Azərbaycanlı rəssamın kitab-albomu [03 Sentyabr, 2008] YUNESKO-nun sabiq əməkdaşı, tanınmış diplomat Ramiz Abutalıbovun təçəbbüsü ilə Moskvada görkəmli Azərbaycan rəssamı Əşrəf Muradın “Magiya realizmı” adlı kitab-albomu nəşr edilmişdir.
Yüksək zövqlə tərtib olunaraq rus və ingilis dillərində çap edilmiş kitabın müəllifi tanınmış rus sənətşünası və jurnalisti Qriqori Anisimovdur. Kitaba Tahir Salahov, Ramiz Abutalıbov, Anar, Fərhad Xəlilov və digər yaradıcı şəxsiyyətlərin rəssam haqqında xatirə, rəy və mülahizələri, həmçinin rəssamın bir sıra əlyazmaları, məktublarının surəti, yarımçıq qalmış eskizləri daxil edilmişdir.
“Xalq yaradıcılığı” müsabiqəsi [02 Sentyabr, 2008] Sentyabrın 15-də Azərbaycan Dövlət İstiqlal Muzeyində rəssamlar arasında “Xalq yaradıcılığı” müsabiqəsi keçiriləcək. Azərbaycan Rəssamlar İttifaqının katibi, rəssam Ənvər Qarayev diaspora.az saytına xəbərə görə, “Bir neçə gün davam edəcək müsabiqədə respublikanın hər bölgəsindən xalq sənətkarları iştirak edəcək”. Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının birgə təşəbbüsü ilə keçirilən müsabiqədə qaliblər müsabiqənin 13 nəfərdən ibarət münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək. Sonda qaliblər müəyyən olunmuş pul mükafatı ilə təltif olunacaqlar.
Irlandiya N.Sarkoziyə və Aİ konstitusiyasına bir daha “yox” dedi [19 İyul, 2008] İrlandiya fəhlə partiyası Fransa prezidenti N.Sarkozinin gələn həftə görüşmək təkilifini rədd etmişdir.
“Röyter”in bildirdiyinə görə öncül irland partiyasının fikrincə bu tədbir İrlandiyanın Lissabon müqaviləsinin ratifikasiyasından imtina etməsi ilə yaranmış çıxılmaz vəziyyəti düzəldə bilməz.>>>
İsveçrədə güney Azərbaycan problemləri [19 İyul, 2008] Dünən İsveçrənin Zurix şəhərində güney Azərbaycan haqqında tədbir keçirildi. Məqsəd güneydə fars şovinizmin soyadaşlarımıza qarşı işgəncələri, onların həbs olunduqları zindanların vəziyyəti haqqında İsveçrə icmaiyyətini məlumatlandırmaq idi. DAK-ın üzvü Rəhim Sulduzlunun sözlərinə görə, Zurix şəhərinin ən gur küçəsində qurulan çadırda Güney Azərbaycanda baş verən 2006-ci il hadisələrinin görüntüləri də əks olunub.“Bir çox isveçrəli, ölkəyə gələn amerikalı, kanadalı, yaponiyalı, çinli turistlər çadıra yaxınlaşaraq müxtəlif bilgilər alırdılar”. >>>
Milli azlıqlara mənəvi yardım [17 İyul, 2008] Avropa Insan Haqları təşkilatının məsulu İntiqam Məmmədovun Almaniyadan verdiyi məlumata görə, bu ölkənin Veyle şəhərində azsaylı xaıqların hüquqlarının qorunması sahəsində geniş imzatoplama kampaniyası keçirilmişdirş. Məqsəd həmin xalqların milli hüquqlarının qorunması yolu iulə onların milli özünüdərkinə imkan verilməsi, mədəniyyətlərinin və adət-ənənələrinin qorunub saxlanılması olmuşdur. İmzatoplama kampaniyası ilə Güneyli soydaşlarımıza, Kərkük türkmənlərinə və digər olkələrdə yaşayan həmvətənlərimizə, habelə digər milli azlıqlara mənəvi yardım göstərilməsi məqsədini güdmüşdür.
Milli Ensiklopediya satışa çıxarılacaq [17 İyul, 2008] Azərbaycan Milli Ensiklopediyasının ilk cildi 23 min tirajla yaxın zamanlarda satışa çıxarılacaq. Anspressin Milli Elmlər Akademiyasına istinadən verdiyi məlumata əsasən akademiyanın prezidenti Mahmud Kərimov bunun ən yaxşı halda bu ilin payızında baş tuta biləcəyini bildirib. AMEA prezidenti növbəti cildlərin hazırlanması üzərində iş getdiyini də qeyd edib. “Demək olar ki, A hərfi ilə bağlı işlər yekunlaşıb”. Mahmud Kərimov kitabın ilk tirajının satışı üçün də müəyyən tədbirlər görüldüyünü bildirib.
Madriddə dinlərarası konfrans öz işinə başlayacaq [16 İyul, 2008] Müsəlman, xristian və yəhudiləri bir araya gətirəcək və üç gün davam edəcək konfrans Səudiyyə Kralı Abdullanın sponsorluğu ilə keçirilir. BBC-nin Yaxın Şərq üzrə təhlilçisi Rocer Hardi şərhində bildirib ki, bu konfransı qeyri-adi edən onun təşəbbüskarının müsəlman dünyasının ən puritan dövlətlərindən birinin başçısı olmasıdır.
Medianın hüquqi durumu [16 İyul, 2008] Bu gün Media Hüququ İnstitutu Azərbaycanda medianın hüquqi durumuna dair yarımillik hesabat keçirdi. Məqsəd son altı ayda medianın azad və müstəqillliyinə təsir göstərən hadisələri işıqlandırmaq, bu halları doğuran səbəbləri aradan qaldırmaq üçün tövsiyyələr irəli sürməkdir. Hesabatda çap mediası bazarının getdikcə süstləşməkdə olduğu, bu sahəyə yatırım qoyulmasının yox səviyyə düşməsi və ölkədə biznesin siyasi hakimiyyətdən asılı olması qeyd olunur. “Ölkənin ən oxunaqlı, geniş oxucu auditoriyası olan qəzetlərin reklam cəlbetmə, alma imkanları yoxdur. Reklam bazarının qapıları tənqidçi medianın üzünə qıfıllanıb”.
Qısa icmalda qəzet və jurnal oxuyanların sayının kəskin azalması, geniş yayılan tənqidçi qəzetlərin tirajının 5-10 min civarında olması bildirilir.
Televiziya və radiolar çox kiçik istisna ilə hökümətin tam kontrolu altındadır. Ölkənin bir neçə özəl televiziya və radiosu hökümətə birbaşa bağlılığı olan şəxslərin əlindədir. Televiziya və radio işi üçün dövlət lisenziyaların problemi çözülməmiş qalır. “Euro Xəbər”
Alim Qasımov Yaponiyada solo konsert verəcək [16 İyul, 2008] İyulda mahir muğam ifaçısı kimi tanınan xalq artistimiz Alim Qasımovun Yaponiyanın Tokio və Osaka şəhərlərində iki solo konserti olacaq.
AzərTAc-ın verdiyi xəbərə görə həmyerlimizin bu səfərini Yaponiya tərəfinin xahişi ilə müğənninin Fransada yaşayan Avropa meneceri təşkil etmişdir. Konsertlərdə Alim Qasımovla birgə qızı Fərqanə və instrumental ansambl da çıxış edəcək. Bu il muğam ustasının bir sıra qastrol səfərləri gözlənilir. Sentyabrın əvvəllərində ABŞ-ın klassik musiqi orkestrinin müşayiəti ilə konsert təşkil olunacaq.
Avro rekord qırdı [15 İyul, 2008] Avro ABŞ dolları qarşısında rekord səviyyədə yüksəldi. Avropa maliyyə bazarında avro 1,6038 dollar səviyyəsindən bütün zamanların ən yüksək zirvəsinə çatıb.
Avro bundan əvvəlki rekord yüksəlişində 22 apreldə 1, 6018 dollardan kurs götürmüşdü.
Türkiyədə erməni dili tədris ediləcək [11 İyul, 2008] Nevşəhər ədəbiyyat fakültəsində erməni, ibrani, yunan, ərəb dilləri və ədəbiyyat bölümü açılacaq. Keçən həftə toplaşan Üniversitetlərarası qurumda keçirilən səsvermə zamanı edilən müraciətə müsbət yanaşılıb. Bununla Türkiyədə ilk dəfə olaraq erməni dili və ədəbiyyatının bir bölmə şəkilində öyrədilməsinə icazə verilib. Nevşəhər ədəbiyyat fakültəsinin dekanı Metin Hülagu bunun son dərəcə önəmli bir irəliləyiş olduğunu bildirmişdir. Onun sözlərinə görə, Ermənistandan daşnak arxivlərini açmasını istəyirik. Bunu oxuyan mütəxəsis yoxdur.>>>
Təyyarədə mobil telefondan istifadə ediləcək [08 Aprel, 2008] Avropa Komissiyası təyyarələrdə mobil telefondan sərbəst istifadə üçün qanunlar planı hazırlayır. “Air France” və digər hava yolları şirkətləri uzun illərdir ki, təyyarələrdə mobil telefonlardan istifadənin sərbəst olması üçün sınaqlar aparırdılar. >>>