədəninin hərarətinin ölçülməsində istifadə olunan cihazlar (termovizolar) alınmış və sərhəd gömrük-buraxılış məntə¬qələrində quraşdırılması işi davam etdirilir.



Amerikalı jurnalist Tomas Goltz yeni film hazırlayır

[11 Noyabr, 2009]

Erməni silahlı qüvvələrinin Qarabağa təcavüzü bir çox əcnəbi jurnalistlərin diqqətini bu qaynar nöqtəyə yönəltdi. Onlardan biri də Montana Universitetinin professoru Tomas Goltzdur. “Qarabağ müharibəsini işıqlandırmaq, eləcə də Azərbaycanla tanışlıq tam təsadüfi oldu”-özü etiraf etsə də, tale elə gətirib ki, fəaliyyəti, işləri Qafqazla xüsusilə də Azərbaycanla bağlıdır. O, informasiya blokadası şəraitində Xocalı qırğını haqqında ilk məlumatı Amerika mətbuatına ötürüb və bu barədə dünya mətbuatına ilk məlumatı verən jurnalist kimi tarixə düşüb. “Azərbaycan gündəliyi” (1998), “Çeçenistan gündəliyi”(2003) kimi əsərlərin müəllifidir. Bu yaxınlarda Bakıya səfər etmiş tanınmış jurnalistlə "Euroxəbər" qəzetinin əməkdaşı olaraq biz də söhbətləşdik.<>
-Sizi Xocalı qırğını haqda məlumat verən ilk jurnalist kimi tanıyırlar.
- Bəli, bu düzdür. 1992-ci ilin fevralı həyat yoldaşım Hicran xanım da mənimlə birgə Ağdamda idi. O, BBC-nin türkcə xidmətinə Xocalı qırğını barədə xəbər verdi. Mən isə bu barədə məlumatı “Washinqton Post” və “Sunday Times” qəzetlərinə ötürdüm.
- Azərbaycana ilk gəlişinizi necə xatırlayırısız?
- Biz Özbəkistan, Orta Asiya dövlətləri ilə bağlı bir araşdırma aparmalıydıq. İstanbuldan Bakıya uçduq. Bakıda iki həftə qaldıq. Viza olmayınca hoteldə qalmaq olmurdu. Maştağada qaldığımız ailə bizi Gəncədəki qohumu vasitəsilə ora apardı. Piknik etmək üçün Çaykəndə gəldik. Burda döyüşlər olmuşdu. İki həftədən sonra isə Özbəkistana yola düşdük. Sovetlər birliyi çökdükdən sonra yazmağa yeni mövzular meydana gəldi. SSSR-in çöküşü, Azərbaycanın müstəqilliyi vəs.
-Qarabağ savaşı zamanı hara səfərlər etmisiz?
-İlk səfərim 1991-ci ilin yayı oldu. İlk dəfə rəsmi olaraq üç-dörd xarici jurnalistlə birgə Şuşaya getdik, Kəlbəcərdə olduq. Səfərlər zamanı dəfələrlə Xocalıda da olmuşam. O günlərdə Boris Yeltsin Nursultan Nazarbayevlə Xankəndində bir sülh təşəbbüsü ilə çıxış edəcəklərdi. Odur ki, Xocalıya təkrar gəldik, tərslik oldu. Onlar Xankəndinə getdi. Xocalıda bizi komandir Əlif Hacıyev qonaq etdi və gecə orda qaldıq. Mənim təsadüf nəticəsində Xocalıyla əlaqəm oldu. Orda bir neçə dəfə olduğumdan bir çox insanları da tanıyırdım. 1992-ci ildə isə Ağdama getdim. Orda Əlif Hacıyev mənlə görüşdü və “biz öləcəyik burlarda” dedi. 25 fevral axşamı baş verən vəhşətdən sonra ermənilər bəhanə gətirdilər ki, Xocalıda böyük silah və qradlar vardı. Bu yalandır, çünki mən hadisədən öncə orda idim. Orda 40 əsgər, uzaq başı 2 BTR vardı. Qırğın barədə o dövrdə dostlarımızdan biri zəng edib söylədi. Rəsmi şəxslərlə məsələni dəqiqləşdirmək istədik. Ancaq dedilər ki, 2 nəfər şəhid olub. Biz buna inanmayıb Tərtər, Bərdə və Ağdama getdik. Gördük ki, o fevral gecəsi bir fəlakət olub. İnsanlar Ağdama gəlməyə başlayırdı. Meyidləri saymağa başladıq.
-Hadisə barədə məlumatı necə ötürə bildiz?
- Məqaləmi telefonla “Washinton post”a ötürdüm. Əvvəlcə inanmaq istəmədilər. Çünki o dövrdə ermənilər yalandan yaymışdılar ki, əksinə “azərbaycanlılar bizə hücum edib”. Bu yalan bir təbliğat idi. Ancaq informasiyanı nə yaxşı ki, redaktorlarım mənə inanıb çap etdilər. Bundan sonra əcnəbi müxbirlər Qarabağa gəlməyə başladı. Onları xüsusi vertalyotla Qarabağa apardılar. Artıq gec idi. Çünki əvvəlcə hadisə barədə yalan rəsmi məlumat verilmişdi.
- Hazırda Azərbaycanla bağlı hansı layihələriniz var?
-Biz vaxtilə qaçqın düşərgələrinə gedib, orda istedadlı muğam oxuya bilən uşaqlarla tanış olmuşduq. İndi bununla bağlı bir film çəkmək istəyirik. Filmdə muğam oxuyan qaçqın uşaqlarla dünyaya Qarabağla bağlı mesaj verəcəyik. Məncə ən qüvvətli və təsirli şey odur, tar, kamança və dəflə-musiqinin dili ilə müharibə reallığını çatdırmaq daha təsirli olar. Azərbaycan ya da ingilis dili muğamın özəlliklərini təsvir etməyə yetməz, onu sadəcə hiss etmək olar.
Ssenarimiz var. Dostumuz Jefri 10 il əvvəl qaçqın düşərgələrinə gedib çəkiliş edib. Bu zaman bir çox uşaqlarla tanış olub. Əsas hekayə odur ki, Jefri 10 il sonra həmin yerlərə təkrar gəlib uşaqların taleyi ilə maraqlanır. Onlar nə iş görür, yenə musiqi ilə məşğul olurmu? Biz gedib 4 uşağı film üçün tapa bildik. Əsas istəyimiz beynəlxalq festivallarda təqdim oluna bilən film hazırlamaqdır. Arzum odur ki, bu cür filmlər Azərbaycandan gələn bir film olsun və onu Avropa, Amerika efirlərində nümayiş etsinlər.
Əfsanə BAYRAMQIZI


AGBank-dan Hotel Express International diskont kartı

[03 Noyabr, 2009]
AGBank, Azərbaycanda ilk dəfə olaraq, öz müştərilərinə bank xidmətləri bazarında tamamilə yeni bir məhsulu- müştərilərin səfər xərclərini xeyli azaldan unikal bir kartı təqdim edir. AGBank, öz paketini yeni məhsulla tamamlayaraq, kart sahiblərinə Novotel, Hilton, Radisson, Holiday Inn, Sheraton, Renaissanse, Kempinski kimi otellərdə istənilən səviyyəli nömrələri pulsuz bronlaşdırmaq imkanını verir. >>>


Ziyalının taleyinə kim aydınlıq gətirəcək?!

[30 Oktyabr, 2009]
Bakı Dövlət Universitetinin Fizika Problemləri Elmi Tədqiqat İnstitutunun “Bioloji sistemlər fizikası” laboratoriyasının aparıcı fizik-mühəndisi Rəşid Əliyev artıq bir ildən çoxdur ki, qeyri-qanuni olaraq Tehranda xüsusi təcridxanada saxlanılmaqdadır.<>Bu barədə Rəşid Əliyevin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Soltan Məlikov keçirilən mətbuat konfransı zamanı bildirdi. Daha sonra o, Rəşid Əliyevin respublikamızdakı fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verdi. “Rəşid Əliyev 1992-ci ildə 38 yaşında BDU-da elmi fəaliyyətini müvəqqəti daayndıraraq könüllü şəkildə vətənin müdafiəsinə yollanıb. 1999-cu ildək AR “N” saylı xüsusi təyinatlı hərbi hissəsində rabitə sistemini qurub. Bilik və qabiliyyətini müvafiq kadrların hazırlanmasına sərf edən R.Əliyev burada fasiləsiz olaraq Rabitə rəisi vəzifəsində çalışıb. O, “LAZER” Elmi-Texniki Mərkəzində işlənib hazırlanmış xüsusi təyinatlı lazer texnikasının “N” saylı hərbi hissədə sınaqlarının təşkili və keçirilməsində yaxından iştirakedib. Son dövrlərdə AR Sərhəd Qoşunlarının “Keşikçi gəmisi”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ə.Hacıyev adına “Tədqiqat gəmisi” və “Balıq mühafizə gəmisi”-nin əsaslı təmirinə cəlb edilib. Buradakı mürəkkəb qurğuların bərpası və yenidən qurulmasını müvəffəqiyyətlə yerinə yetirib”.
Qeyd edək ki, Rəşid Əliyev İran İslam Respublikasının (İİR) Semnan şəhərindəki “Sazan Electronics Industry Company” şirkətinin dəvəti və Bakı Dövlət Universitetinin rəhbərliyinin razılığı əsasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində 2006-2008-ci illər ərzində adı çəkilən şirkətdə çalışıb. Bu müddət ərzində o, şirkətdə ilk dəfə olaraq proqramla idarə edilən texnoloji lazer sistemlərinin qurulması və işə salınması, müasir lazer sistemləri üçün mükəmməl təcrübə və sınaq stendinin hazırlanmasına rəhbərlik edib. Həmçinin bu sahədə çalışan yerli mütəxəssislərin təcrübə toplamasına kömək göstərib. Şirkət rəhbərliyi tərəfindən R.Əliyevə İİR-də daimi qalıb işləməsi ilə bağlı təkliflər edilsə də o, bu təklifləri qəbul etməyib və fəaliyyətini davam etdirmək üçün ölkəmizə qayıdıb.
Şirkətin direktoru professor Abbas Eftexarinin təkidli xahişindən sonra Rəşid Əliyev sonuncu dəfə 5 oktyabr 2008-ci ildə qısa müddətə İİR-ə qayıdıb və gəlişinin növbəti günü onu viza problemini bəhanə gətirərək həbs edirlər. İndiyədək R.Əliyevin həbsinin səbəblərini araşdırılması və azadlığa çıxması ilə bağlı İrandakı əlaqədar qurumlara məktublar ünvanlanıb. Belə ki, ailə üzvlərinin, BDU-nun rektoru akademik A.Məhərrəmovun “Sazan Electronics Industry company” şirkətinin rəhbərliyinə, AMEA-nın Fizika İnstitutu, BDU Fizika Problemləri İnstitutu, “LAZER” Elmi-texniki mərkəzin alimlərinin İİR Prezidentinə birgə müraciətləri cavabsız qalıb. Bu barədə Azərbaycan dövlətinin əlaqədar strukturları, habelə İİR-nın ölkəmizdəki səfirliyi də məlumatlandırılıb.

Aytac Axundova


Əsgər Pərvin Əhmədov:“Ayağımı vətən yolunda itirmişəm”

[30 Oktyabr, 2009]
“Blindajın yanında küçüyümüz ölmüşdü. Çavuş tapşırdı ki, onu aparıb atım, xoşagəlməz iy ətrafı bürüməsin. Iti götürüb bir qədər aralı əraziyə yollandım. Qayıdanda özüm də bilmədən neytral ərazidə minaya düşdüm. Ondan sonra olanları xatırlamıram. Tək bildiyim şey ayağımın birini Vətən yolunda itirməyimdir....”- ömrünün on doqquzuncu ilində düşmənlə təmas xəttində gecə-gündüz Vətən sərhədlərinin keşiyini çəkən, xidmət zamanı mina partlayışında
sağ ayağını itirmiş Pərvinlə hospitalda görüşdüm.<>Yolboyu həyatın ağır sınaqlarının indidən bu gəncin qapısının ağzını kəsdirməsini, ən çox da onunla söhbətimizin necə alınacağını düşünürdüm....

Əsgər ziyarəti

Pərvin Vaqif oğlu Əhmədov 1990-cı ildə Bakıda anadan olub. 2009-cu ilin yanvarında Binəqədi Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. O, Tovuz rayonunda düşmənlə təmas xəttində “N” saylı hərbi hissədə əsgəri xidmətini yerinə yetirmək üçün yollanıb. Bu il sentyabrın 28-i minaya düşüb. Əsgər ağır vəziyyətdə Şəmkirin Sabir kəndindəki tibb məntəqəsinə çatdırılıb. Daha sonra Müdafiə Nazirliyinin ayırdığı təyyarə ilə Bakıya- Hərbi Klinik Hospitala gətirilib. Əgərin bir ayağı amputasiya olunsa da, həkimlərin səyi nəticəsində Pərvini həyata qaytarmaq mükün olub.

Hadisə necə oldu?

Hər şey hərbi hissədə əsgərlərin bəslədikləri iki balaca küçükdən başlayıb. Pərvin deyir ki, bu iki küçük, eləcə də xidmətdə istifadə olunan itlər onların ayrılmaz xidmət yoldaşları olub. Onlar hürərək düşmən kəşfiyyatının fəaliyyəti, eləcə də digər təhlükəli məqamlarda əsgərlərə xəbərdarlıq edirmişlər. Lakin küçüklərdən birinin qəfil ölməsi və blindajın önündə meyidinin qalması əsgərlərin işini artırıb. It cəsədinin səngərdən uzaq bir yerə atılması isə əsgər P. Əhmədova tapşırılıb: “Sentyabrın 28-i yağışlı hava idi. Səhər-səhər postdan düşdüm. Çavuş tapşırdı ki, küçüyü blindajdan uzaq bir yerə atım. Gecə kəşfiyyat gələndə hürür, bizə yardımçı olurdu. Həmin gün özümü qəribə hiss edirdim, sanki ürəyimə nəsə dammışdı. Iti atıb gələndə minaya düşdüm.”-deyə əsgər bildirdi. Anası Sədiqə Məmmədova deyir ki, oğlunun Şəmkirdəki tibb məntəqəsinə çatdırılmasını sonradan biliblər. Anası və digər qohumları oğlunu ziyarətə gedəndə o, koma vəziyyətində olub.

“ Həkimlərin söylədiyinə görə Pərvin yaralandığını bizim bilməmizi istəməyib. Səbəbini soruşanda atasının xəstə olmasını söyləyib. Sonra Tovuzdan yaxın birini
məsələdən xəbərdar edib, biz də bilmişik. Kəllə-beyin zədəsi aldığından həkimlər onu Bakıya çatdırmağın təhlükəli olduğunu dedilər. Ancaq oğlum bir az özünə gələndən sonra onu vertalyotla Bakıya gətirdilər. Onun sağ qalmasına görə həkimlərin gərgin əməyinə borcluyuq.”- əsgər anası Sədiqə xanım kövrəldi. Əsgərin huşu özünə gələndən sonra onun gözündəki qəlpə də çıxarılıb. Kəllə-beyin zədəsi əsgərin yaddaş pozğunluğuna gətirib çıxarıb. “Hətta partlayış yaddaşına o qədər təsir etmişdi ki, huşu özünə gələndə mənə dedi ki, anacan, mən özüm yeriyib, iki günə evə gəlmişəm. Bəzi şeyləri xatırlamır, xatırlamaqda çətinlik çəkir”-əsgər anası hüznlü-hüznlü bildirdi.


Cəbhədə nə var, nə yox?

Bəhruzun partlayışdan çətinliklə danışmasını görüb söhbətin axarını dəyişirəm. “Cəbhədə nə var, nə yox?”-sualı onu həvəslə söhbətə davam etməsinə səbəb olur. Bəhruz deyir ki, ilk dəfə postda xidmətini güllə altında keçirib.
“ Ermənilər iki-üç gündən bir, daha çox axşam və gecə saatlarında bizim tərəfə atırlar. İlk dəfə atışmanın şahidi olanda, postda idim, əsgər yoldaşlarım mənə dayaq oldular. Yalnız o zaman sərhəddə keşik çəkməyin necə çətin bir iş olduğunu gördüm.”-əsgər Pərvin belə deyir. Onun sözlərinə görə qarşı tərəf atəşkəsi pozmaqla kifayətlənmir, qadın snayperlərdən də faydalanır, işıq saçan güllələrdən istifadə edirlər.


“Əmr olunsa, yenə hissəyə qayıdaram”

Bir ayağını itirmiş əsgərin indi ən böyük arzusu tezliklə sağalıb ayaq üstə durmaqdır. ”Ayağımı vətən üçün itirmişəm. Bu dəqiqə əmr olunsa, yenə də əsgərliyimin qalan hissəsini çəkmək üçün gedərəm. Ancaq hərdən baxıram, tay-tuşlarım gəzirlər. Bu həqiqətən də mənə çox pis təsir edir...”-gözləri məchul nöqtəyə zillənmiş Pərvin söhbətinə ara verir. Əsgər anası isə arzulayır ki, dövlətin maddi-mənəvi dəstəyilə Türkiyədə oğlu protez ayaqla təmin edilsin.

Əsgər minaya düşməyə bilərdimi?

Bu gün sərhəd zonalarında rast gəldiyimiz partlayışların çoxu Ermənistanın Azərbaycana təcavüzündən qalan “yadigarlarıdır”. Lakin neytral ərazidə minanın tapılması bir sıra suallar ortaya çıxarır. Bu ərazidə mina necə basdırıla bilər? Bu kimin işi olar? Ehtimallara gəlincə, birinci versiyaya görə vaxtilə Tovuzda döyüşlər getdiyindən, mina həmin dövrdən qala bilər. ” Mina olma ehtimalı böyük olan ərazilər müşahidə üçün çıxdığımız yerlərdə, yüksəkliklərdə daha çoxdur. Həmin ərazilər düşmən kəşfiyyatçılarının hədəfindədir. Onlar orada gəzişirlər.”-əsgərin bu fikri ikinci versiyaya səbəb olur. O bölgələrə bələd olan əsgərin sözlərindən çıxan məntiqə əsaslansaq, düşmən tərəfinin neytral əraziyə girib mina basdırmaq iddiası tamamilə inandırıcı görünür. Belə olan halda təbii sual doğur: bu, nə üçün baş verir, sərhədlərimizi qoruyanlar niyə belə faktları vaxtında aşkara çıxara bilmirlər? Düşmənlə üzbəsurət mövqedə belə suallar çox düşündürücüdür. Ümidvarıq ki, müdafiə nazirliyində belə hadisələrdən lazımı nəticə çıxarılıb tədbirlər görülür və konkret olaraq əsgər Pərvin Əhmədovun taleyi də onların diqqətindən kənarda qalmayacaqdır.


Əfsanə BAYRAMQIZI
“Euroxəbər”












Bakıda NATO günləri keçiriləcək

[30 Oktyabr, 2009]
Bakıda NATO günləri keçiriləcək. Bu “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində, Fərdi Tərəfdaşlıq Proqramı əsasında noyabr ayında həyata keçiriləcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.nazirliyin mətbuat xidmətinin məlumatına görə noyabrın 9-dan başlayan tədbirlər silsiləsi noyabrın 13-dək davam edəcək.
Euroxəbər


Fələstinli nazir Bakıya gələcək

[28 Oktyabr, 2009]

Oktyabrın 28-30-da Fələstin Muxtariyyətinin xarici işlər naziri Riyad Əl-Malikin Azərbaycana rəsmi səfəri nəzərdə tutulub.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib.

Səfər zamanı bu il oktyabrın 29-da fələstinli azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub. Görüşdən sonra mətbuat nümayəndələri üçün nazirlərin birgə mətbuat konfransı keçiriləcək.
Səfər çərçivəsində Riyad Əl-Malikinin Milli Məclisin sədri Oqtay Əsədovla da görüş nəzərdə tutulub.
Euroxəbər


Mədəniyyət və Turizm rəsmiləri Astanada səfərdədir

[28 Oktyabr, 2009]
Bu gün Qazaxıstanın paytaxtı Astanada MDB iştirakçı dövlətlərinin Gənclərlə iş üzrə Şurasının növbəti iclası başlayıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən lent.az portalı məlumat yayıb. Məlumatda bildirilir ki, MDB iştirakçı dövlətlərin siyasi partiyalarının gənclər qanadının və gənclər təşkilatlarının liderlərinin görüşündə Azərbaycanı gənclər və idman nazirinin müavini İntiqam Babayevlə beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov təmsil edirlər. Tədbirdə Avrasiya məkanının gəncləri və müasir Avrasiya inteqrasiyası prosesi, millətlərarası anlaşma və tolerantlıq kontekstində Avrasiya ideyası kimi mövzular müzakirə olunacaq. Həmçinin Qazaxıstanın xarici işlər naziri, elm və təhsil naziri, prezident administrasiyası rəhbərinin müavini və parlamentin üzvləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan MDB iştirakçı dövlətlərin gənclərlə iş şurasının üzvüdür. Tədbir noyabrın 1-dək davam edəcək.


Dövlət Gömrük Komitəsi narkotik alverinə qarşı uğurlu əməliyyatlar keçirib

[26 Oktyabr, 2009]
Bakı Şamaxı yolunda əvvəlcədən zibillikdə gizlədilmiş tiryək torbalarını götürərkən biri İran vətəndaşı olmaqla iki nəfər keçirilmiş əməliyyat nəticəsində saxlanılıb. Bu barədə “Euroxəbər”ə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildiriblər.
Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinin keçirdiyi əməliyyat nəticəsində İran vətəndaşı Asad Karim Tavakkoli Kordlar və Azərbaycan vətəndaşı Rafiq Məhəmməd oğlu Babaşov saxlanılıb. <>Onların hər ikisi R. Babaşovun idarə etdiyi VAZ 21150 markalı 09-BH-513 dövlət nömrə nişanlı avtomobil ilə Abşeron rayonu Müşviqabad qəsəbəsi, Bakı-Şamaxı yolunun 35-ci km hissəsinin kənarına gətirilmiş və orada zibillikdə qabaqcadan gizlədilmiş və ümumi çəkisi 19 kq 860 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Narkotik vasitələr aşkar edilərkən 2 ədəd polietilen kisədə 21 ədəd ayrı-ayrı çəkilərdə və formalarda olan bağlamalarda olub.
Qeyd olunan fakt üzrə Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2. 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb.

İstintaq zamanı müəyyən edilib ki, Azərbaycan vətəndaşı Rafiq Babaşov, İİR vətəndaşı Asad Karim Tavakkoli Kordlar və şəxsiyyətləri istintaqa məlum olmayan “Rəhmət”, “Mirqiyas” və “Akif” adlı şəxslərlə qabaqcadan əlbir olub, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməklə, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, daşınması və saxlanması barədə sövdələşərək, “Mirqiyas” adlı şəxsin gömrük nəzarətindən gizli keçirməklə Azərbaycana göndərdiyi 19 kq 860 qram narkotik vasitə olan tiryəki satış məqsədi ilə əldə etmişlər.
Daha sonra “Mirqiyas” adlı şəxsdən narkotik maddələri satmaq barədə aldığı göstərişə əsasən R. Babaşov A.K.Tavakkoli Kordlarla Bakı şəhərində görüşərək narkotik maddələri “Akif” adlı şəxsə 37000 ABŞ dollarına satmağa razılaşmış, bu məqsədlə yaşadığı mənzildə külli miqdarda narkotik vasitəni polietilen kisələrə qablaşdıraraq özünün idarə etdiyi VAZ 21150 markalı 09-BH-513 dövlət nömrə nişanlı maşının yük yerinə qoymuş və onunla birgə Bakı-Şamaxı yolunun 35-ci km hissəsinin kənarına gətirərək satmaq istəyərkən DGK Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdərəsinin Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır.
Rafiq Məhəmməd oğlu Babaşova və Asad Karim Tavakkoli Kordlara Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə ittiham elan edilərək Yasamal rayon məhkəməsi tərəfindən barələrində həbs qətimkan tədbiri seçilmişdir.

Daha bir fakt isə Astara Gömrük İdarəsində aşkarlanıb.
Belə ki, bu idarənin Sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikası istiqamətindən daxil olan Bahəddin Oruc oğlu Quliyevin idarə etdiyi “İkarus” markalı 10-KU-350 dövlət nömrə nişanlı sərnişin avtobusuna keçirilmiş gömrük baxışı zamanı avtobusda olan, üzərində “Sun FLOOR” sözləri yazılmış 25 ədəd karton qutulara baxış keçirilmiş, həmin qutulardan 3-nün içərisindən 30 ədəd bağlamada ümumi xalis çəkisi 30 kq 200 qram narkotik vasitə - həşiş qətranı aşkar edilərək götürülmüşdür.
Bundan sonra DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Sabuncu rayonu ərazisinə gətirilmiş 30 kq 200 qram kustar üsulla hazırlanmış həşiş qətranı 3 ədəd qutunun içərisinə qablaşdırılmış şəkildə qeyd olunan sərnişin avtobusundan Azərbaycan Respublikasının vətəndaşları Vüsal Əbdüləli oğlu Məmmədov, Amil Şamil oğlu Əliyev tərəfindən qəbul edilərək, Şakir Əhməd oğlu Nadirovun idarə etdiyi “QAZ-33021” markalı, 85-BE-049 dövlət nömrə nişanlı avtomaşına yüklənərkən sonuncular saxlanılmışdır.
Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə faktına görə Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmış, istintaq aparılmışdır.
İstintaq zamanı müəyyən edilmişdir ki, Vüsal Məmmədov, şəxsiyyəti istintaqa məlum olmayan “Oqtay” adlı şəxslə narkotik vasitələri qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda əldə etmə, saxlama, daşıma, satma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirmə barədə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, “Oqtay” adlı şəxsin İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən əldə etdiyi, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə “İkarus” markalı 10-KU-350 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə göndərdiyi külli miqdarda, ümumi xalis çəkisi 30 kq 200 qram kustar üsulla hazırlanmış həşiş qətranını Bakı şəhəri, Sabunçu rayonu ərazisində qəbul etmişdir.
Beləliklə, Vüsal Əbdüləli oğlu Məmmədov şübhəli şəxs qismində saxlanılmış, ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmiş və barəsində Yasamal rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayətkar qrupun digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində istintaq hərəkətləri davam etdirilir.

Euroxəbər


Xocalı qətliamı. Bu son olsun!

[25 Fevral, 2009]
Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondu (ATAF) tərəfindən Xocalı soyqırımının ildönümünə həsr olunmuş “Xocalı qətliamı. Bu son olsun” adlı qısametrajlı film çəkilmişdir. Film 26 fevral 2009 tarixində yerli və xarici televiziya kanalları və internet vasitəsilə bütün dünyada yayımlanmaq məqsədilə ərsəyə gətirilmişdir. Çəkilişləri Türkiyədə aparılan filmin rejissoru Türkiyənin tanınmış sənətçisi, Berlin festivalının laureatı Korhan Yurtsevərdir. Film türk dilində çəkilmiş, azərbaycan, ingilis və rus dillərinə tərcümə edilmişdir. >>>


Sabah Belçikada “Xocalı Çadırı” qurulacaq

[25 Fevral, 2009]
Sabah, 26 fevral 2009 tarixində saat 08.00-15.00 arasında Belçika Azərbaycan Evi (BAE) Belçikanın mərkəzində yerləşən “Place du Schuman” meydanında “Xocalı Çadırı” quracaq. Çadırda Xocalı soyqırımını əks etdirən foto sərgi və sənədli film nümayiş etdiriləcək, ingilis, fransız və türk dillərində bu soyqırım barədə məlumatı özündə əks etdirən broşurlar və keçən il BAE-nin Xocali soyqırımı ilə əlaqədar nəşr etdirdiyi fransız dilində olan “Əsir Torpaq Qarabağ” adlı kitab paylanacaqdır.
Çadırın ətrafında fransız dilində “İşğal edilmiş şəhər Xocalı” (La ville occupée - KHODJALY), “Ədalət haradadır?” (Où est la Justice?), “17 ildir ki, qaçqınlar öz yurdlarına qayıtmaq istəyirlər!” (Ça fait 17 ans que les réfugiés veulent rentrer à leurs villages !), “Cinayətkarlar cəzalandırılmalıdırlar!” (Les coupables doivent être punis et jugés !), “Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal edilmişdir!” (Le Haut - Karabakh est occupé par l’Arménie) kimi şüarlar asılacaqdır. >>>


Dövlət Gömrük Komitəsi nümayəndələrinin ATİB üzvləri ilə görüşü

[23 Fevral, 2009]
ATİB ofisində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük nəzarətinin təşkili baş idarəsinin baş inspektoru Mahir İbrahimov, Maliyyə tarif və valyuta nəzarəti baş idarəsinin vergi və yığımlar şöbəsinin rəisi Rüfət Elçiyev ilə ATİB üzvlərinin görüşü keçirildi. Görüşdə məqsəd gömrük siyasəti və qanunvericiliyi sahəsində yeniliklər, vahid pəncərə sisteminin tətbiqi, gömrük tarifləri və s. barədə iş adamlarını məlumatlandırmaq idi.
M.İbrahimov vahid pəncərə sisteminin tətbiq olunması məsələsinə toxunaraq bildirdi ki, bu sistemin tətbiq olunmasında əsas məqsəd mal və məhsulların operativ və tez keçirilməsinin təmininin təşkilidir. “Əvvəllər iş adamları sərhəddən keçərkən vaxt itkisi yaşayırdılar. Lakin indi həyata keçirilməsi planlaşdırılan yenidənqurma işlərinin nəticəsində sərhəddəki vaxt itkisi minimuma endiriləcəkdir”. >>>


Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətinin məlumatı

[05 Sentyabr, 2008]
Dövlət gömrük Komitəsi, onun yerli strukturları 2008-ci ilin səkkiz ayı üzrə proqnoz tapşırığa layiqincə əməl etmişlər.
İlkin məlumata görə. Yanvar-avqust ayları ərzində gömrük orqanları tərəfindən nəzərdə tutulmuş 742,00 milyon manat əvəzinə 744,47 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülmüş, proqnoz 100,33 faiz yerinə yetirilmişdir.
Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 238,40 milyon manat və ya 47,11 faiz çoxdur.


Kiprə “Mədəni soyqırım” iddiası

[21 İyul, 2008]
Şimali Kipr Sülh Hərəkatının ildönümü şənlikləri davam edərkən “Neo Con” lara yaxınlığı ilə tanınan “Washington Times” qəzetində Kiprlə bağlı Türkiyəyə ağır ittihamlar irəli sürülən ABŞ-ın Kipr siyasətinə işarə edən bir məqalə yayımlanıb. ABŞ-ın “Kipr işğalının hələ də davam etməsinə icazə verdiyi”önə sürülən məqalədə Kiprdə “Mədəni soyqırım” törədildiyi də iddia edilib.
“Washington Times” qəzetində konqres lobbilərindən İnsan Haqları üçün Liderlik Şurası adlı qurumun sədri Kathryn Cameron Porter imzası ilə yayımlanan “Kipr çözümü, Lütfən” başlıqlı məqalədə 34 il öncə keçmiş Xarici İşlər Naziri Henry Kissingerin “Kiçik ada ölkəsinin bir parçasını Türkiyəyə təslim ettiyi”ni irəli sürüb.


Türkdilli rəssamlar sərgidə bir araya gəldi

[17 İyul, 2008]
Türkiyənin Burdur valiliyinin təşkil etdiyi sərgidə Türksoya daxil olan ölkə rəssamlarının 35 əsəri nümayiş olunub. Sərgidə çıxış edən Burdur rayonunun valisi İbrahim Özçimen, Akkaya və TÜRKSOY-un məsulu Kürşat Sarıarslan qeyd ediblər ki, Türksoyun 1993-cü ildə Qazaxıstanın Almatı şəhərində türk respublikalarının imzaladığı müqavilə türkdilli xalqlarımızın bir-birinə daha da yaxınlaşması və əlaqələrini gücləndirməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu barədə Trend News-a məlumat verən Özbəkistanın Beynəlxalq Altın Mirası Fondunun prezidenti Süleyman Mərdanoğlu sərginin dörd gün sürəcəyini deyib.


Kiprdə Sülh Hərəkatının 34-cü ildönümü

[17 İyul, 2008]
Türk Silahlı Qüvvələri, hava və dəniz komandaları, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Sülh Hərəkatının 34-cü ildönümü və 20 iyul Sülh və Müstəqillik bayramında iştirak edəcəklər. ŞKTC Təhlükəsizlik Qüvvələri Komandanlığının mətbuat xidmətindən verilən məlumata görə Türk Dəniz Qüvvələrinə aid savaş gəmiləri 18 iyul cümə günündən etibarən Girnə Yat Lifnam sahillərinə zəncirlənəcək. Gəmilər 3 gün boyunca 14.00-17.00 saatları arasında xalqın ziyarətinə açılacaq.
Türk ulduzları da (Akrotim Filo Komandanlığı) bu il yenə də 20 iyul şənlikləri çərçivəsində ŞKTC səmalarında nümayiş göstərəcəklər.
“Euro Xəbər”,
Lefkoşa



ABŞ şirkəti Qarabağa turist səfərləri təşkil edir

[16 İyul, 2008]
Rusiyanın iki turizm saytında Azərbaycanın Dağlıq Qarabağ bölgəsi Ermənistan ərazisi kimi göstərilib. APA-nın verdiyi məlumata görə “AndromedaTravel” şirkətinin saytında Ermənistanla bağlı informasiyada Dağlıq Qarabağın bu ölkənin tərkib hissəsi olduğu bildirilir. ABŞ-ın “Sidon Travel” şirkəti isə Ermənistan vasitəsilə Qarabağa turist səfərləri təşkil edir.


Jurnalistlərə qarşı fiziki təzyiqlər artıb

[16 İyul, 2008]
2008-ci ilin birinci yarısında jurnalistlərə qarşı 22 fiziki, psixoloji hədələmə, döyülmə, basqın faktı baş verib. 2007-ci ilin müvafiq dövründə belə faktların sayı 11, 2005-ci ildə isə 10 olub.
İlin ilk yarısında media 20 dəfə (13 iddia, 7 xüsusi ittiham qaydasında şikayət) məhkəməyə çəkilib. 2007-ci ilin müvafiq dövründə belə məhkəmə davaların sayı 7, 2005-ci ildə isə 6 olub.
Medianın 6 ayda baş verənlərin analizi göstərir ki, jurnalist haqlarının pozulması faktları tam və düzgün araşdırılmayıb, jurnalistləri döyən, onlara fiziki, psixoloji basqı edənlər cəzalandırılmayıb. “İnformasiya əldə etmək haqqında” Qanunun irəliləyişi bərbaddır. Müstəqil mətbəələr yox dərəcəsindədir.
“Euro Xəbər”


Azərbaycanda son 13 ildə inflyasiya artıb

[15 İyul, 2008]
Bu ilin iyun ayında istehlak qiymətləri indeksi 100,1% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən bildiriblər. Komitənin məlumatına görə Azərbaycanda 2008-ci ilin əvvəlindən inflyasiya 14%, illik kəsir isə (iyun 2008/iyun 2007) təxminən 25,4% olub.
Yanvar-iyun aylarında orta illik inflyasiya keçən ilin həmin aylarına nisbətdə 20,2% təşkil edib. Bu, son 13 ildə ölkədə ən yüksək göstərici hesab edilir.


Təhlükəli çimərliklər

[15 İyul, 2008]
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Bakı çimərliklərinin vəziyyəti və çimərlik sularının gigiyenik göstəricilərinə nəzarət məqəsdi ilə aparılan araşdırmaların yekun nəticələri açıqlanıb. Şüvəlan, Mərdəkan, Şıx və Sahil (Qaradağ rayonu) çimərliklərinin istifadəsinin müvəqqəti qadağan edilməsi barədə respublikanın Baş dövlət sanitariya həkiminin 30 may 2007-ci il tarixli qərarı qüvvədə saxlanılıb. Buna səbəb qeyd edilən çimərlik sularının intensiv çirklənmə mənbələrinin aradan qaldırılmaması və çimərlik sularının bakterioloji çirklənmə göstəricilərinin icazə verilən normalardan yüksək olmasıdır. Eyni zamanda Sumqayıt şəhəri ərazisində Corataltı ərazi ilə H.Z.Tağıyev qəsəbəsi arasındakı sahələrdə də çimməyin qadağan edilməsi barədə Sumqayıt şəhərinin Baş Dövlət Sanitariya həkiminin qərarı qüvvəsində saxlanılıb.


BMM-in qapıları sentyabrda açılacaq

[11 İyul, 2008]
Beynəlxalq Mətbuat Mərkəzi iyulun 11-dən sentyabrın əvvəlinə kimi təmirə dayanıb. Mərkəzin mətbuat xidmətindən aldıqımız məlumata görə buna səbəb aparılan təmir işləridir. Sentyabrın əvvəlindən mərkəzin fəaliyyətində bir sıra dəyişiklik ediləcək.
Bu günə qədər mərkəzdə gün ərzində 2-3 tədbir keçirildi. Sentyabrdan etibarən saatlıq icarə günluk icarə ile əvəz olunacaq. Bu da tədbirlərin qiymətinə və sayına təsir göstərəcək.


Sarkozi: “Hamını Avropaya qəbul edə bilmərik”!

[11 İyul, 2008]
Fransa prezidenti Sarkozi Avropa Parlamentindəki çıxışında Fransanın Avropa Birliyinə sədrliyi dövründə edəcəyi dəyişiklikləri, iqlim dəyişməsinə qarşı mücadilə proqramlarını barədə məlumat verib. O, həmçinin “hamını Avropaya qəbul edə bilmərik” deyərək üzv dövlətlərin köçmən siyasətlərini daha da gücləndirmələrini bildirmişdir. >>>


O, əksər yazıçıların ehtiyatla yanaşdığı bir mövzuya toxunub

[11 İyul, 2008]
Niderlandda yaşayan həmyerlimiz, ANA VƏTƏN Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, yazıçı, hüquqşünas, tərcüməçi və həmçinin rejissor fəaliyyəti ilə məşğul olan Gülşən Lətifxanın sayca ikinci olan “Azər və Aida” adlı romanının təqdimat mərasimi keçirildi. Tədbir Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunmuşdu. İllüstrasiyaları Azərbaycanın əməkdar rəssamı Əşrəf Heybətova məxsus olan “Azər və Aida” romanı etnik problemlər zəminində yazılmış bir əsər olub Qarabağ müharibəsi və ondan sonrakı dövrdə iki gənc insanın faciəli taleyini özündə təcəssüm etdirir. >>>


Qarabağ Azadlıq Təşkilatından saytımıza daxil olan bəyanatın mətni ilə tanış olun

[07 İyul, 2008]
Macarıstan höküməti Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu dəfələrlə bəyan etmişdir. Bu ölkənin Baş naziri Ferens Dürçanın bu gün Azərbaycanda başlayan səfəri də həmin niyyətdən irəli gəlir. Biz də iki ölkə arasında əməkdaşlığın inkişafının tərəfdarıyıq. Lakin Azərbaycan Ordusunun zabiti Ramil Səfərov haqda Budapeşt məhkəməsinin ədalətsiz qərar çıxarması və artıq 5 ildir ki, orada həbsdə saxlanılması iki ölkə arasındakı münasibətlərə ciddi kölgə salır. Dünyanın heç bir yerində 1 nəfərin öldürülməsinə görə ömürlük həbs cəzası verilmir. Eyni zamanda qətl hadisəsinin törədilmə motivləri, konkret şərait, Ramil Səfərovun mənəvi-psixoloji durumu Budapeşt şəhər məhkəməsi tərəfindən nəzərə alınmamışdır. >>>


Qarabağ Azadlıq Təşkilatının

[07 İyul, 2008]
Əsir qadınlara qarşı erməni vəhşilikləri
(Faktlar Aygün Həsənoğlunun MTN-nin arxivləri əsasında hazırladığı və 2007-ci ildə çap etdirdiyi “Erməni sindromu” kitabından götürülmüşdür)
. Dörd yaşlı qızıma sataşdılar. Sonra biz qadınları Xankəndində erməni ordusu olan yerə apardılar, lüt soyundurdular, hamımızı zorladılar, sonra yerə yıxıb sürüdülər.
. 20 yaşlı bir qızın dediklərindən: Bizi Pircamal kəndində tövlədə saxlayırdılar. Ata-anamın gözü qarşısında məni, 15 yaşlı ortancıl bacımı və 9 yaşlı kiçik bacımı dəfələrlə zorladılar, papiros çəkib bədənimizdə söndürdülər. Yaşlılar, cavanlar növbəyə durub biz bacıları zorlayırdıar, saçlarımızdan tutub sürüyürdülər.
. Məni Əsgəran milis şöbəsinə gətirdilər, orada uşaqlarımın gözləri qarşısında məni döyərək dəfələrlə zorladılar.>>>


Дювлят Эюмрцк Комитяси Мятбуат Хидмятинин мялуматы

[03 İyul, 2008]
Дювлят Эюмрцк Комитяси, онун йерли структурлары 2008-ъи илин алты айы цзря прогноз тапшырыьа лайигинъя ямял етмишляр.
Илкин мялумата эюря, йанвар-ийун айлары ярзиндя эюмрцк органлары тяряфиндян нязярдя тутулмуш 562,00 милйон манат явязиня 563,81 милйон манат эюмрцк верэи вя рцсумлары топланараг дювлят бцдъясиня кючцрцлмцш, прогноз 100,32 фаиз йериня йетирилмишдир.
Бу ися ютян илин мцвафиг дюврц иля мцгайисядя 197,17 милйон манат вя йа 53,78 фаиз чохдур.

ДЭК Мятбуат Хидмяти


Azərbaycandan hansı ölkəyə vizasız gedib-gəlmək olar?

[03 İyul, 2008]
«Media forum» saytının araşdırmasına görə, Türkmənistanı çıxmaqla MDB ölkələrinə (Rusiya, Belarus, Ukrayna, Moldova, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan) müddətsiz, Türkiyə və İrana isə müəyyən müddətə vizasız gediş-gəliş mümkündür.>>>


Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondunun (ATAF)

[18 İyun, 2008]
Himayəçilik Şurasının ilk iclası keçirildi
İyunun 14-də Ankarada, Türk Tarix Qurumunun inzibati binasında Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondunun (ATAF) Himayəçilik Şurasının ilk iclası keçirildi. İclasda ilk olaraq Himayəçilik Şurasına yeni üzvlər seçildi və Himayəçilər Şurasının üzvlərinin sayı 11 nəfərdən 52 nəfərə qədər artdı. Himayəçilik Şurasının sədri Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Demirel, sədr müavinləri Bilkent Universiteti Himayəçilik Şurasının sədri Prof. Dr. İhsan Doğramacı, Azərbaycan Respublikası Milli Məclisinin üzvü, millət vəkili, Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komissiyasının sədri, Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti Prof. Dr. Səməd Seyidov və Azərbaycan Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Ahmet Erentokdur. >>>


XXI əsrin möcüzəsi

[17 İyun, 2008]
Avtomobillər üçün “Bioenerjili nanokatalizator BNK-1” qurğusu

(Müəlliflər: Akademik Nizami Süleymanov (AMEA), professor Arif Məmmədov (AzTU), və başqaları (AMYA))

Bu qurğuda dünya elmində və texnologiyada ilk dəfə olaraq pozitiv enerji sahəsi olan bitkilərin bioenerjiləri nanotexnologiya əsasında yaradılmış ultra dispers (xırda) metal, plastik və bitki ovuntularından hazırlanmış və milyardlarla mikro hissəciklərdən ibarət BNK-1 nanokatalizator strukturunda akkumliyasiya edilmişdir. Başqa sözlə ifadə edilərsə, BNK-1 “Bioenerji batareyası” da adlandırmaq olar. >>>


YANĞININ QARŞISI ALINDI

[17 İyun, 2008]
Nərimanov rayonu ərazisindəç Faiq Yusifov küçəsiç 42 nömrəli binanın 45-ci mənzilində yanğın baş vermişdirş. Hadisə yerinə özlərini vaxtında yetirən FHN-nin əməkdaşları yanğının qarşısını vaxtında alaraq onun qonşu mənzillərə keçməsinə imkan verməmişlər.
Hazırda yanğının tam söndürülməsi başa çatmaq üzrədir.
Nazirliyin əməkdaşlarə yanğının baş vermə səbəblərini araşdırırlar.


15-ci Yubiley Xəzər Neft, Qaz sərgisinin xüsusi mükafatı

[04 İyun, 2008]
15-ci Yubiley Xəzər Neft, Qaz sərgisinin açılışına həsr olunmuş, Azərbaycan Neft Akademiyasının İstehsalat Proseslərinin Avtomatlaşıdırlması fakültəsinə ən yüksək dərəcədə daxil olmuş, 692 bal toplamış Sahib Babalıyev, “Xəzər Neft, Qaz” illik təqaüdü ilə təltif olunmuşdur.

“Euro Xəbər”

Arxiv:

 





N05 (120) 11 mart - 30 mart 2010-cu il

Adobe Acrobat 7.0

 

 

© 2006 Copyright EU Xeber - EURO NEWS: site by: WebStudio.AZ; email: euxeber@hotmail.com