ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
- Diaspor
- Gündəm
- Avropa
- Müsahibə
EURO XƏBƏR QƏZETİ
- Haqqımızda
- Rəhbərlik
- Kollektiv
- Layihələr
- Mətbuatda
- Foto albom
BELÇİKA AZƏRBAYCAN EVİ
- Yaranma tarixi
- Belçika haqqında
- Tədbirər
- Nümayəndəliklər
- Foto albom
AZƏRBACAN
- Qarabağ problemi
- Xocalı Sorqırımı
QONAQ KİTABI
ƏLAQƏ
BANNER



 



N20 (88) 29 oktyabr - 13 noyabr
2008-ci il

Adobe Acrobat 7.0

 
- Хəbərlər


Ən məşhur saxta mallar

[01 Dekabr, 2008]

Gömrük və aksız administrasiyası saxta mallara qarşı mübarizə aparmağa başlayıb. Bu administrasiyanın apardığı əməliyyatlar nəticəsində 2007-ci ildə 2643 saxta mal tapılmışdır. Bu məlumatı deputat Guido de Padtın verdiyi suala cavab olaraq dövlət katibi Carl Devile cavab olaraq vermişdir. Yerli polis saxtakarlıq halları ilə qarşılaşarsa mütləq federal polisi də xəbərdar etməlidir.
Guido de Padt qeyd etmişdir ki, son 10 ayda saxtakarlıq halları Belçikada 10 dəfə çoxalmışdır.


Xocalı Soyqırımı türkiyəli rejisorun ssenarisində

[29 Noyabr, 2008]
Türkiyəli rejissor Korhan Yurtsevər yazdığı ssenari əsasında Xocalı soyqırımı ilə bağlı film çəkəcək. Lent.az-ın məlumatına görə film Türkiyə və Azərbaycan ərazilərində çəkiləcək. “Ermənilərin Xocalıda törətdikləri soyqırım məni dərindən sarsıtdı” deyən rejissor 8 aylıq hamilə qadının ağaca bağlayıb qarnının kəsildiyi səhnələrini gördüyünü, bunun qəti şəkildə insanlıq normalarına sığmadığını bildirib. Filmin çəkilməsi Xocalı qətliamında həyatını itirən Türk qardaşlarımızın məzarında rahat yatması üçün lazımdır. Bu film ermənilərin yuxusunu qaçıracaq”.>>>


“Almanlar Azərbaycanda” adlı fotosərgi açılıb

[29 Noyabr, 2008]
Almaniyanın Ştutqart şəhərində almanların Azərbaycanda məskunlaşmasının 190 illiyinə həsr olunmuş “Almanlar Azərbaycanda” adlı fotosərgi açılıb. Dekabrın 5-nə qədər davam edəcək sərgini “Almaniya-Azərbaycan Cəmiyyəti” təşkil edib. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Almaniyadakı Səfirliyi, Almaniya Beynəlxalq Əlaqələr İnstitutunun Baş katibi professor Kurt Yurgen Mass, Münhen Universitetinin professoru Maqsud Əfəndiyev və “Azərbaycan Evi” də sərginin təşkilinə dəstək verib. Sərgidə Azərbaycanın Gəncə, Şəmkir, Gədəbəy, Daşkəsən, Ağstafa, Göy-göl və digər şəhərlərində məskunlaşan almanların tarixi və həyatını əks etdirən 56 fotoşəkil nümayiş olunur.


Strasburqda tələbələr arasında şahmat və dama yarışları keçirilib

[28 Noyabr, 2008]

AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Strasburqda təhsil alan azərbaycanlı tələbələrin marağını nəzərə alaraq, Fransadakı Azərbaycanlı Tələbələr Təşkilatı (ASEAF) idarə heyətinin üzvü Arzu Abdulxaliqovun təşkilatçılığı ilə "Azərbaycan Evi"ndə tələbələrimiz arasında şahmat və dama yarışları keçirilmişdir. On tələbə qalib adi uğrunda qüvvəsini sınamışdır.
Dairəvi sistem üzrə keçirilmiş şahmat bölməsində Səxavət Seyidov, dama yarışında isə Şahin Hüseynli qalib adına layiq görülmüşlər. Onlara "Azərbaycan Evi"nin təsis etdiyi mükafatlar təqdim edilmişdir.
Gələcəkdə belə turnirlərin Strasburqun müxtəlif universitetlərində təhsil alan yerli və əcnəbi tələbələr arasında keçirilməsi nəzərdə tutulmuşdur. Bu məqsədlə xarici tələbələri öz ətrafında birləşdirmiş Strasburqun Xarici Tələbələr İttifaqına (UDEES) ASEAF adından təklif göndərilmişdir.



8 sentyabr tarixi Beynəlxalq Savadlılıq Günü kimi qeyd edilir.

[06 Sentyabr, 2008]
Dörd milyard dünya əhalisinin savadlı olmasına baxmayaraq hamı - uşaqlar, gənclər və böyüklər üçün savadlılıq hələ də tam əldə edilməmiş bir məqsəd kimi qalmaqda davam edir.
BMT-nin Baş Assambleyasının 2002-ci ildə qəbul etdiyi A/RES/56/116 nömrəli qətnaməyə əsasən 2003-2012-ci illər BMT Savadlılıq Onilliyi elan olunmuşdur. Onilliyin yarıdan çoxunun arxada qalmasına baxmayaraq hələ də 860 milyon yetkin insan savadsızdir, 75 milyon məktəb yaşlı uşaq isə məktəbə getmir. Bu rəqəmlər insanların təhsil və savad əldə etmək hüquqlarını tam şəkildə həyata keçirmək üçün hələ görüləcək çox işlərin olduğunu xatırladır. Məhz buna görə də, Savadlılığın artırılması 2015-ci ilə qədər hədəf kimi qoyulan BMT-nin Minilliyin İnkişaf Məqsədlərindən biridir. .


Narkotik maddələr tapılmışdır

[03 Sentyabr, 2008]
Bu günlərdə Astara Gömrük idarəsinin Gömrük hüquq pozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən İran İslam Respublikasından Azərbaycana gələn Astara şəhər sakini Xanməmmədov Əhməd Mirzəhüseyn oğlunun etibarnamə ilə idarə etdiyi “Kamaz” markalı BC 91819 ZA 042 nömrə nişanlı yük maşınına gömrük baxışı zamanı qaçaq malı tapılmışdır. Nəqliyyat vasitəsinin gizli saxlanc yerindən-qoşqunun altında ramaya əlavə olaraq bərkidilmiş üçüncü hava balonunun içərisindən müxtəlif rəngli polietilenlərə və falqa kağızlarına bükülmüş, ümumi çəkisi 22 kq 300 q olan həşiş və şəffaf rəngli polietilenə qablaşdırılmış 600 q heroin narkotik maddələri aşkar edilərək götürülmüşdür.
Faktla bağlı təhqiqat aparılır.
DGK Mətbuat Xidməti


EL UZATMAK, YOKSA DİZ ÇÖKMEK?!

[03 Sentyabr, 2008]
Bülent Gürçam
Ermeni, ermeni olalı Dünya gündeminden heç düşmedi, düşmediyi kimi, öz tarixinde de hep dört ayaq üstüne düşdü. Türkiye Cümhuriyyeti öncesi Osmanlı döneminde, yaptığı tüm dış güclerle birge oyunlara rağmen, adı « Millet-i Sadıka » yani sadık millet olarak anıldı, zaten ele bela da o devirden sonra başladı.
Osmanlının başı xarici qüvellerin oyunlarıyla qarışırken, ermeni ölke dahilindeki bütün paralı işlerin tek sahibi oldu, daha sonar da açdığı ceşitli gizli mekteplerle, kendi insanlarını eyitip, osmanlıyı devirecek harici qüvellerle bir olup, osmanlıyı yıxdırdı, gayesi osmanlıyı yixip, hayel etdiyi denizlerden- denizlere büyük Ermenistan hayellerini gerçekleşdirmekti.>>>


Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətinin məlumatı

[05 Sentyabr, 2008]
Dövlət gömrük Komitəsi, onun yerli strukturları 2008-ci ilin səkkiz ayı üzrə proqnoz tapşırığa layiqincə əməl etmişlər.
İlkin məlumata görə. Yanvar-avqust ayları ərzində gömrük orqanları tərəfindən nəzərdə tutulmuş 742,00 milyon manat əvəzinə 744,47 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülmüş, proqnoz 100,33 faiz yerinə yetirilmişdir.
Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 238,40 milyon manat və ya 47,11 faiz çoxdur.


BƏƏ-DƏKI AZƏRBAYCANLILAR SEÇKILƏRDƏ İLHAM ƏLIYEVIN NAMİZƏDLİYİNİ DƏSTƏKLƏYƏCƏKLƏR

[21 İyul, 2008]
Iyulun 19-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində Azərbaycan və Türk diaspor nümayəndərinin iştirakı ilə tədbir keçirilib. Dubaydakı Azərbaycan Cəmiyyətinin təşkil etdiyi tədbir hər iki diasporun birgə fəaliyyətinin daha da genişləndirilməsi, iqtisadi, siyasi, ictimai və mədəni məsələlərdə birlikdə daha mutəşəkkil formada iş aparılmasını müzakirə etmək məqsədi daşıyıb. Görüşdə türk diasporunun nümayəndələri ilə yanaşı Türkiyənin Dubay Əmirliyindəki Bas Konsulu Murat Yavuz Atəş Bəy və BƏƏ-dəki Türk Iş Adamları Məclisinin rəhbərləri də iştirak ediblər. >>>


Azərbaycanlı rəssamın kitab-albomu

[03 Sentyabr, 2008]
YUNESKO-nun sabiq əməkdaşı, tanınmış diplomat Ramiz Abutalıbovun təçəbbüsü ilə Moskvada görkəmli Azərbaycan rəssamı Əşrəf Muradın “Magiya realizmı” adlı kitab-albomu nəşr edilmişdir.
Yüksək zövqlə tərtib olunaraq rus və ingilis dillərində çap edilmiş kitabın müəllifi tanınmış rus sənətşünası və jurnalisti Qriqori Anisimovdur. Kitaba Tahir Salahov, Ramiz Abutalıbov, Anar, Fərhad Xəlilov və digər yaradıcı şəxsiyyətlərin rəssam haqqında xatirə, rəy və mülahizələri, həmçinin rəssamın bir sıra əlyazmaları, məktublarının surəti, yarımçıq qalmış eskizləri daxil edilmişdir.


Azərbaycan məktəbi Şotlandiyada

[02 Sentyabr, 2008]
“Caspian- Xəzri” Azərbaycan məktəbi Böyük Britaniyada üçüncü Azərbaycan məktəbini açmağı planlaşdırır. Məktəbin rəhbəri Simuzər Baloğlanovanın Trend News-a verdiyi xəbərdə “indi Şotlandiyada Azərbaycan məktəbinin açılması üçün maliyyə vəsaitlərinin axtarışı davam etdirilir”.
“Caspian- Xəzri”nin rəhbərinin sözlərinə görə isə Böyük Britaniyada Azərbaycan məktəblərinin açılmasında məqsəd Britaniya azərbaycanlılarında milli mədəniyyət atmosferinin saxlanılmasıdan ibarətdir. “Azərbaycanda iş tapan və ya sadəcə olaraq, dilimiz və mədəniyyətimizlə maraqlanan çoxlu ingilis var”. Məktəbin planlarına yeni öyrənməyə başlayanlar üçün Azərbaycan dili kurslarının açılması da daxildir>>>

 

© 2006 Copyright EU Xeber - EURO NEWS: site by: WebStudio.AZ; email: euxeber@hotmail.com