ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
- Diaspor
- Gündəm
- Avropa
- Müsahibə
EURO XƏBƏR QƏZETİ
- Haqqımızda
- Rəhbərlik
- Kollektiv
- Layihələr
- Mətbuatda
- Foto albom
BELÇİKA AZƏRBAYCAN EVİ
- Yaranma tarixi
- Belçika haqqında
- Tədbirər
- Nümayəndəliklər
- Foto albom
AZƏRBACAN
- Qarabağ problemi
- Xocalı Sorqırımı
QONAQ KİTABI
ƏLAQƏ
BANNER



 

 

Belçika haqqında:

Belçika krallığı şimal-qərbi Avropada yerləşən, Niderland, Almaniya, Lüksemburq və Fransa ilə sərhədlənən, Avropa Birliyinin təsisçi üzvlərindən biridir. Belçikanın 30.000 km2 ərazisi və 10 milyondan çox əhalisi var. German və Roman Avropa mədəni sərhədi arasında qalan Belçika linqvistik cəhətdən bölünmüşdür. İki əsas dili var: Fransız və Niderland dili. Bu linqvistik fərqlilik adətən siyasi və mədəni konfliktə gətirib çıxarır və bu da öz əksini Belçikanın mürəkkəb hökümət sistemi və siyasi tarixində tapır.
Belçika adının tarixi qədim Qaul-Qalliya Belçikasının ən şimal nöqtəsindən latın adından, əsasən Kelt qəbilələrinin bir qrupundan Belgaelərin adından gəlir.
Belçika II Dünya müharibəsindən sonra unitar dövlətdən federasiyaya kimi genişlənmiş konstitusiyalı xalq monarxiyalı və parlamentli demokratiya dövlətidir. İkikameralı parlament Senatdan və Palata təmsilçilərindən ibarətdir. Səlahiyyəti müəyyən çərçivə daxilində olmasına baxmayaraq dövlətin başçısı kral və ya kraliça olur. Əsas qüvvə baş nazirin və dövləti idarə edən digər hökümət orqanlarının əlindədir. Məhkəmə sisteminin özülü vətəndaş hüqüqları üzərində qurulmuşdur və Napaleon məcəlləsinə əsaslanır. Apelyasiya məhkəməsi Fransanın Kassasiya məhkəməsinə əsaslanan Kassasiya məhkəməsindən bir pillə aşağıda yerləşir. Belçikanın indiki kralı 1993-cü ildə kral seçilən II Albertdir.
Belçika 3 icmaya və 3 regiona bölünür:
Ölkənin konstitusiyası 14 iyul 1993-cü ildə nümunəvi federal dövlət yaratmaq məqsədilə 3 səviyyədə islah edildi:
1. Əsası Brüsseldə qoyulmuş federal hökümət.
2. 3 dil icması:
• Flaman dili (Niderland dilində) danışanlar
• Fransız dili (Fransız dilində) danışanlar
• Alman dili (Alman dilində) danışanlar
3. 3 region
• Flamanlar regionu
• Valonlar regionu
• Brussel-Paytaxt regionu
Qruplar arasındakı konfliktləri Arbitraj məhkəməsi həll edir. Bu sistem kompromis yaradır ki, bir-birilə kəskin fərqlənən mədəniyyətlər birgə sülh içində yaşasınlar.

Coğrafiyası

Brussel, Antverpen, Gent Karleroy, Lig, Brug və Namur 100.000-dən çox əhalisi olmaqla Belçikanın ən böyük 7 şəhəridir. Belçikanın torpaq sahəsi 30.528 kv kilometr (33.990 cəmi) və 3 coğrafi regiona bölünür: Şimal-qərbdə sahil düzənliyi, mərkəzi yayla və cənub-şərqdə Ardennas dağlıq sahəsindən təşkil olunub. Sahil düzənliyi qum təpələrindən və polderlərdən (dəniz səviyəsindən aşağıda yerləşən, dənizdən saddlərlə ayrılaraq qurudulan sahə) ibarətdir. Ikinci coğrafi region, mərkəzi yayla ölkənin daha çox içində yerləşir. Bu bir çox məhsuldar vadisi olan, bir qədər hamar və az qalxmış sahədir və bura çoxlu kanallarla suvarılır. Burda həmçinin mağaralar və balaca dərələr daxil olmaqla daha da kələ-kötür sahələr tapa bilərsiz. Belçika 620 km Fransa, 167 km Almaniya, 148 km Lüksemburq və 450 km Niderland ilə sərhəd təşkil edir.Ardennes adlanan üçüncü region ikisinə nisbətən daha yaşıldır, hansı ki, şimali Fransa və Almaniyaya qədər uzanır və orada Eyfel adlanır. Bura Belçikanın “Vəhşi həyatının” ən çox mövcud olduğu yerdir. Belçikanın ən yüksək nöqtəsi 694 m hündürlüyü olan “Signal de Botrange” burda yerləşir.
Yüksək əhali sıxlığına və Qarbi Avropanın mərkəzində yerləşməsinəə görə Belçika ciddi ətraf-mühit problemləri ilə üzləşir. 2003-cü ilin məruzəsinə görə Belçikanın çay suları Avropada olan ən aşağı keyfiyyətli sulardır.

Mətbəx

Belçika mətbəxinə ən çox Fransa mətbəxi təsir edib. Bəziləri deyirlər ki, Belçika mətbəxi yenilikdə liderdir və Fransa mətbəxinə üstün gəlib. Bunu təsdiq etmək belçikalılar üçün o qədər də çətin deyil, çünki onların fransızlardan daha çox 3 ulduzlu restoranları var. Belçika mətbəxindən bir yeməyi təqdim edək:
Təravəzli Toyuq (Kip Met Lentegroentjes)
Tərkibi:
• 2 çay qaşığı duzsuz yağ
• 10 halqa soğan və yaxud 5 ədəd soyulmuş və yarı bölünmüş sarımsaq (Shallot)
• 1-2 fincan yoyuq bulyonu
• 450 qr. noxud ya da yaşıl lobya
• 3 dilimlənmiş yaşıl soğan
• 1 toyuq
• Ədviyyatlar: 3 ədəd cəfəri, 1 dəfnə yarpağı, 2 ədəd kəklikotu
• 450 qr. Təzə yaşıl noxud, yaxud 300 qr. dondurulmuş noxud
• 3 ədəd kök, soyulmuş, doğranmış
• Duz, istiot
• 1 ədəd tazə tərxun yaxud 1-2 çay qaşığı qurudulmuş
• ½ gül kələm (broccoli. Gülləri doğranmış)
Hazırlanması:
1. Sobanı 150 dərəcədə qızdırın.
2. Yağı geniş Niderland sobasında aşağı temperaturda əridin. Yaşıl soğanı, kökü və soğanı əlavə edin, yumşalana qədər (ancaq qovrulana qədər yox) qarışdırın.
3. Toyuğun boşluğuna duz və istiotla əl gəzdirin. Toyuğu tərəvəzlərin üstünə qoyun. Toyuq bulyonunu, ədviyyatları və tərxunu əlavə edin. Sobaya qaynamağa qoyun. Üstünü yaxşı örtün və 30 dəqiqə bişirin.
4. Yaşıl lobyadan istifadə edirsizsə, əlavə edin və 30 dəqiqə yenidən bişirin. Noxud istifadə edirsizsə, noxudu, gül kələmi və yaşıl noxudu əlavə edin. Tərəvəzlər yumşalana qədər üstüaçıq bişirin (7 dəq).
5. Toyuğu doğrayın, bir qabda ətrafında tərəvəzlər olmaqla süfrəyə verin. Sousdan tərxunu və ədviyyatları götürün və sousu toyuğun üzərinə gəzdirin.

 



N20 (88) 29 oktyabr - 13 noyabr
2008-ci il

Adobe Acrobat 7.0


  • Fatal error: Call to undefined function: db_getbycategory() in /home/euxeber/public_html/new/pdf.php on line 295