| “Belçika-Azərbaycan
Evi” - Yaranma tarixi:
“Belçika-Azərbaycan Evi” bir
diaspor təşkilatı kimi simvolik bir zaman ayrıcında,
2000-ci ildə Belçikanın paytaxtı Brüsseldə yaradılıb.
Təşkilatın yaradıcısı və rəhbəri əslən Qərbi Azərbaycandan
olan Bülənt Gürçamdır.
“Belçika-Azərbaycan Evi”nin yarandığı
vaxtdan bu günədək Azərbaycan həqiqətlərinin Avropaya
və eləcə də dünya ictimaiyyətinə çatdırılmasında çox
böyük işlər görüb.
Bu diaspor qurumu Azərbaycanla Belçika
arasında diplomatik əlaqələrin yaranması və inkişafında,
bu ölkədə dövlətimizin səfirliyinin yaranmasında, habelə
işğal olunmuş ərazilərimiz, Qarabağ torpaqlarının bu
günə kimi erməni işğalı altında qalması, Azərbaycan
rəhbərliyinin bu istiqamətdə apardığı sülhsevər xarici
siyasəti ilə bağlı həqiqətlərin Avropa və dünya xalqlarına
çatdırılmasında çox böyük işlər görmüş və bu gün də
görməkdədir.
Vaxtaşırı Azərbaycana gələn, doğma
vətənində gedən sosial-iqtisadi inkişafla bağlı zəngin
informasiya mübadiləsi aparan, baş redaktoru olduğu
“EURO Xəbər” qəzeinin səhifələrində Azərbaycanın Avropaya
inteqrasiyası məsələlərinə xüsusi önəm verən, ümummilli
liderimiz, mərhum prezident Heydər Əliyevin azərbaycançılıq
ideyalarına sədaqət nümayiş etdirən, təəssübkeş soydaşımız
Bülənt Gürçam Azərbaycandan çox-çox uzaqlarda yaşasa
da doğma vətəni ilə nəfəs alır, yaşayır, fəaliyyət göstərir.
|