ƏSAS SƏHİFƏ
XƏBƏRLƏR
- Diaspor
- Gündəm
- Avropa
- Müsahibə
EURO XƏBƏR QƏZETİ
- Haqqımızda
- Rəhbərlik
- Kollektiv
- Layihələr
- Mətbuatda
- Foto albom
BELÇİKA AZƏRBAYCAN EVİ
- Yaranma tarixi
- Belçika haqqında
- Tədbirər
- Nümayəndəliklər
- Foto albom
AZƏRBACAN
- Qarabağ problemi
- Xocalı Sorqırımı
QONAQ KİTABI
ƏLAQƏ
BANNER



 



N16 (84) 29 avqust - 15 sentyabr
2008-ci il

Adobe Acrobat 7.0

 
- Хəbərlər


AGBank 2008-ci ilin rebrendinqi nominasiyasında, Uğur Milli Mükafatına layiq görülüb

[06 Oktyabr, 2008]
Azərbaycanın ən fəal və iri banklarından olan AGBank 2008-ci ildə keçirdiyi rebrendinq çalışmaları çərçivəsində bankın adı, loqosu və şüarını dəyişdirərək, yeni imicə bürünmüşdür.
Öz yeni şüarı ilə zənginliyə və əldə olunan zənginliyi qoruyub artırmağa çağırış edən AGBank-ın ağ-qara rənglərdə, ciddi yazı üslubu ilə işlənmiş yeni loqotipi, Bankın mühafizəkar mahiyyətindən xəbər verdiyi kimi, logotipdəki açıq yaşıl rəngli element və bəzi hallarda loqotipi müşayiət edən dörd rəngdən ibarət xallar, innovasiyalara və çağdaşlığa açıq bir Bank olması mesajını çatdırır.>>>


Azərbaycan və Aİ-nin dəyirmi masası

[06 Oktyabr, 2008]
Oktyabrın 7-də Londonda Beynəlxalq Strateji Araşdırmalar İnstitutunda “Azərbaycan və Avropa İttifaqı: enerji təhlükəsizliyi və xarici siyasət strategiyası” mövzusunda dəyirmi masa keçiriləcək. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən APA-ya verilən məlumata görə, tədbirdə əsas məruzəçi qismində mərkəzin rəhbəri Elxan Nuriyev çıxış edəcək.
Dəyirmi masada Böyük Britaniyanın tanınmış politoloqları, iqtisadçıları və bu ölkədə akkreditasiya olunmuş diplomatik missiyaların nümayəndələri iştirak edəcəklər.
Müzakirələrdə əsas diqqət Azərbaycanın daxili və xarici siyasətinə dair müxtəlif məsələlərə və Azərbaycan-Avropa münasibətlərinin inkişaf perspektivlərinə yönəldiləcək.


Ankarada ATAF-ın Araşdırma Konfransı keçirildi

[06 Oktyabr, 2008]
Sentyabr ayının 27-28-də Ankaranın Kızılcahamam bölgəsində Asya Termal Kızılcahamam otelində Azərbaycan Türkiyə İş Adamları Birliyinin təsisçisi olduğu Azərbaycan Türkiyə Tarixi Araşdırmalar Fondunun (ATAF) Araşdırma Konfransı keçirildi. Konfransda Azərbaycan, Türkiyə və ABŞ-ın bir sıra təşkilatlarının nümayəndələri, universitet təmsilçiləri, elm adamları və ictimai xadimlər iştirak etdilər.
Tədbirin ilk hissəsində “Beynəlxalq hüquq baxımından erməni məsələsi”, “Türkiyə nöqteyi-nəzərindən erməni məsələsi” və “Azərbaycan nöqteyi-nəzərindən erməni məsələsi” mövzularında məruzələr edildikdən sonra ATAF-ın gələcək istiqamətləri müzakirə edilərək təşkilatın qarşısında duran hədəflər müəyyən edildi. Konfrans nəticəsində ortaya çıxan yekun sənəd təşkilatın 2009-2015-ci illər üçün strategiyasının hazırlanması məqsədilə ATAF-ın Strategiya Komissiyasına təqdim edildi.
“EU Xeber”


ABŞ səfirindən İrəvana tarixi xəbərdarlıq

[04 Oktyabr, 2008]
İrəvana yeni təyin olunan ABŞ səfiri Mari Yavanoviç ilk mətbuat konfransında “Türkiyə ilə əlaqə yaratmaq və Dağlıq Qarabağ məsələsinin həll edilməsi üçün Ermənistanın önündə tarixi bir fürsət var” deyib.
Erməni mətbuatına görə, Türkiyə -Ermənistan sərhədinin açılması, Dağlıq Qarabağ məsələsində bir həll yolunun tapılması və ABŞ-Ermənistan münasibətlərinin daha da inkişaf etdirilməsi üçün səy göstərəcəyini bildirən Yavanoviç Türkiyənin “Qafqaz İstiqrar və Əməkdaşlıq Platforması”nı da dəyərləndirib. Xanım səfir eyni zamanda “Azərbaycanın torpaq bütövlüyü əsas prinpispdir. Həll üçün bölgədə hərbi gücdən istifadə edilməməlidir, xalqın öz taleyini müəyyənləşdirmə prinsipləri də nəzərə alınmalıdır”deyib.


8 sentyabr tarixi Beynəlxalq Savadlılıq Günü kimi qeyd edilir.

[06 Sentyabr, 2008]
Dörd milyard dünya əhalisinin savadlı olmasına baxmayaraq hamı - uşaqlar, gənclər və böyüklər üçün savadlılıq hələ də tam əldə edilməmiş bir məqsəd kimi qalmaqda davam edir.
BMT-nin Baş Assambleyasının 2002-ci ildə qəbul etdiyi A/RES/56/116 nömrəli qətnaməyə əsasən 2003-2012-ci illər BMT Savadlılıq Onilliyi elan olunmuşdur. Onilliyin yarıdan çoxunun arxada qalmasına baxmayaraq hələ də 860 milyon yetkin insan savadsızdir, 75 milyon məktəb yaşlı uşaq isə məktəbə getmir. Bu rəqəmlər insanların təhsil və savad əldə etmək hüquqlarını tam şəkildə həyata keçirmək üçün hələ görüləcək çox işlərin olduğunu xatırladır. Məhz buna görə də, Savadlılığın artırılması 2015-ci ilə qədər hədəf kimi qoyulan BMT-nin Minilliyin İnkişaf Məqsədlərindən biridir. .


Narkotik maddələr tapılmışdır

[03 Sentyabr, 2008]
Bu günlərdə Astara Gömrük idarəsinin Gömrük hüquq pozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən İran İslam Respublikasından Azərbaycana gələn Astara şəhər sakini Xanməmmədov Əhməd Mirzəhüseyn oğlunun etibarnamə ilə idarə etdiyi “Kamaz” markalı BC 91819 ZA 042 nömrə nişanlı yük maşınına gömrük baxışı zamanı qaçaq malı tapılmışdır. Nəqliyyat vasitəsinin gizli saxlanc yerindən-qoşqunun altında ramaya əlavə olaraq bərkidilmiş üçüncü hava balonunun içərisindən müxtəlif rəngli polietilenlərə və falqa kağızlarına bükülmüş, ümumi çəkisi 22 kq 300 q olan həşiş və şəffaf rəngli polietilenə qablaşdırılmış 600 q heroin narkotik maddələri aşkar edilərək götürülmüşdür.
Faktla bağlı təhqiqat aparılır.
DGK Mətbuat Xidməti


EL UZATMAK, YOKSA DİZ ÇÖKMEK?!

[03 Sentyabr, 2008]
Bülent Gürçam
Ermeni, ermeni olalı Dünya gündeminden heç düşmedi, düşmediyi kimi, öz tarixinde de hep dört ayaq üstüne düşdü. Türkiye Cümhuriyyeti öncesi Osmanlı döneminde, yaptığı tüm dış güclerle birge oyunlara rağmen, adı « Millet-i Sadıka » yani sadık millet olarak anıldı, zaten ele bela da o devirden sonra başladı.
Osmanlının başı xarici qüvellerin oyunlarıyla qarışırken, ermeni ölke dahilindeki bütün paralı işlerin tek sahibi oldu, daha sonar da açdığı ceşitli gizli mekteplerle, kendi insanlarını eyitip, osmanlıyı devirecek harici qüvellerle bir olup, osmanlıyı yıxdırdı, gayesi osmanlıyı yixip, hayel etdiyi denizlerden- denizlere büyük Ermenistan hayellerini gerçekleşdirmekti.>>>


Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətinin məlumatı

[05 Sentyabr, 2008]
Dövlət gömrük Komitəsi, onun yerli strukturları 2008-ci ilin səkkiz ayı üzrə proqnoz tapşırığa layiqincə əməl etmişlər.
İlkin məlumata görə. Yanvar-avqust ayları ərzində gömrük orqanları tərəfindən nəzərdə tutulmuş 742,00 milyon manat əvəzinə 744,47 milyon manat gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülmüş, proqnoz 100,33 faiz yerinə yetirilmişdir.
Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 238,40 milyon manat və ya 47,11 faiz çoxdur.


Dik Çeyni: «ABŞ Azərbaycanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir»

[04 Sentyabr, 2008]
Bu bəyanatla ABŞ-ın vitse-prezidenti İlham Əliyevlə görüşü zamanı çıxış edib
«Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli əvvəllər olmadığı kimi çox vacibdir. Çünki bu problemin həllindən regiondakı sülh və sabitlik, o cümlədən də Azərbaycanın təhlükəsizliyi asılıdır. Amerika Birləşmiş Ştatları (ABŞ) Azərbaycanın ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir və münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdardır». Bu bəyanatla ABŞ-ın vitse-prezidenti Dik Çeyni prezident İlham Əliyevlə görüşü zamanı çıxış edib. O, həmçinin bildirib ki, Avropa ölkələri və Türkiyə, eləcə də Qafqaz və Mərkəzi Asiya dövlətləri ilə birlikdə elə işləmək lazımdır ki, enerji resurslarının ixracı üçün əlavə marşrutlar olsun və onlar sərbəst şəkildə nəql edilsin.
ANS TV


Azərbaycanlı rəssamın kitab-albomu

[03 Sentyabr, 2008]
YUNESKO-nun sabiq əməkdaşı, tanınmış diplomat Ramiz Abutalıbovun təçəbbüsü ilə Moskvada görkəmli Azərbaycan rəssamı Əşrəf Muradın “Magiya realizmı” adlı kitab-albomu nəşr edilmişdir.
Yüksək zövqlə tərtib olunaraq rus və ingilis dillərində çap edilmiş kitabın müəllifi tanınmış rus sənətşünası və jurnalisti Qriqori Anisimovdur. Kitaba Tahir Salahov, Ramiz Abutalıbov, Anar, Fərhad Xəlilov və digər yaradıcı şəxsiyyətlərin rəssam haqqında xatirə, rəy və mülahizələri, həmçinin rəssamın bir sıra əlyazmaları, məktublarının surəti, yarımçıq qalmış eskizləri daxil edilmişdir.


Azərbaycan məktəbi Şotlandiyada

[02 Sentyabr, 2008]
“Caspian- Xəzri” Azərbaycan məktəbi Böyük Britaniyada üçüncü Azərbaycan məktəbini açmağı planlaşdırır. Məktəbin rəhbəri Simuzər Baloğlanovanın Trend News-a verdiyi xəbərdə “indi Şotlandiyada Azərbaycan məktəbinin açılması üçün maliyyə vəsaitlərinin axtarışı davam etdirilir”.
“Caspian- Xəzri”nin rəhbərinin sözlərinə görə isə Böyük Britaniyada Azərbaycan məktəblərinin açılmasında məqsəd Britaniya azərbaycanlılarında milli mədəniyyət atmosferinin saxlanılmasıdan ibarətdir. “Azərbaycanda iş tapan və ya sadəcə olaraq, dilimiz və mədəniyyətimizlə maraqlanan çoxlu ingilis var”. Məktəbin planlarına yeni öyrənməyə başlayanlar üçün Azərbaycan dili kurslarının açılması da daxildir>>>

 

© 2006 Copyright EU Xeber - EURO NEWS: site by: WebStudio.AZ; email: euxeber@hotmail.com